Ərbəin mərasimində 70-dən çox ölkədən 21 milyon nəfər iştirak edib
Mьəllif: admin1
Tarix: 21-10-2019, 10:02
Bцlmə: Xəbərlər
Ərbəin mərasimində 70-dən çox ölkədən 21 milyon nəfər iştirak edib
2019-cu ilin oktyabr ayının 4-dən 20-dək Ərbəin yürüşündə İmam Huseynin (ə) Kərbəlada ziyarət etmək üçün bu şəhərə daxil olan zəvvarların sayı 21 milyon olub.

Maide.Az “tasnimnews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Kərbəla şəhərinin yerli təhlükəsizlik, sərhəd və müdafiə xidmətlərinin təqdim etdiyi ən son hesabatda bildirilir ki, bu müddət ərzində Ərbəin yürüşündə İraqın 500-dən çox şəhər və kəndindən 17 milyon nəfər iştirak edib.

Məlumata görə, yürüşdə 70-dən çox ölkədən 4 milyon nəfər iştirak edib. Belə ki, yürüşdə iştirak edən xarici ölkə vətəndaşlarından 3 milyon nəfərdən çoxu iranlı, yarım milyon pakistanlı, və yarım milyon digər ölkə vətəndaşları o cümlədən Gürcüstan, Azərbaycan, Hindistan, Türkiyə, Əfqanıstan, Livan, Kuveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, ABŞ, bəzi Avropa ölkələri və digər ölkələrdən olub.

Cari ildə rəsmi məlumata görə, Ərbəin yürüşü mərasimində dünyanın 21 ölkəsi tərəfindən 10 min 700 mokib və xidmət qrupu fəaliyyət göstərib.

Bu rəqəm yalnız qeydiyyata alınan mokiblərin sayıdır. İraqın müxətlif bölgələrində evlərdə və yollarda İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərən kiçik və böyük xidmət qrupları, məscid və hüseyniyyələrin sayı isə 100 mini keçib.

Qeyd edək ki, bundan öncə İmam Hüseynin (ə) müqəddəs hərəmi Ərbəin günü ilə əlaqədar 15 milyon 229 min 955 zəvvarın Kərbəla şəhərinə gəldiyini açıqlamışdı.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031