İmam Hüseynə (ə) matəm saxlamaq bəşəriyyəti zalım hökmdarlara qarşı nə dərəcədə birləşdirə bilər?
Mьəllif: admin1
Tarix: 23-10-2015, 19:43
İmam Hüseynə (ə) matəm saxlamaq bəşəriyyəti zalım hökmdarlara qarşı nə dərəcədə birləşdirə bilər?
İmam Hüseyn zülmkarlığın əleyhinə mübarizədə birlik amili

Ətraflı cavab:

Məsum imamlar (əleyhimus-salam) insanlara İmam Hüseyn (əleyhis-salam) üçün matəm mərasimləri qurmaqla bağlı tövsiyələr etmiş və həzrətin hərəkatını insanların vəhdət amili saymışlar.

Belə ki, bu gün İmamın şəhadətinin ildönümündə milyonlarla insan milliyyətindən, irqindən, təbəqəsindən, məzhəbindən asılı olmayaraq dünyanın hər nöqtəsində ona matəm saxlayır və Hüseyn bayrağının ətrafına toplaşır.

Hər xalq şərəflər yaşaması üçün vəhdət amilinə ehtiyac duyur. Şübhəsiz, Əhli-beyt (əleyhimus-salam) tərəfdarları üçün ən yaxşı vəhdət amili İmam Hüseynin (əleyhis-salam) matəm mərasimləridir. Bu mərasimlərdə minimal əmək və vəsait ilə böyük insan kütlələrini bir yerə toplamaq olar. Təbii ki, qısa zamanda minimal təbliğat işləri ilə pərakəndə qüvvələrini bir yerə toplayıb təşkilatçılıq etmək kimi bir bacarığa malik olan xalq hər hansı bir maneəni öz tərəqqi yolundan silməyə qadirdir.

Məsum imamlar (əleyhimus-salam) insanları İmam Hüseynə (əleyhis-salam) yas saxlamağa səsləyərək kütlələrin pərakəndəliyinin qarşısını almış, dağınıq qüvvələri toplamış, onların arasında vəhdət və yekdillik yaratmaqla nəhəng bir qüdrət yaratmışlar.

İranın müsəlman xalqı İslam inqilabı zamanı Məhərrəm və Səfər aylarında, ələlxüsus Tasua və Aşura günlərində zülmkar şah rejiminin canına lərzə salırdı. Məhz belə hərəkatlar məsum imamların (əleyhimus-salam) İmam Hüseynin vəhdət amili olması ilə əlaqədar təkidlərinə aydınlıq gətirir.

Əgər inqilab zamanı belə mərasimlərdə ehtiyatda saxlanmış belə bir qüvvənin üzə çıxmasının şahidi olmasaydıq, şayəd məsum imamların (əleyhimus-salam) bu kimi mərasimlərin təşkili ilə bağlı təkidlərini dərk etməzdik.

Alman yazıçısı Marbin öz əsərində yazır: "Bizim bəzi tarixçilərimiz məlumatsızlıqdan şiələrin keçirdiyi əzadarlıq mərasimlərini "dəlilik" adlandırmışdır. Onlar yanlış qərar vermiş və şiələrə böhtan atmışlar. Mən dinlər və məzhəblər arasında şiələr kimi canlı və mübariz camaat görməmişəm. Şiələr İmam Hüseynə (əleyhis-salam) matəm məclisləri keçirməklə məntiqi siyasət yürüdərək səmərəli, dini hərəkat yaratmışdır. (1)

Sözü gedən yazıçı yazır: "Müsəlmanlar içində heç nə İmam Hüseyn (əleyhis-salam) matəmi kimi siyasi oyanış yarada bilməmişdir. (2)

İslam düşmənlərinin bu kimi mərasimlərlə mübarizəsi, bu ənənənin yaddaşlardan silinməsi üçün göstərdikləri təşəbbüs, hətta İmam Hüseynin (əleyhis-salam) qəbrinin dağıdılması üçün etdikləri cəhdlər və həzrətin qəbrinin ziyarətinə törətdikləri maneələr (3) hökumətlərin bu nəhəng gücdən nə qədər qorxduğuna əyani sübutdur.
Bu gün belə məclislərin din düşmənlərinin qəlbinə saldığı vəlvələ heç kimə gizli deyil. Onlar bəzən öz yerli nökərlərinin əli ilə şiələrə yersiz böhtanlar atmaqla, bəzən Rza xan kimi iş başına gətirdikləri diktatorları ayağa qaldırmaqla, bəzən də belə məclisləri əsassız və yersiz qələmə verməklə İmam Hüseyn (əleyhis-salam) mərasimlərini kökündən kəsmək üçün əllərindən gələni əsirgəməmiş və hazırda da əsirgəmirlər.

Kərbəla hadisəsindən sonra İslam tarixinə ötəri bir nəzər salsaq, görərik ki, bu mərasimlər və Aşuranın insanlara öyrətdiyi dərslər neçə-neçə Allah mücahidlərinə diktator və zülmkarlara qarşı mübarizədə örnək olmuşdur.

Hüseyn mərasimləri tarix boyu zülmə məruz qalan xalqların pənah apardıqları əsas məkanlardan sayılır. İmam Hüseyn (əleyhis-salam) məclislərindən mümkün qədər çox yararlanmaq, məclislərin həyəcanı ilə zalım qüvvələrin cavabını vermək, təkcə İran İslam İnqilabında deyil, digər xalqların, o cümlədən İraq və Pakistanın da istiqlaliyyətində böyük rol oynamışdır.

Hindistanın istiqlaliyyət lideri Qandinin məşhur sözlərində deyilir:
Mən dahi İslam şəhidi İmam Hüseynin (əleyhis-salam) həyatını diqqətlə oxumuşam və Kərbəla səhifələrinə kifayət qədər diqqət yetirmişəm. Mənə aydın olub ki, Hindistan qalib ölkə olmaq istəyirsə, İmam Hüseynin (əleyhis-salam) yolunu davam etməlidir. (4)
Lakin bu o zaman gerçəkləşə bilər ki, niyyətlər xalis olsun, dağıdıcı rəqabətlər öz yerini qurucu həmkarlığa versin, bu məclislər vəhdət ocağına çevrilsin, oradan fədakarlıq nəfəsi gəlsin.
Ədalətin icrası və zülmə qarşı mübarizə İslama xas baxışlardan olmadığına görə İmam Hüseynin Kərbəlada bəşər övladına təqdim etdiyi təlimlər bütün xalqlar üçün əlverişli ola bilər. (5)
1. Şeyid Əbdülhüseyn Şərəfüddin, "Hüseyn ibn Əlinin şəhadət və matəminin fəlsəfəsi" kitabından nəqlən, səh. 109.

2. "Hüseyniyyə siyasəti" kitabından nəqlən, səh. 44. Maraqlıdır ki, son samanlar ABŞ-da "İlahi dinlərin arasında təfriqə salmaq üçün planlar" adlı kitab nəşr edilmişdir.

4. "Hüseynin insanlara keçdiyi dərs" kitabından nəqlən, səh. 289.
5. "Aşura, köklər, amillər, baş verənlər, nəticələr" kitabından iqtibas olunmuşdur, səh. 72.

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930