Bizim Vilayət-fəqihimiz var, onun sayəsində başımız ucadır!
Mьəllif: admin1
Tarix: 26-10-2015, 10:50
Bizim Vilayət-fəqihimiz var, onun sayəsində başımız ucadır!
“Allaha and olsun, zillətə əl basmaram və kölə kimi də, meydandan qaçmaram!”
Ötən gün Hizbullah təşkilatının baş katibi seyid Həsən Nəsrullah son vəziyyətlə əlaqədar daxildəki bəzi siyasi cinahlara müraciətlə bildirib ki,… nüvə müzakirələri, nəhayət, razılıqlarla başa çatdı, amma nə dəyişdi? Yəni, İran bizə tamam arxa çevirdi (son vaxtlar daxildə belə fikirləri irəli sürənlər var idi)? Əsla! Ali Rəhbər imam Xamenei başda olmaqla iranlılar heç vaxt hər hansı mənafeyə görə dost və müttəfiqinə vəfasızlıq etməz, hətta mənafeyini bu yolda qurban verənlər. Uzun müddət idi ki, Suriyanın süqutunu gözləyirdiniz ki Livana hakim kəsiləsiniz. Özünüz də, müşahidə etdiniz ki, bu ölkə beş il müqavimət göstərərək süqut etmədi və etməyəcək və siz də, bu arzunuza çatmayacaqsınız… (Amerika və müttəfiqlərinə müraciətlə) Biz Hüseynin (ə) və Zeynəbin (s) məktəbində tərbiyə almışıq, meydandan çəkilmərik, İsrail və ya təkfirçilərlə döyüş bizi qorxuda bilməz! Dünya və axirətdə səadət naminə gecə-gündüz çalışacağıq! Amerikanın regionda mütiləri var, neft-qaz sövdəgərləri onlarla müamilə edir. Bizimsə Vilayət-fəqihimiz var, onun sayəsində başımız ucadır! Biz Hüseynin (ə) ordusundayıq və onun da, sözü və əqidəsi budur: “Allaha and olsun, zillətə əl basmaram və kölə kimi də, meydandan qaçmaram!” Bu ordunun igidlərinin Amerikaya, İsrailə və Ali-Səuda son sözü budur: Bizdən heç vaxt qarşınızda zillətə düşəcəyimizi gözləməyin! Biz cihad və müqavimət oğullarıyıq!


Nur-az.com/shia-news
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031