Əhli-Beyt(ə) məktəbinin iki qanadı
Mьəllif: admin1
Tarix: 20-11-2015, 19:20
Əhli-Beyt(ə) məktəbinin iki qanadı
İmam Hüseyn (ə) qiyamının bir cəhəti də aşura mədəniyyətini ilə zühur mədəniyyətinin bağlılıq və əlaqəsidir.

Aşura ziyarənaməsində toxunulan maraqlı məqamlardan da biri İmam Hüseyn (ə) qiyamının İmam Zamanın (ə) zühur və qiyamı ilə əlaqələndirilməsidir. Ziyarətnamənin bəzi hissələrində bu bağlılığı görürük:

وَ اَسئَلهُ اَن يبَلِّغَنِي المَقامَ المَحمُودَ لَکُم عِندَالله وَ اَن يرزُقَنِي طَلَبَ ثارِکم مَعَ اِمامٍ هُدَي ظاهِرٍ ناطِقٍ بِالحَقّ مِنکُم

"Allahdan istəyirəm ki, məni Sizin Allahın yanında olan ləyaqətli yerinizə, tərifli məqamıza çatdırsın. Mənə Sizdən olan, zühur edərək haqqı deyən hidayətçi imamın kənarında Sizin qanınızı (qisasınızı) tələb etməyi nəsib etsin"

Bu parçada İmam Hüseynin (ə) qisasını alacaq, onun tökülən qanının intiqamını alacaq Həzrət Mehdi (ə) ilə birlikdə, onun qiyamının iştiraçılarından olmaq Allahdan istənilir.

Məlum oldu ki, Aşura ziyarətnaməsinin və ümumilkdə İmam Hüseyn (ə) qiyamının bir cəhəti də aşura mədəniyyətini ilə zühur mədəniyyətinin, bu iki məktəbin və hadisənin amal və ideyalarının bağlılıq və əlaqəsidir.

Şiə məzhəbinin izzət və başıucalığının rəmzi və sirri iki qandda yatır: "İmam Hüseyn (ə) qiyamından mənşələnən qırmızı şəhadət qanadı və zühur mədəniyyəti, intiazar həsrəti və ideal ilahi cəmiyyətin ümidi ilə çırpınan yaşıl qanad."/shabestan/


nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930