Qədir-Xum günü - bayramların bayramıdır
Mьəllif: admin1
Tarix: 29-09-2015, 12:28
Qədir-Xum günü - bayramların bayramıdır

Qədir-Xum günü - bayramların bayramıdır

Qədir-Xum gününün xüsusi əməllərindən biri də elə budur ki, möminlər bir-biri ilə görüşən zaman bu zikri ifadə edərlər: “Həmd olsun o Allaha ki, bizləri Həzrət Əmirəlmömininin (s) vilayətindən yapışanlardan, tutanlardan qərar verib”. Bu, Allahın Rəbbliyinin, Rəbb kimi bizə lütf etdiklərinin, Rəbb kimi bizə hədiyyə, inayət etdiklərinin ancaq biridir ki, gecə-gündüz buna görə həmd etsək də azdır. Həmdimiz buna görədir ki, Rəbbimiz bizə ən kamil və gözəl inayəti ilə Həzrət Əlinin (ə) vilayətini tanımağı nəsib edib.
Qədir-Xum günü - bayramların bayramıdır. Qədir-Xum bayramı bəzi hədislərə görə, bayramların ən gözəlidir. Çünki Qədir-Xum günü elə bir gündür ki, onun haqqında Rəbbimiz özü Qurani-Kərimdə danışıb. Rəbbimiz bu gün haqqında Özü birbaşa, aydın şəkildə bəyan edir. Rəbbimiz çatdırır ki, Qədir-Xum günü bir gündür ki, dinimiz həmin gün kamala çatıb. Qədir-Xum elə bir gündür ki, bu gündə Həzrət Əlinin (ə) Peyğəmbərdən (s) sonra bütün müsəlman kimliyinə malik olan insanlar üçün vilayətinin elan olunması ilə, Peyğəmbərdən (s) sonra dinin bitmədiyi, İslamın nəzəri olaraq yekunlaşmadığı, dinin əməli yaşantısının Əlini (ə) tanımaqdan və Əli (ə) yolçusu olmaqdan keçməsi bəyan edilir. Bunu Qurani-Kərim dinin kamala çatdığı, nemətlərin tamam olunduğu bir gün kimi bəyan edir. Qurani-Kərim bu günü İslamın bir din olaraq Allah tərəfindən bəyənilmiş olduğu gün kimi bəyan edir. Yəni, Əli (ə) tanımaq olmasa, Həzrət Əmirəlmömininin (ə) vilayətinin dərki olmasa, Həzrət Əlinin (ə) yolçusu olmaq olmasa, din naqis olar, nemətlər tamamlanmaz, İslam Allah tərəfindən bəyənilmiş halda olmaz. Qədir-Xum günü - bu həqiqətlərin bəyan olunduğu gündür.
Qədir-Xum elə bir gündür ki, dinimizin kamil olması ona aiddir. Bu gün - dünyanın hər bir yerində ucalan, dünyanın bütün coğrafiyalarında ağıllı, düşüncəli, vicdanlı insanların qəlblərini fəth edən, dünyanın hər qarışında insanların qəlblərində minarə ucaldan, insan qəlblərində azan səsi ucaldan İslam dininin kamilliyə çatdığı bir gündür. O dinimiz ki, onun məntiqi qarşısında, onun əxlaqı qarşısında, təmizliyi qarşısında, Avropa iddiasında olanların bəzisi öz dəyərlərindən geri çəkilərək köhnə irqçilik, hətta nasizm məfkurələrinə bəzən qayıtmaqdadırlar və başqa sözləri yox, dəlillə yox, məntiqlə yox, minarələri qadağan etməklə, niqabı yasaqlamaqla ona güc gəlmək fikrinə düşürlər. Bu gün, bütün dünyanın onun əzəmətini dərk etməkdə olduğu, İslam düşmənlərinin əlindən gələni edərək, onun qarşısına çıxmağa çalışdığı dinin kamilliyə çatdığını Allah Quranda bəyan edir.

Ceferiler.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930