Mə᾽rifət əhlinin məqamları
Mьəllif: admin1
Tarix: 26-11-2015, 20:46
Mə᾽rifət əhlinin məqamları
Çox hallarda mə᾽rifət əhlinin malik olduğu məqamları dərk etməkdə acizlik, mə᾽lumatsız adamların bu məsələni inkar etməsinə səbəb ola bilər...

Bismillahir rəhmanir rəhim
Məhz buna görə də İran İslam inqilabının banisi həzrət imam Xomeyni (r.ə) öz oğlu hacı Əhməd Ağanı bu işdən şiddətlə çəkindirərək buyururdu:

«Oğul! Sənə ilk növbədə vəsiyyət etdiyim məsələ budur ki, mə᾽rifət əhlinin məqamlarını inkar etməyəsən, çünki bu iş cahillərin tutduğu yoldur. Allah övliyalarının məqamlarını da inkar etməkdən uzaq ol, çünki bu kimi şəxslər haqq yolunun qarşısını alanlardır.»

Hacı Əhməd Ağanın həyat yoldaşına vəsiyyətində buyururdu:

«Mən iddiaçılara bəraət qazandırmaq istəmirəm, çox iddia edənlər var ki, cəhənnəm əhlidirlər. Mən demək istəyirəm ki, mə᾽na və mə᾽nəviyyətin əsasını inkar etməyəsən. Həmin mə᾽nəviyyəti demək istəyirəm ki, Allahın kitabı və Peyğəmbərin sünnətində qeyd olunmuş, müxaliflər ya onu görməməzliyə vurmuş, ya da avam camaatın əqidəsi səviyyəsində olan tövhidə üz tutmuşlar. Mən sənə tövsiyə edirəm: birinci mərhələ, inkarçılıq ruhiyyəsindən ibarət olan hicabdan çıxmaqdır. Çünki bu hər növ inkişafın və müsbət irəliləyişin qarşısında bir maneədir. Bu mərhələ (hicabdan çıxmaq) kamal deyildir, lakin kamala doğru yol açandır...

Ümumiyyətlə inkarçılıq ruhiyyəsi ilə yanaşı mə᾽rifətə doğru heç bir yol tapmaq olmaz. Ariflərin və mə᾽na əhlinin məqamlarını inkar edənlər xudpəsənd və yalnız özünü bəyənənlərdir. Onlar bilmədikləri bir şeyi heç vaxt öz cəhalətləri ilə əlaqələndirməzlər və onu dərhal inkar edərlər ki, xudbinliklərinə xələl yetişməsin.»

Məhəmmədi Reyşəhri, Məhəbbət iksiri

nardaranpiri.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031