Azyaşlı qız uşağı Ali Rəhbərə necə yardım edib?
Mьəllif: admin1
Tarix: 7-08-2017, 11:04
Azyaşlı qız uşağı Ali Rəhbərə necə yardım edib?
Ali Rəhbər Ayətullah Xamenei öz xatirələrində inqilabın əvvəllərində terror aktına məruz qalandan sonra iflic olmuş əli barədə belə deyir: "Hadisədən sonra bütöv qolum tamamilə şil oldu və bir müddət heç bir hərəkətə qadir deyildi. Amma tədricən çiyin nahiyədən az-az hərəkətin əmələ gəldiyini hiss etməyə başladım. Bunu müşahidə edən həkimim bildirdi ki, yol getdiyim zaman qolumun təbii surətdə hərəkətinə icazə verim. Bu minvalla get-gedə hərəkətin miqdarı artmağa başladı, tainki əlimi dirsəkdən aşağı endirməyə nail oldum. O zamanlar Allah bizə bir qız uşağı nəsib etmişdi və mənə çox bağlı idi. Odur ki, hər yerdə mənə sığınır, qucağıma qalxır, hətta bəzən nazirlik kabinetində də (baş nazir olduğu zaman), məndən əl çəkmirdi. Bir gün yenə həkimim uşağı şikəst qolumla götürdüyümü müşahidə edib, hərəkətimi çox bəyəndi və dedi ki, bu uşaq sənin qolunu yaxşı edəcək və onun ağırlığının əzələ və əsəblərin əvvəlki vəziyyətini bərpa etməyinə xeyli köməyi dəyəcək. Elə belə də, oldu; tez-tez onu qucağıma alardım, ora-bura aparardım və yavaş-yavaş qolumun qüvvəsi əvvəlki vəziyyətinə qayıtdı. Amma onu da, deyim ki, biləkdən aşağı heç nə hiss etmirəm və sanki əlim yoxdur, bəzən bir sıra işlərdə cüzi rolu olsa da, əl tamam başqa bir şeydir…

Nur-az.com/abna
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930