Şəhidlər ağasının məqsədi öz sözlərində
Mьəllif: admin1
Tarix: 19-07-2023, 10:58
Şəhidlər ağasının məqsədi öz sözlərində

Həzrət İmam Hüseynin (ə) məqsədi onun bir çox sözlərində bəyan olunmuşdur. Şəhidlər ağası Mədinədən Kərbəlaya qədər getdiyi yolun müxtəlif mənzillərində bəzi şəxslərə cavabda, yaxud öz müraciətlərində müxtəlif ibarələrlə bu mühüm vəzifəyə işarə vurmuşdur.

Mədinə şəhərinin hakimi olan Vəlid gecə vaxtı imamı çağırıb dedi ki, Müaviyə dünyadan köçmüşdür, siz Yezidə beyət etməlisiniz. Həzrət ona buyurdu ki, qalsın sabaha, gedək fikirləşək, görək biz xəlifə olmalıyıq, yoxsa Yezid.

Ertəsi gün Mərvan həzrəti Mədinənin küçələrində görüb dedi ki, Əbu Abdullah, sən özünü ölümə verirsən, nə üçün xəlifəyə beyət etmirsən? Gəl beyət et, özünü ölümə atma, əziyyətə salma.

Həzrət (ə) onun cavabında bu cümləni buyurdu: “Biz Allahınıq və Allaha sarı qayıdacağıq. Yezid kimi birisi ümmətin hakimi olacaqsa, İslamla vidalaşmaq lazımdır”.

Söhbət Yezidin özündən getmir; Yezid kimi kim olursa-olsun. Həzrət (ə) demək istəyir ki, indiyədək nə oldusa, dözüləsi idi, lakin indi söhbət İslam dininin və quruluşunun özündən gedir.

Bu, Yezid kimi birisinin hökuməti ilə bu məhv olacaq. O, sapqınlıq təhlükəsinin ciddi təhlükə olduğuna işarə vurur. Məsələ İslamın özü üçün təhlükədən ibarətdir.


nur-az.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930