Üzdəniraq ziyalılıq
Mьəllif: admin1
Tarix: 2-12-2021, 21:49
Üzdəniraq ziyalılıq

Bəziləri deyir ki, namaz qılmaq nə deməkdir, ibadət nədir? Bunlar qoca qarıların işidir, insan ictimai olmalıdır! Bu sözlər bir növ ziyalılıq, amma üzdəniraq ziyalılıqdır!

Bildiyiniz kimi, ikinci xəlifə azandan «Həyyə əla xəyril əməl» (əməllərin xeyirlisinə tələsin) sözlərinin çıxarılmasına əmr vermişdi. O, bu ifadəni azandan nə üçün çıxarıb? Onun özündən kəşf etdiyi «ziyalılıq» bu işi görməsinə səbəb olub. Cənab Ömər bu işi ilə böyük bir səhvə yol verib.

Onun xilafət dövrü islami fəthlərin qızğın çağına təsadüf edirdi. İslam döyüşçüləri dəstə-dəstə gərgin döyüşlərə gedir və az sayla özlərinin güclü düşmənlərini diz çökdürürdülər.

Sayları 50-60 min nəfəri keçməyən müsəlmanlar hər biri neçə yüz minlik qoşuna malik olan böyük İran və Rum imperatorluğu ilə döyüşüblər və hər iki cəbhədə düşmənə qalib gəliblər.

Cihad bir daha öz dəyərini sübuta yetirir və İslamın mücahid yetişdirməsinin mənası bəlli olurdu. Belə olan şəraitdə o, öz-özlüyündə belə düşünür: Azanda uca səslə «Allahu əkbər», «Həyyə ələs-səlat» və «Həyyə ələl fəlah» deyilməsinin heç bir eybi yoxdur, amma «Həyyə əla xəyril əməl» deyilməsi mücahidlərin ruhiyyəsinə xələl gətirər.

Çünki mücahidlər öz-özlərində fikirləşərlər ki, əgər namaz əməllərin ən yaxşısıdırsa, biz döyüş meydanlarında cihad etmək əvəzinə Mədinə məscidində Peyğəmbərin (s) qəbri yaxınlığında qalıb əməllərin ən yaxşısı olan namaz qılmaqla məşğul olarıq.

Başqaları gedib döyüşsünlər, ya-ralanaraq ölsünlər, gözləri kor olsun, əl-ayaqları kəsilsin, qarınları deşilsin, biz burda öz evimizdə ailəmizin yanında qalıb dörd rükət namaz qılarıq və əməl baxımından onlardan da üstün olarıq.

Cənab Ömər buna görə də belə dedi: Xeyr, bu pis nəticələr verə bilər. Bu ifadəni azandan çıxarmağımız məsləhətdir. Onun yerinə belə deyin: «Əssəlatu xəyrun minən-novmi», yəni namaz yaxşı şeydir, amma yuxudan yaxşıdır. Yatmaq əvəzinə gəlib məsciddə namaz qılsanız, yaxşı olar.

Amma o, həmin neçə min əsgərin neçə yüz minlik qoşunun qarşısında iki cəbhədə hansı qüdrətlə döyüşməsi və qalib gəlməsini fikirləşmirdi. Həmin fəth və zəfərlər nəyin sayəsində olurdu? Onlar silah gücünə qələbə qazanırdılar? Ərəblərin silahları iranlı və rumluların silahlarından çox idi? Xeyr, heç vaxt! İranlı və rumlular dövrün mütərəqqi və sivilizasiyalı ölkələrindən idilər və ən üstün silahlar onların ixtiyarında idi.

Halbuki ərəblərin qılıncları İran və Rumda olan qılıncların müqabilində sınıq dəmirə bənzəyirdi. Bəlkə ərəblərin soy və nəsəbləri İran və rumluların nəsəblərindən güclü və qüvvətli olub? İslamdan qabaq Şahpurun ərəblərin başına nələr gətirdiyini eşitməmisiniz? Minlərlə ərəbi əsir götürən Şahpur deyildimi? Şahpur onların çiyinlərini qaraldaraq deşib zəncirləmədimi?

Əgər ərəblər güclü idilərsə, bəs Şahpurun vaxtında həmin güc harada idi? Məgər yüz ildən sonra həmin İran ərəbləri məğlub etmədimi? Bəs ərəblər İran və Rumla hansı qüvvə ilə döyüşür və onları məğlub edərək diz çökdürürdü?

Onun gücü iman gücü idi. «Həyyə əla xəyril əməl»dən aldığı, namazdan və Allahla raz-niyazdan əldə etdiyi güc idi. Quranın dili ilə desək, o, gecə Allah dərgahında dayanıb münacat edəndə öz Allahından güc alırdı. Onu bu güc və qüvvə ruhlandırırdı, yəni İran və Rumu məğlub edən ərəbin silahı deyil, ruhiyyəsi idi.

O, bu ruhiyyəni haradan alırdı? İmanından! Namaz imanı təmizləmək və yeniləşdirməkdir. O, bu ruhiyyəni «Allahu Əkbər»indən alırdı. Namazda bir neçə dəfə «Allahu Əkbər» deyəndə hamının cavabını verirdi. Bunların hamısı yoxa çıxırdı.

Qarşısında yüz minlərlə düşmən əsgərini görəndə «La hövlə və la qüvvətə illa billahil əliyyil əzim» (Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüvvə yoxdur) deyir. «Allah hər şeydən böyükdür və bütün qüdrətlər Onun əlindədir» deyir.

İnsan Allaha arxalanmalı, Ondan güc və qüvvə istəməlidir. Ona bu namaz güc verir. Əgər bu namaz olmasaydı, həmin mücahid əsgər mücahid olmazdı.

Əgər kimsə bunları səhv başa düşərək Mədinədə qalıb cihad etmək əvəzinə namaz qılmaq istəyirsə və məsələni düzgün dərk edə bilmirsə sən onu başa salıb səhvdən uzaqlaşdırmalısan.

Məgər İslam bütün hökm və göstərişlərin bir-biri ilə bağlı olduğunu söyləməyibmi? Cihad etməsi vacib olan şəxs cihada getməlidir və onun namaz qılmaq üçün Mədinə məscidində qalması haramdır. Namazın qəbul olmasının şərti cihad, cihadın qəbul şərti isə namazdır.

Mücahidə lazım olan şərtlərin toplandığı şəxsin cihada getməsi vacibdir, ona cihadsız namazın batil olmasını başa salmaq lazımdır. Bu nəinki əməllərin xeyirlisi deyil, hətta pisidir və ümumiyyətlə namaz deyil.

Ona İslamın istədiyi namazı başa sal! Cihaddan qaçıb məscidi seçən şəxsin namazı İslam namazı deyil. İslam namazı əməllərin ən xeyirlisidir.

Deməli, «Həyyə əla xəyril əməl»i namazdan götürmək və onun müsəlmanların cihad əvəzinə namaza üz tutmalarına səbəb olmasını fikirləşmək əvəzinə, məsələləri düzgün dərk etməyənləri başa salmaq lazımdır! Onu başa salaraq səhv fikri zehnindən çıxarmaq lazımdır. Belə işlər görmək əvəzinə nə üçün azanda dəyişikliklər aparırsan?!

Buna görə də İslam məntiqində, bu günkü dillə desək, İslamın dəyərlər quruluşunda, ibadət dəyərlərin ən başlıcasıdır, amma bütün şərtləri riayət edilən İslami ibadət! Quran nişanə və təsirləri aşkar olan namazın düzgün namaz olduğunu bildirib. Namaz öz təsirini necə göstərməlidir? Quran bu barədə belə buyurur: «...Həqiqətən, namaz [insanı] çirkin və pis işlərdən çəkindirir...» (Ənkəbut-45).

Bəli, düzgün namazın xüsusiyyəti budur ki, o, insanı pis və çirkin işlərdən çəkindirir. Əgər namaz qılır və eyni zamanda günah edirsənsə, namazının namaz olmadığını bil, namazını düzəlt! Namazın düzgün namaz olsa, o, səni bütün dəyərlərə çatdıracaqdır.

Bütün dərs və ibrətləri Əlidən (ə) almalıyıq. O, bütün islami dəyərləri bir yerdə cəm etmiş toplumdur. Nəhcül-bəlağə Əlinin (ə) sözləri toplanmış kitabın adıdır. Bu elə bir kitabdır ki, adam onun harasına baxırsa, yeni bir məntiqlə rastlaşır, yəni bundan əvvəl danışan şəxsin deyil, başqa bir insanın danışdığını güman edirsən.

O, Nəhcül-bəlağənin hər yerində əvvəlkindən fərqli, yeni bir şəxsiyyət, yəni bütün insani dəyərlərə malik olan bir şəxsiyyətdir. O, bir yerdə ancaq qəhrəmanlıq məntiqinə əsaslanır.

Sanki uşaqlıq dövründən sonra hərbiçilik məktəbindən təhsil alıb və hərbi rütbələri keçərək bir komandan olub və hərbi komandanlıq məsələlərindən başqa heç nə bilmir. Yalnız hərbi qəhrəmanlıqla dolu bir ruha malikdir. Başqa bir yerdə isə həmin Əlini aşiqcəsinə olan münacatdan başqa heç nəyə diqqət etməyən arif kimi görürük.

"Kamil insan"

Ustad Mürtəza Mütəhhəri
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930