Ayətullah Xameneinin baxışında həyat tərzi
Mьəllif: admin1
Tarix: 19-10-2015, 17:32
Ayətullah Xameneinin baxışında həyat tərzi

"Qərb mədəniyyətinin batini, şəhvətə bulaşmış, şəxsiyyətə və mənəviyyata zidd maddi həyat tərzidir".

Nə üçün həyat tərzinə əhəmiyyət vermək lazımdır?

İslami anlamda inkişafın cəhətlərindən biri həyat tərzi, ictimai rəftardır. Mənəvi baxımdan məsələyə yanaşdıqda həyat tərzinə əhəmiyyət verməliyik. Əgər mənəvi yüksəlişə və mənəviyyata etiqadımız olmasa belə, yenə də psixoloji və əxlaqi baxımdan təhlükəsiz, rahat həyata sahib olmaq üçün həyat tərzi barəsində düşünmək zəruridir. Odur ki, bu mühüm bir məsələdir.

Həyat tərzi İslam mədəniyyətinin əsas hissələrindəndir

Əgər hərtərəfli inkişafı yeni İslam mədəniyyətinin yaranması adlandırsaq bu yeni mədəniyyətin iki hissəsi olacaq: Birinci hissə vasitələrdən ibarətdir. Digər hissə isə əsas hissədir. Hər iki hissə əhəmiyyətlidir.

Vasitələrdən ibarət hissə nədir? Bu hissə bizim bu gün ölkənin inkişafı üçün qəbul etdiyimiz dəyərlərdən ibarətdir: Elm, ixtira, sənaye, siyasət, iqtisadiyyat, siyasi və hərbi güc, beynəlmiləl etibar, təbliğ və təbliğ vasitələri; bütün bunlar mədəniyyətin, svilizasiyanın vəsait bölməsidir. Əlbəttə bu sahədə ölkənin inkişafı yaxşı olub. Həm siyasi, həm elmi, həm ictimai, həm ixtiralar sahəsində bir çox müsbət işlər görülüb. Vəsait bölməsində, təzyiqlər, hədə-qorxular və sanksiyalara baxmayaraq ölkənin inkişafı yaxşı olub.

Lakin mədəniyyətin həqiqi, əsas bölməsi bizim həyatımızın mətnini təşkil edən şeylərdir. Və bu əvvəldə dediyimiz kimi həyat tərzidir. Bu mədəniyyətin həqiqi və əsas bölməsidir. Məsələn, ailə, evlilik, məskən, geyim, istifadə nümunəsi, yemək, aşbazlıq, istirahət, əyləncə, dil, iş-güc, ticarət; iş yerində, institutda, idmanda rəftarımız, mediada rəftarımız, ata-ana ilə rəftarımız, həyat yoldaşı ilə, övladımızla, rəisimizlə, işçimizlə, polislə, dövlət işçisi ilə rəftarımız; səfərlərimiz, təmizlik məsələləri, dostla, düşmənlə, yadlarla rəftarımız və digər bu kimi məsələlər mədəniyyətin əsas hissəsi və insan həyatının mətnidir.

Həyat tərzi məsələsində nə üçün inkişaf etmədiyimizi öyrənməli, bu barədə mövcud maneələri üzə çıxarmalıyıq.

İnqilabımızda mədəniyyətin uyğun bölməsində çox inkişaf edə bilməmişik. Bu sahədə mədəniyyətin vasitə bölməsində olduğu kimi tərəqqimiz olmayıb. Odur ki, araşdırmalıyıq və bu sahədə nə üçün inkişaf etmədiyimizi öyrənməliyik?

Mövcud nöqsanları, maneələri araşdırmalı və bu maneələrin səbəblərini öyrənməliyik.
Misal üçün, belə bir sual veririk: Nə üçün cəmiyyətimizdə birgə iş mədəniyyəti zəifdir? Bu bir nöqsan, maneədir. Birgə iş mədəniyyətini qərblilər özlərinə aid etsələr də, İslam onlardan çox-çox əvvəl insanları uyğun mədəniyyətə səsləyib: "Xeyir işlərdə və təqvada əl-ələ verin"; "Hamınız birlikdə Allahdan yapışın və parçalanmayın." Və digər bu kimi ayələrdə uyğun mədəniyyətə çağırışı görmək olar.

Nə üçün ölkədə boşanma halları çoxdur? Nə üçün bəzi bölgələrdə cavanların narkotikaya meyllənmə halları çoxdur? Nə üçün qonşuluq rabitələrinə riayət etmirik? Nə üçün qohumlarla, yaxınlarla rabitə zəifdir? Nə üçün sürücülük mədəniyyəti zəifdir və yol qayda-qanunlarına tam şəkildə riayət etmirik? Bütün bunlar zərərlər, nöqsanlar, maneələrdir. Küçədə get-gəl kiçik bir məsələ deyil, mühüm bir məsələdir.
Çoxmərtəbəli binalarda yaşamaq mədəniyyətinə nə qədər sahib olmuşuq? Sağlam əyləncə nümunəsi nədir? Cəmiyyətimizdə memarlıq forması necədir?

Gördüyünüz kimi həyat tərzi məsələsi həyata aid bir çox mövzuları əhatə edir. Bu mədəniyyətin əsas və həqiqi bölməsidir və bu bizim rəftarlarımızdan ibarətdir.

Məsələn, hazırkı memarlığımız ehtiyaclarımızla nə həddə uyğunlaşır? Nə həddə əqli və məntiqlidir? Geyimimiz necə? Kişilər və qadınlar bəzənmək məsələsinə necə yanaşırlar? Bu hansı həddə olduqda düzgün və faydaladır?

Biz bazarda, idarələrdə, gündəlik münasibətlərimizdə bir-birimizə hər şeyi düz deyirikmi? Aramızda yalan nə həddədir? Nə üçün bir-birimizin axrasınca danışırıq? Bəziləri iş qüvvələri olsa da, işdən qaçırlar; onların işdən qaçma səbəbi nədir? İctimai mühitdə bəziləri səbəbsiz yerə həddindən çox aqressiv olurlar; bəzilərimizdəki hədsiz aqressivliyin, səbirsizliyin, hövsələsizliyin səbəbi nədir? İnsan hüquqlarına nə dərəcədə riayət edirik? Mediada, internetdə insan hüquqlarına nə dərəcədə riayət olunur? Qanuna nə qədər hörmət edirik? Bəzilərində, təhlükəli bir xəstəlik olan "qanundan qaçmağ"a meylin səbəbi nədir? Cəmiyyətdə iş vicdanı nə həddədir? Cəmiyyətdə ictimai intizam nə həddədir? İstehsalın keyfiyyəti necədir? İstehsalın müxtəlif sahələrində keyfiyyətə nə dərəcədə əhəmiyyət göstərilir? Nə üçün bəzi yaxşı sözlər, yaxşı nəzərlər və yaxşı idealar söz həddində qalır? Nə üçün idarələrdə faydalı iş saatı azdır? 8 saat iş saatının 8 saatı da faydalı olmalıdır. Bəs nə üçün 8 iş saatından 1, 2 saatı faydalı olur? Problem haradadır?

Nə üçün əhali arasında istehlak, məsrəfpərəstlik ifrat həddədir? Məsrəfpərəstlik fəxr hesab olunurmu? Məsrəfpərəstlik o deməkdir ki, əlimizə gələn hər şeyi həyatımızda zərurət olmayan işlərə xərcləyək.

Cəmiyyətdən sələmin kökünün kəsilməsi üçün nə edək? Nə edək ki, həyat yoldaşının, övladların hüquqları tapdanmasın? Nə edək ki, cəmiyyətimizdə boşanma halları qərbdəki kimi rəvac tapmasın? Nə edək ki, cəmiyyətdə qadının həm hörməti, izzəti, ailə şərəfi qorunsun, həm də ictimai vəzifələrini yerinə yetirə bilsin və eyni zamanda ailə və ictimai hüquqları tapdanmasın? Nə edək ki, qadın bu neçə məsələdən birini seçməyə məcbur olmasın? Bütün bunlar mühüm məsələlərdir.

Lüksyönlü, bərbəzəkli həyata mely nədir? Pisdir, yoxsa yaxşı? Hansı həddə pisdir, hansı həddə yaxşıdır? Bu meylin normal həddi aşmaması üçün nə edək? Bunlar həyat tərzinə aid müxtəlif məsələlərdir. Bütün bunlar mədəniyyətin mətnini təşkil edir. Hansısa bir mədəniyyəti dəyərləndirdikdə uyğun məsələləri nəzərə almaq lazımdır.

Hansısa bir mədəniyyəti, svilizasiyanı yalnız texnikası, sənayesi və sərvəti var deyə tərifləmək, alqışlamaq olmaz. Ola bilsin uyğun svilizasiyanın daxilində cəmiyyət və həyat tərzi yuxarıda sadaladığımız bir çox problemlərlə qarşı-qarşıyadır. Əsas olan həyat tərzinə aid məsələlərdir.
Qalanları həyat tərzinin yaxşılaşması üçün vasitədir.

Həyat tərzinin necəliyi həyatı necə alnamağımızdan aslıdır
İctimai rəftar və həyat tərzi həyatı necə görməyimizdən aslıdır: Həyatın hədəfi nədir? Həyatımız üçün, özümüz üçün təyin etdiyimiz hər bir hədəf təbii olaraq özünə uyğun bir həyat tərzini bizə təklif edir. Mühüm bir nöqtə var və o imandır. Bir hədəf seçməliyik və ona imanımız olmalıdır. Uyğun sahədə imansız inkişaf mümkün deyil. İman olmadıqda işlər düzgün qabağa getmir.
İman etdiyimiz liberalizm, kapitalizm, kommunizm, faşizm və ya xalis tövhid ola bilər. Hər halda nəyəsə inanmaq, iman etmək və həmin imanın, əqidənin ardınca getmək lazımdır. Hansısa bir prinsipə iman! Həmin iman əsasında həyat tərzi seçilməlidir.

Qərbə təqlidin ziyan və faciədən başqa nəticəsi yoxdur
Yuxarıda söz açdığımız yeni İslam mədəniyyətinin uyğun bölməsini qurmaq üçün ciddi şəkildə təqliddən çəkinməliyik; millətləri öz istədikləri həyat metodlarına, həyat tərzinə məcbur edənlərə təqlid! Bu gün söz açdığımız mədəni zorakılığın ən əsas nümunəsi qərb mədəniyyətidir. Bu sözləri qərblə düşmənlik səbəbindən demirik, bu sözlərimizin səbəbi araşdırmalarımız, təcrübələrimizdir. Bəziləri qərbin, qərb mədəniyyətinin, qərb fitnələrinin, qərblə düşmənlik adı çəkilən kimi bütün bunların səbəbini qərb əleyhinə olmaqda görürlər və deyirlər: Sizlər qərblə düşmənsiniz!

Xeyr, qərblə düşmən olduğumuz üçün və qərəzli şəkildə demirik bu sözləri. Bunlar araşdırılmış sözlərdir.
Qərbə təqlid edən ölkələr bu təqliddən zərər və faciədən başqa bir şey görməyiblər. Hətta zahirən sənaye ölkəsinə çevrilən və varlaşan ölkələr də təqlidçi olublar. Səbəb budur ki, qərb mədəniyyəti hücüm edən bir mədəniyyətdir. Qərb mədəniyyəti digər mədəniyyətləri məhv edən mədəniyyətdir. Qərblilər hara getdilərsə, milli mədəniyyətləri məhv etdilər, cəmiyyətin əsas dayaqlarını götürdülər, millətlərin dillərini, xətlərini dəyişdilər.

İngilislər getdikləri hər bir yerdə yerli əhalinin dilini İngilis dili ilə dəyişdilər. Rəqib dilləri məhv etdilər.

Qərb mədəniyyətinin batini, şəhvətə bulaşmış, şəxsiyyətə və mənəviyyata zidd maddi həyat tərzidir
Qərb mədəniyyətinin xüsusiyyətlərindən biri günahı adiləşdirməkdir. Cinsi günahları adiləşdirirlər. Bu gün qərb uyğun baxımdan biabırçı vəziyyətdədir. Əvvəl İngiltərə, daha sonra digər ölkələr və Amerika!

Böyük həmcinsbazlıq günahı bir dəyərə çevrilib! Müəyyən bir siyasətçiyə etiraz edirlər ki, nə üçün o həmcinsbazlıqla müxalif və ya həmcinsbazlara qarşıdır? Görün əxlaqi baxımdan nə qədər süqut ediblər. Bu qərb mədəniyyətidir. Həmçinin ailələrin dağılması, spirtli içkilərin, narkotik maddələrin geniş şəkildə yayılmasına işarə etmək olar.

Mən qabaqlar (50, 60 il qabaq) Xorasanda bəzi mütəfəkkir, ağsaqqal şəxslərlə rastlaşırdım. Bu şəxslər İngilislərin tiryeki xüsusi formada xalq arasında yaymalarını xatırlayırdılar. Lakin bundan qabaq əhali tiryek çəkməyi və bu cür işləri ümumiyyətlə bacarmırdılar. Tədricən narkotik maddələrdən istifadə cəmiyyətdə yayıldı. Qərb mədəniyyəti belədir!

Qərb mədəniyyəti təkcə təyyarə, rahat yaşayış vasitələri, texnika və sair bu kimi şeylərdən ibarət deyil. Bunlar qərb mədəniyyətinin zahiridir. Qərb mədəniyyətinin batini isə həmin şəxsiyyətə, mənəviyyata zidd, günaha və şəhvətə bulaşmış maddi həyat tərzidir.

Yeni İslam mədəniyyətinə nail olmağın birinci şərti qərbə təqliddən çəkinməkdir
Təəssüflər olsun ki, uzun illər ərzində bir çox məsələlərdə təqlid etməyə öyrəşmişik.
Mən geyim, məskən və digər məsələlərdə birdəfəyə ümumi bir hərəkət etmək tərafdarı deyiləm. Bu işlər tədricən yerinə yetirilməlidir. Həmçinin göstərişlə, əmrlə görüləsi işlər deyil, mədəniyyət qurmağa ehtiyac var. Dediyim kimi bu işlər seçkin şəxslərin, mədəniyyət adamlarının öhdəsinə düşür.
Siz cavanlar özünüzü bu iş üçün hazırlamalısınız. Bu öhdəmizdə olan ən böyük, ən əsas risalət, missiadır! /qafqaz.ir/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930