İmam Hüseynin (ə) şəhadət məktəbi Quran məntiqindən qaynaqlanır
Mьəllif: admin1
Tarix: 2-12-2015, 15:56
İmam Hüseynin (ə) şəhadət məktəbi Quran məntiqindən qaynaqlanır

"Ərbəin" ərəb sözüdür və Azərbaycan dilindən tərcümədə qırxıncı mənasını ifadə edir. "Ərbəin" İmam Hüseynin (ə) qırxı ilə bağlı keçirilən tədbirlərdir. İmam Hüseynin (ə) qırxının keçirilməsi ilə bağlı məsumlardan hədislər nəql olunub.
Bu fikiləri ilahiyyatçı-alim Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bildirib. O deyib ki, İmam Hüseynin (ə) matəmi "Ərbəin" günündə bitir və qalan 10 gün Səfər ayında Həzrət Peyğəmbərin (s) və İmam Həsənin (ə) şəhadəti günlərinin keçirilməsidir:

"Bu əzadarlıq ənənəsi məsumlar tərəfindən qoyulub. Bunun bütün dünyada keçirilməsi insanların Əhli-beytə olan sayğı və məhəbbətinin ifadəsidir. Bu mərasimlər Azərbaycanda hər il olduğu kimi bu il də keçirilir. Minlərlə insan İmam Hüseynin (ə) xatirəsini yad etmək üçün məscidlərdə əzadarlıq mərasimlərində iştirak edir. Bu İmam Hüseynin(ə) şəhadət məktəbinin, onun ideallarının bu gün də öz aktuallığını itirməməsi ilə bağlıdır. İmam Hüseyn (ə) bir məktəbin əsasını qoyub. Bu məktəb dinimizdən, Quran məntiqindən qaynaqlanır, Qurana söykənir.

Bu haqq yolunda fədakarlıq nümunəsidir. İlahi dəyərlər uğrunda candan keçmək örnəyidir. İnsanların hər zaman bu nümunələr ehtiyacı var."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930