Aşura günü İmam Hüseyn (ə)-ın xütbəsi
Mьəllif: admin1
Tarix: 23-10-2015, 19:46
Aşura günü İmam Hüseyn (ə)-ın xütbəsi
"Allaha həmd səna edirəm ən gözəl həmd səna və Ona çətinliklərdə və rahatlıqda "Həmd" deyirəm..."

İmam Hüseyn (ə) qürub çağı səhabələrini yanına çağırdı.

İmam Səccad (ə) buyurur: Mən də xəstə halda atamın sözlərini eşitdiyim üçün onun hüzuruna getdim, atam səhabələrinə buyururdu:

"Allaha həmd səna edirəm ən gözəl həmd səna və Ona çətinliklərdə və rahatlıqda "Həmd" deyirəm. İlahi! Bizi nübuvvətlə (peyğəmbərliklə) kəramətli etdiyin üçün sənə şükür edirəm. Allahım, Quran elmini və dini anlamağı bizə kəramət buyurdun. Bizə eşidən qulaq, görən göz və agah qəlb əta etdin. Bizləri şükür edənlərdən qərar ver. Mən öz köməkçilərimdən və səhabələrimdən ən yaxşı və ən vəfalısını tanımıram. Öz ailəmdən daha itaətcil və daha qohumlarla əlaqəsi olan başqa bir ailə tanımıram. Allah, mənə köməy etdiyinizə görə sizə xeyir mükafat versin! Mən bilirəm ki, sabah bizim işimiz bunlarla döyüşlə bitəcək. Mən sizə icazə verir və bey'ətimi üzərinizdən götürürəm, yolu keçmək və təhlükəli məntəqədən uzaqlaşmaq üçün gecənin qaranlığından istifadə edin. Sizlərdən hər biriniz mənim ailəmdən birinin əlini tutub kənd və şəhərlərə parakəndə olun. Allah sizinlə Öz qəza və qədərini təyin etsin. Bu camaata mən lazımam və mənə əlləri çatdıqda sizinlə işləri olmayacaq".

Bu xütbədən sonra İmam Hüseynin (ə) səhabələri hərəsi qalxıb özünə məxsus tərzdə İmam Hüseynə (ə) öz sədaqətini bildirdi.

İmam Səccad (ə) buyurur: Atam səhabələrinə buyurdu bey'ətimi sizdən götürdüm siz azadsınız, səhabələr fədakarlıqlarını və vəfadarlığını şəhadətin sərhəddinə qədər İmamın (ə) yanında möhkəm saxladılar. İmam (ə) onların haqqında dua edib buyurdu: "Başlarınızı qaldırın və məqamınızı görün! Səhabələr baxıb Cənnətdəki öz məqamlarını müşahidə etdilər və İmam (ə) onların uca məqamlarının hər birini onlara bir-bir göstərdi.

nardaranpiri.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031