İslam sülh dinidir
Mьəllif: admin1
Tarix: 6-12-2015, 20:19
İslam sülh dinidir
Qum şəhərində böyük təqlid mərcələrindən biri İslam dinini bütün dünya xalqları üçün sülh və xeyirxahlıq dini adlandırıb.

IRNA-nın məlumatına görə, Qum şəhərində böyük təqlid mərcələrindən olan Ayətullah Lutfullah Safi Qolpayeqani İmam Hüseyn(ə) ərbəini və Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və İmam Həsən(ə)-ın şəhadəti barədə Almaniyada keçirilən beynəlxalq konfransa müraciətdə vurğulayıb: İslam bütün dünya xalqları üçün sülh və xeyirxahlıq dini və əmin-aman yol axtarışında olan bütün insanlar üçün düzgün yol göstəricisidir.
Ayətullah Safi Qolpayeqani bu müraciətdə İslamın böyük peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in misilsiz əzəmətinə işarə edərək, deyib: İslamın böyük peyğəmbərinin çağırışının əzəmətinin əsası, tövhid və təkallahlılığa çağırışdır.
Müraciətdə deyilir: Bu gün elə bir halda bir qrup cahil İslamın simasını pozmağa və bu böyük dini kobud göstərməyə çalışır ki, Həzrət Muhəmməd(s.ə.s.) daim xalqları qardaşlığa, bərabərliyə, düz əməl sahibi olmağa və təvazökarlığa dəvət edər və onları təkəbbür və qürurdan çəkindirərdi.
Müraciətdə deyilir: Bu gün dünya xalqlarının diqqətini xilasedici İslam dininə yönəltmək müsəlmanların vəzifəsidir.
İmam Hüseyn(ə) ərbəini və Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və İmam Həsən(ə)-ın şəhadəti barədə beynəlxalq konfrans bazar günü Almaniyanın Qolzen Kişan şəhərində müxtəlif ölkələrdən olan tədqiqatçılar və alimlərin və müxtəilf milliyyətlərin iştirakı ilə keçirilib.

sahartv.ir
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031