Allah təkdir
Mьəllif: admin1
Tarix: 17-09-2015, 14:04
Allah təkdir

Bu bəhsdə məqsəd, bütün varlıq aləminin xaliqinin Allah olması və Onun tək olub şəriki olmamasıdır.Bu mövzuda iki məsələni araşdırmaqla davam etdiririk:
Birinci məsələ: Varlıq aləminin xaliqini sübut etmək. Bu varlıq dünyası təsadüfən yaranmayıb. Bütün bu məsələlri isbat etməkdən ötrü müxtəlif dəlillər vardır. Onlardan bə`zilərinə işarə edirik:

BİRİNCİ DƏLİL:

Varlıq aləmində olan bütün mövcudatlar məhv olub aradan getməkdədir. Butün bu hadisələriözümüz müşahidə edirik. Bunlarla da aydın olur ki, hər bir yaranmış varlıq öz varlığınıbaşqa birisindən alır və onun vasitəsilə saxlayır. Yaranmışların heç biri zatən varlıq qabiliyyətinə malik deyillər. Çünki, əgər onların zatən varlıq aləmində qalmaq qüdrətləriolsaydı heç vaxt məhv olmazdılar. Beləliklə, əgər hər hansı varlıq və vücud məhv olmaq və aradan getməyi qəbul edirsə onun yaradanı var və bu yaradan həmən Allah-taaladır. Allah-taala Özü isə aradan getməz və əbədidir. Fikrimizi tamamlamaqdan ötrü bir nümunə gətiririk:

Fərz olunsun ki, qarşımızda bir topa güzgü var və onlardan ətrafa nur saçılır. Bu nur şüalarna uzaqdan tamaşa etdikdə nəhayətdə, aydın olur ki, nurların hamısı güzgünün özündə yox, bəlkə də başqa yerdəndir. Ona görə ki, güzgü üzündən heç bir nur vermir. Həmin səbəbdən insan bu nurların mənşəyini güzgülərin özündə axtarmır. Nurlar güzgüdən xaricdə, günəş, ay, çıraq və ya alov kimi yerlərdə axtarılır. Çünki, güzgü belə şeylərdən nur ala bilər.

Nurun özünün zaatına qayıtdığı və əsl kökünə müraciət etdiyi kimi insanın varlığının və vücudununda öz kökü və qayıdış yeri vardır. İnsan da həmin kökdən mənşələnir və ordan ayrıla bilməz. İnsanın o kökdən müstəqil şəkildə olması mümkün deyil. Həmin kök və mənşə Allah-taaladır.

İKİNCİ DƏLİL: NİZAM-İNTİZAM

Bu dəlilin xülasəsi bundan ibarətdir: həqiqətən bu kainatın dəqiq şəkildə nizam-intizamı vardır. Kainatın bütün xırdalıqları və zərrəcikləri bir-biri ilə möhkəm bağlıdır. Bütün bunları bugünkü müasir elm də bu məsələni dəqiqliklə varlıq aləminin dəqiqlik və nizam-intizamınıtəsdiq edir. Belə olan halda bu varlığın xaliqi də tək, alim və hikmətli olmalıdır. Heç də ağıla batan deyildir ki, bütün bu varlığın mənşəsi təsadüfdür. Halbuki, ağıl bütün bu zahiri sadə hadisələrivə ya bir-biri ilə bağlı hadisələrin dərkindən sonra qəbul etmir ki, bir-biri ilə bağlı bütün müxtəlif hərəkətlərvə hadisələr təsadüf nəticəsindədir. Bəs, ağıl belə bir şeyi qəbul etmirsə, necə təsəvvür etmək olar ki, bütün bu möhkəm və əcaib nizam-intizamınvə varlığın alim və hikmətli xaliqi olmasın və təsadüf nəticəsində olsun?!

Allah-taala buyurur:

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ

"Tezliklə, Biz, onlara dünyada və nəfslərində Öz nişanələrimizi göstəririk ki Onun (Qur`anın) haqq olması onlar üçün aşkar olsun. Məgər Allahın hər şeyə şahid olması sizə kifayət deyilmi?!”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930