MƏSUMLAR VƏ İSLAMIN ƏN BÖYÜK BAYRAMI
Mьəllif: admin1
Tarix: 29-09-2015, 12:22
MƏSUMLAR VƏ İSLAMIN ƏN BÖYÜK BAYRAMI

MƏSUMLAR VƏ İSLAMIN ƏN BÖYÜK BAYRAMI

İmam Sadiq (ə) öz atasından nəql edir ki ,peyğımbər (s.ə.v.a) buyurub: “Qədir-xum bayramı ümmətimin ən böyük bayramıdır. O gündə Allah-təala məni Əli (ə)-ın canişinliyini elan etməyimi əmr etmişdir ki, ümmətim onun vasitəsi ilə hidayət olsunlar.
Başqa rəvayətə əsasən İmam Sadiq (ə)-dan soruşandaki: “müsəlmanların qurban və fitr bayramından başqa digər bayramı var” imam cavabında: “bəli, o bütün bayramlardan uca və əzəmətlidir, o gün, “möminlərin əmir”inin peyğəmbərin canişini təyin olunduğu gündür.
İlahi övliyalar və məsumlar (ə) bu gündə xüsusi olaraq bayram tədarükü görürdülər.Buna misal olaraq bir neçə rəvayəti diqqətinizə çatdırırıq.
1-Əllamə Məclisi öz kitabında belə yazır: Əli (ə)-ın xəlifəliyi dövründə Qədir-xum günü cümə gününə təsadüf edirdi. İmam Əli (ə) cümə xütbəsinidən sonra oğlanları və şiələri ilə birlikdə İmam Həsən (ə)-ın “Qədir-xum” bayramı münasibəti ilə onlar üçün hazırladığı qonağlığa getdilər.
2-Fəyaz ibn Məhəmməd ibn Tusi deyir: Günlərin birində İmam Rza (ə)-ın yanına getmişdim. Gördüm ki, İmam Rza (ə), qonaqlıq vermək üçün dostlarını evində saxladı və onların evinə də yemək, paltar, üzük və ayaqqabı hədiyyə göndərdi. İmam (ə), başqa günlərdən fərqli olaraq yalnız bu gündə dostlarına və xidmətçilərinə bu köməkliyi göstərirdi.

Ceferiler.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031