İmam Əlinin (ə.) Peyğəmbəri (s.a.v.v.) dəfn edərkən dediyi kəlamlar
Mьəllif: admin1
Tarix: 12-10-2015, 15:04
İmam Əlinin (ə.) Peyğəmbəri (s.a.v.v.) dəfn edərkən dediyi kəlamlar

İmam Əli əleyhis-salamın Allahın Peyğəmbərini (səlləllahu əleyhi və alih) qüsl verib kəfənləyərkən buyurduğu kəlamlarındandır.
Atam-anam sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Həqiqətən sənin ölümünlə başqalarının (digər peyğəmbərlərin) ölümü ilə kəsilməyən şey - nübüvvət, ilahi hökmlər və səma xəbərləri kəsildi. (Sən öz müsibətində) tək və yeganəsən. Belə ki, digər müsibətlərə təsəlli verənsən. (Çünki sənin müsibətin bütün müsibətlərdən böyükdür.) (Öz vəfatınla dünyadan köçməyinlə isə) ümumisən. Belə ki, insanlar səndə (sənin matəmində) yeksandırlar. (Bu müsibətdə heç kəs kədərsiz deyil.) Əgər səbrliliyə əmr edib nalə, fəryad və fəğan qoparmaqdan çəkindirməsəydin, (sənin ayrılığına görə çox ağlamaqla) həmişə göz yaşlarımın bulaqlarını qurudardım və dərd-qəm daimi və hüzn və kədər həmişə bərqərar olardı. Sənin müsibətində göz yaşının quruması, hüzn və kədərin daimi olması azdır. Amma ölüm elə şeydir ki, onu aradan qaldırmaq mümkün deyil və onu dəf etmək imkansızdır. Atam-anam sənə fəda olsun, bizi Rəbbinin yanında yada sal və öz yadında saxla (bizi unutma və Allah-təaladan günahlarımızın bağışlanmasını istə).
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031