"Göz yaşlarınız ilə Kərbəlanı canlı saxlayın"
Mьəllif: admin1
Tarix: 12-10-2017, 11:07
"Göz yaşlarınız ilə Kərbəlanı canlı saxlayın"

"Sinə vurun və sinə vuraraq yollara tökülün. Matəm tutmaq üçün birləşin…" - Ayətullah Xomeyni (r).

Həzrəti Hüseyni (ə.s) xatırlamaq üçün qurulan məclislər ağıl ordusunun cəhalətə, ədalətin zülmə, sədaqətin xəyanətə və İslam hökumətinin tağut hökumətə qələbə çaldığı məclislərdir. Bu məclislər nə qədər izdihamlı və görkəmli qurularsa Aşuranın qanlı bayraqları məzlumun zalımdan intiqam alacağı günə qədər dalğalanacaqdır.

Məsum imamlara və məxsusən də məzlumların İmamı, şəhidlərin ağası Həzrəti Əba Əbdullah Hüseynə (ə.s) matəm saxlamaq mərasimləri təşkil etməkdən heç vaxt qafil olmayın.

İzdihamlı şəkildə təşkil edilməkdə olan matəm məclislərini hər il bir il əvvəlkindən daha da izdihamlı və görkəmli şəkildə qeyd etməklə bu mərasimləri canlı saxlamağa çalışın.

Məsum İmamların yas və matəm məclislərini canlı saxlayın, bunlar məzhəbimizin şüarlarındandır və canlı saxlanılması lazımdır. Bunlar siyasi şüarlardan biridir və qorunmaları lazımdır.

Çirkli qələmlərdən süzülən zəhərli sözlər sizi çaşdırmasın. Bu şəxslər öz batil inanclarını yazdığı kitablarda qeyd edərək hər şeyinizi əlinizdən almaq istəyirlər. Mə bada sizləri öz oyunlarına inandırsınlar.

Matəm məclisləri qurulmalı və minbər əhli olanların İmam Hüseynin (ə.s) şəhadətini canlı saxlamaları lazımdır. Bu İslami mərasimlər canlı saxlanılmalıdır, çünki bunların canlı saxlanılması İslamın canlı qalması deməkdir.

Məhərrəm və Səfər aylarından yollara çıxan, İslama uyğun bir şəkildə sinə vuran qrupları qorumalı və nəzarət etməliyik. Şəhidlər Ağasının (ə.s) fədəkarlığı nəticəsində İslam bizlərə diri olaraq gəlib çatdı.

Aşurada alimlər başda olmaqla bütün xalqımız keçmişdə oldu kimi matəm məqsədi ilə yollara çıxaraq sinə vurmaq adətini qorumalıdırlar.

Bunu unutmayın ki, əgər hərəkatınızın qorunmuş bir vəziyyətdə qalmasını istəyirsinizsə bu sünnətləri yaşatmalısınız.

Mərsiyə oxumaq onu bacaranların vəzifəsidir. Sinə vuran qruplar düzəldərək çölə çıxıb sinə vurmaq isə xalqın vəzifəsidir. Əlbəttə müxalifləriniz olacaq. Saf və təmiz ürəkli əziz gənçlərimizi aldatmaq istəyəcəklər. Qulaqlarına "artıq ağlamağın nə faydası var" deyə vəsvəsələr edəcəklər.

Aşura günləri yollara çıxaraq sinə vuran qrupların yürüşü zülmə və zalıma qarşı siyasi mənası olan bir yürüşdür. Vurulan sinələr və oxunan mərsiyələr bizim qələbəmizin sirridir. Bütün ölkədə başdan başa mərsiyə məclisləri qurulsun, hərkəs mərsiyə oxusun və ağlasın.

Sinə vurun və sinə vuraraq yollara çıxın. Matəm saxlamaq üçün bir yerə toplaşın. Amerika başda olmaqla düşmənin top və tanklarına qarşı gələ biləcək ən böyük silahımız bu göz yaşları və sinə mərasimləridir.

Allah (c.c) millətimizi Aşura günü İlahi sünnətlərə əməl etməyi, matəm saxlayıb sinə vurmağı və mərsiyə oxuyanları öz güclərində diri qalmağı nəsib etsin.

Bilin ki, bizim həyatımız və nəfəsimiz oxunan mərsiyələr və təşkil edilən matəm mərasimləridir.

Seyyid Ruhullah Mustafa Musəvi Xomeyni /qafqaz.ir/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031