Sülhdən Kərbalaya
Mьəllif: admin1
Tarix: 12-11-2017, 10:12
Sülhdən Kərbalaya
Bizim, tarixi yazılarda imam Həsənin (ə) sülhünün və imam Hüseynin (ə) qiyamının səbəbləri haqqında söylənilən müxtəlif nəzərlər haqqında azda olsa xəbərmiz var. O, yazılarda qeyd olunduğu kimi tarixdə sülhə səbəb olan ən başlıca amillərdən biri olaraq Müaviyə, Əmr As, bunların birgə yürütdükləri çirkin siyasət, imam Həsənin (ə) qoşununda olan ayri seçkilik, bəzi sərkərdələrin satılması, xəyanəti, o zamanda İsalam dünyasını təhdid edən problemlər nəzərdə tutulmuş olur. Eyni zamanda imam Hüseyn (ə) qiyamında buna oxşar amillərdən Yezidin siyası ictimayi siması, İbni Ziyad, Küfəlilər, imam Hüseynin (ə) zaman təhlilini nümunə əsas amillər kimi vurğulanmaqdadır. Yuxarıda adı çəkilən amilləri Sülhdən Kərbalaya uzanan yol adlı ssenarinin səhnədə görünən tərəfləri kimi qiymətləndirmək olar. Bəli bu amillər o zamanda olduğu kimi dövrümüzdə də danılmaz bir həqiqətdir. Ancaq bu iki önəli hadisə haqqında azcada olsa fikirləşən zaman yuxarıda qeyd olunan amillərin yetərsizliyi ilə üz-üzə qaldığnı görürsən. Buna görədə Sülh və Kərbala qiyamı bizlərdən bir daha bu iki önəmli hadisəyə müxtəlif prizmalardan baxmağı tələb edir. Dahada dolğun desək, söylənilən amillərin yetərsizliyi bizləri bu iki mühüm hadisə haqqinda dərindən düşünməyə və dəqiq araşdırmağmızı vadar edir. Fikirləşirsən, düşünürsən, məlum olan detalları yan-yana qoyursan amma yenədə bəzi detalların çatışmamazlığını gördüyün zaman insanı düşündürən suallarla üz-üzə qalırıq.
Görəsən bu iki önəmli ssnarinin pərdə arxası amilləri vardırmı, əgər varsa hansılardır?
Amil və ya önəmli səbəblər dedikdə bu məqalədə nəzərdə tutlan iki hadisə haqqında fərqləndirici əsas iki amilə toxunulacaq. Bu səbəblərə görə həm ərəbləri bir ərəb olaraq və eyni zamanda müsəlman olaraq görməyə məcburiyətidəyik.
Düzünü desək ərəblər Səqifə hadisəsi ilə bir daha sübut etdilər ki, milli maraq və mənafeylərinə uyğun olmayan hər hansı qanunlaşmanın altına girməyəcəklər. Yüz illər boyunca Mülükt-tavaif (xırda yerli idarə etmə sistemi= qəbilə sistemi) sistemi ilə idarə olunan bir yarımada da mərkəzləşmiş bir dövlətin uzun yaşaması ciddi sual doğuran məsələ idi. Buna görədə İslam Peyğəmbərinin (s) ruhu bədənindən ayrılan kimi, ərəblər öz peryğəmbərlərinin (s) evinə yox Səqifəyə tələsdilər. Mümkündü bu hadisənin tarixdə bir səhv olmasını düşünənlər tapılsın. Amma, əgər ərəb və onun fərdi düşüncə tərzini nəzrə alsaq, Səqifəni danılmaz və qaçılması mümkün olmayan acı bir həqiqət kimi qəbul etməliyik. Çünki buna oxşar hadisələr tarixi boyu dəfələrlə müsəlmanlar tərəfindən təkrarlandı və artıq müsəlmanlar tərəfindən İslami etiqad bir dəyər kimi qiymətləndirildi. Əgər belə olmasaydı Müaviyə xəlifə kimi tanınmazdı və eyni zamanda Yezidədə müsəlmanların gələcək xəlifəsi kimi beyyət olunmazdı. Ərəblərin bu cür düşüncə tərzi demək olar Müaviyənin ölümü və Yezidin taxta oturaraq İmam Hüseyindən (ə) beyyət alınana qədər davam etdi.
Hətta bu düşüncə sahibləri o yerə çatdılar ki, öz rəhbərləri olan imam Həsəni (ə) əli bağlı Müaviyəyə təhvil verməyə belə hazır idilər. Buda İmamın (ə) sülhə razılıq verməyinə səbəb olan başlıca proseslərdən biridir.
İkinci amil, yenədə ərəblərin Müaviyə tərəfdən məhvə doğru sürüklənmələrindən xəbərsiz olmamaları idi. İmam Həsənin (ə) dövründə yaşayan müsəlmanların əksəriyyəti elə düşünürdu ki, Müaviyənin varlığı fərdi bir təhdiddir. Yəni bir gələr onunda xilafətinin sonu çatar və ərəb ya müsəlmanların öz gələcəkləri haqqında düşünməyə imkan yaranar. Amma həqiqəti az bir insan anlamışdır ki, onlarıda demək olar Müaviyə öz terror maşını ilə məhv etməyi bacarmışdır. Müaviyənin varlığı təkcə müsəlmanları (mənəvi) yox bəlkə ərəb (millətçi ərəblər) hakimyəti düşünənləridə məhvə sürükləyir. Bunu başa düşənlərin sayı az olduğundan ciddi bir nəticələr əldə edə bilmədilər və qeyd olunduğu kimi Müaviyənin xəyanət oxuna tuş gəlib şəhid oldular.
Bu iki amil imam Həsənin (ə) sülhünün pərdə arxası önəmli və başlıca amillərindən saymaq olar. İmamda (ə) bir ilahi rəhbər kimi dəqiq addım ataraq həm barmaq sayında olan əsl dostlarını qorudu və həmdə İslam dünyasının məhvə sürüklənməsinin qarşısını aldı.
İndi isə keçək imam Hüseynin (ə) qiyamının iki ən önəmli və başlıca olan amillərinə. Əvvəldə də qeyd olundu ki, bu iki əsas tarixi hadisəni dəqiq təhlil etmək üçün ərəblərin düşüncə tərzinə toxunmaq lazımdır. İnsanı düşündürən bir sual ortaya çıxır, Müaviyənin ölümü ilə ərəblərin İmama (ə) on iki min imzalı məktubun gəlməsi nəyə bağlı idi? Bir nəçə ayın içində ərəblərin Bəni-Üməyyə xanidanına qarşı bəsirət gözlərimi açılmışdı? Görəsən başlıca və önəmli amil nə idi?
Əvvala onu qeyd etmək lazımdır ki, imam Həsənin (ə) sülhü ilə imam Hüseynin (ə) inqilabının arasıda təqribən iyrimi illik zaman fasiləsi mövcutdur. Bu fasilə nəyi dəyişdi?
Birinci səbəb bundan ibarətdir ki, artıq müsəlmanlar Bəni-Üməyyə xanidanının insanlıq, müsəlman və hatta ərəb aləmi üçün real bir təhlükə olduğunu dərk etməyə başlamışdılar. Bunuda qeyd etmək lazımdır ki, Küfəlilərin məktubu sırf İslami bir qiyamdan xəbər vermirdir. Bu məktublarda xilafət süfrəsindən qovulanlar və uzaq düşənlərdə vardı. Buna görədə əksəriyyət Yezid xanidanı ilə həmişəlik vidalaşmaq istəyirdilər. İki cəbhəni (müsəlman və ərəb düşüncəli) birləşdırən əsas amil Yezidin xəlifə kimi taxta oturması ilə təhlükə ilə üz-üzə qalmaları idi.
İkinci amil kimi isə, nisbətən həqiqətin ortaya çıxmasından sonra doğurdanda müsəlmanarın əlbəttə az bir qisminin Peyğəmbər (ə) ailəsinə ehtiyac duymasıdır. Ərəblər artıq həm mənəvi və həmdə bir millət olaraq məhv olduqlarını açıq-aşkar görməkdə idilər. Həqiqi müsəlmanların imam Hüseyinə (ə) mənəvi bir rəhbər kimi və ərəbərlində karizmatik lider kimi ehtiyacları vardı. Yanlız ərəb hakimyəti haqqında düşünən ərəbləri qorxudan ən təhlükəli məsələ uzun müddətdir şimal və cənub ərəbləri konflikdi idi. Şimal deyəndə, şamlılar, Cənub deyəndə isə geridə qalan islam dünyası yada düşürdü. Özlərini bu fəlakətdən qurtarmaq üçün gecə-gündüz İmamla əlaqə yaradaraq onu Küfəyə dəvət etdilər. Nəticə isə bu günə kimi, gün kimi hamıya aydındır.

Fariz Ismayılov
Islammektebi.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930