Kərbəlada baş verən müsibətdə Əhli-beyt (ə) zərrədək naşükürlük etmədi
Mьəllif: admin1
Tarix: 21-08-2022, 21:57
Kərbəlada baş verən müsibətdə Əhli-beyt (ə) zərrədək naşükürlük etmədi
İmam Hüseyn (ə), o Həzrətin (ə) səhabələri, Əhli-beyti (ə) o qədər çətinlik və müsibət qarşısında Allaha naşükürlük etmədilər. Onlar daima şükür edir və heç bir giley dillərindən çıxmırdı.

Şükür o qədər əhəmiyyətli bir mövzudur ki, Allah özünü Şəkur adlandırır.

Şəkur, yəni çoxlu şükür edən. “Həqiqətən Allah bağışlayan və qədirbiləndir”. (“Şura” 23).

Əlbəttə, Allahın şükür etməsi ilə insanın şükür etməsi fərqlidir. Allahın şükrü odur ki, Ona şükür edənə mükafat verər və onun şükrünü qəbul edər.

İmam Əli (ə) buyurur: “Nemətin çoxluğu şükür etməkdədir”.

Kərbəla səhnəsində İmam Səccad (ə) və Həzrət Zeynəb (s.ə) çox əziyyət çəkmişdilər. Onların gözü qarşısında əzizləri şəhid olmuş və əsir düşmüşdülər.

Yerdə qalanların acısı şəhid olanların çəkdiyi əziyyətdən daha çox olur. Onlar Kufə və Şam yolunda həm döyülüb, həm də təhqir oldular.

Bütün bunlara baxmayaraq, Həzrət Zeynəb (s.ə) demişdi: “Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim”.

Karvanları Mədinəyə çatan zaman insanlar onları əhatəyə alıb, hallarını soruşdular.

İmam Səccad (ə) onlara xütbə dedi və xütbəsini Allaha həmd və şükür edərək başladı və sonra qanlı Kərbəla hadisəsindən xəbər verdi.

Allahın bu imtahanından necə başıuca çıxdıqlarına işarə etdi. Bir dəfə də olsun şikayət sözü ağzından çıxmadı.

İmam Səccad (ə) buyurmuşdu: “Ey Mədinə xalqı! Bizimlə nə etdikləriniz sizə nə qədər desəm də... Əgər cəddim Rəsulallah (s) əmr etsəydi ki, Əhli-beytimə (ə) əziyyət və işgəncə vermək vacibdir, bu etdiklərindən artıq olmazdı”.

Bəli, hər bir halda Allaha şükür edək, bütün bəlalarda, bütün xoşluqlarda, bütün rifahlarda. Əlhəmdulillah lütfdür – həm gizli və həm də aşkar lütfdür. Bütün həmdlər Allaha məxsusdur.

Böyük mərcələrdən olan mərhum Ayətullah Xunsari xəstə olan zaman yanına gedənlər halını soruşurdular və belə cavab verirdi: “Allaha şükür olsun ki, əlhəmdulillah belim çox ağrıyır”.

Alim demək sitəyir ki, belim çox ağrıyır. Deyir ki, əlhəmdulillah ki, belim ağrıyır. Çünki bilir ki, bu ağrı və acı da Allahın lütfüdür və Allaha məxsusdur. Bu çətinliklər – Allahın inayətidir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930