Sahib-əz zaman (ə) haqqında və gəlişinə hazırlıq
Mьəllif: admin1
Tarix: 17-09-2015, 13:59
Sahib-əz zaman (ə) haqqında və gəlişinə hazırlıq

Əziz bacı və qardaşlar! Gəlin qonağını gözlədiyi üçün evini təmizləyənlər kimi, bizdə ruh və cismimizi günahlardan paklaşdıraq və həqiqi intizar çəkən kimi xəcalətli üzlə Zəhra (əleyha salamın) Yusifinə sarı təmənna əllərimizi uzadıb belə ərz edək:
Mehdi can! Ey Əzizimiz! Bizə və ailəmizə çətinlik çatmış və az sərmayə gətirmişik.Beləliklə bizim piyaləmizi kamil edib,bizə sədəqə və bəxşiş ver.Həmçinin bizə nəzər edib başımıza əl çəkərək bizi kamilləşdir.
Ey Əziz! Ey bulud arxasında gizlənmiş günəş! Ey hicranı seçərək səfərə çıxan! Nə vaxtadək Sən qeybdə, biz isə hicranda qalacağıq? Cahan qədəmlərinə fəda olsun,bizim bu günkü hicranımız sənin sabahkı vüsalına çatacaqmı?
Ey Əziz! Ey məhrumların Rəhbəri! Ey məzlumların haqqını tələb edən!Ey çarəsizlərin köməkçisi! Ey sonuncu Ümid! Bizim axtaran gözlərimiz hər səhər sənin intizarını çəkir.Görəsən bizim qaranlıq hicran axşamımız sənin parlaq sübh vüsalına dönə bilərmi?
Ey Əziz! Ey Peyğəmbərin bayrağını əlinə alan,ey sonuncu Peyğəmbərin risalətini çiyninə alan,Ey Əlinin (əleyhissalam)qılıncını əlinə alan, ey Musanın əsasını götürən və Ey Süleymanın üzüyünü barmağına salan! Bizim üçün necə də ağırdır ki,hamını görən halda Səni görə bilməyək.
Ey Əziz! Ey Musanın kəmalı, İsanın əzəməti və Əyyubun səbrinə malik olan! Hamının səsini eşidib, amma Sənin ürək açan səsini eşidə bilməməyimiz necə də çətindir.
Ey Əziz Allahın yer üzündə olan Yadigarı! Ey Allahın bacarıqlı əli (qüdrəti)! Ey Allahın natiq Quranı! Ey Allahın ismi-əzəmi! Lütfünü açıq-aşkar görüb, amma sənin müqəddəs varlığını inkar edən düşmənin bizə vurduğu tənələr necə də çətindir.
Ey Əziz! Ey Yasin və Tahanın övladı! Ey "Sirati mustəqim"övladı! Ey Fatiməyə təsəlli verən! Ey Əskəri övladı! Sənin dilruba üzünü görüb tanımamaq bizə necə də ağırdır.
Ey iman aləminin qəlbi! Ey nəhayətsiz rəhmət məzhəri! Biz sənin pak qədəmlərinin intizarında əyləşmişik. Can, mal və övladlarımız sənin qədəmlərinə fəda olsun. Gəl və əlimizi tutaraq özünü bizlərə göstər və bircə baxışınla bu zülümkar gecəni qələbə sübhünə çevir.Biz çoxlu tə'süflə biliril ki,sənin qeybə çəkilməyin bizim özümüzdəndir. Necə ki, özün buyurdun:
"Və ləv ənnə əşyaəna vəffəqəhumullahu litaətiha əla ictima'in minəl-qulubi fil-vəfai bil-əhdi ələyhim ləmma təəxxərə ənhumul-yumnu biliqaina və lətəəccələt ləhumus-səadətu bimuşahədətina əla həqqil-mə'rifəti və sidqiha minhum bina. Fəma yəbisuna ənhum illa ma yəttəsilu bina mimma nukrihuhu və la nuəssiruhu minhum."
"Əgər bizim işlərimiz (Allah təala onları itaətdə müvəffəq etsin),öz əhdi-peymanlarına vəfalı olsaydı,bizim onlarla görüş səadəti tə'xirə düşməz və tezliklə onlara nəsib olardı. (Bu görüş) bizə qarşı kamil və düzgün mərifət ilə həyata keçərdi. Beləliklə bizi onlardan uzaq saxlayın,yalnız bizim bəyənmədiyimiz və onlar üçün xoşlamadığımız əməllərindən ibarətdir."
Mənim əzizlərim! Yəqin bilin ki, Din və Qur'anın həqiqi sahibi gəlməyincə bu çətinliklər davam edəcək və hər gün özünə yeni rəng alacaq və beləliklə də heç vaxt nicat tapa bilməyəcəyik. Bu günümüz düzələrsədə sabah ayrı bir şey onun yerini tutacaqdır. Beləliklə də gəlin hamılıqla öz (şəxsi)işlərimizi kənara qoyaraq, yalnız Sahibəzzaman əleyhissalamın fərəc və zühuru üçün dua edək.
Şair dediyi kimi:
"Yüz gəlmişsə, demək doxsanda bizim yanımızdadır".
Həmçinin İmam Cəfəri Sadiq (ə) buyurur: "Hər kəs mənim övladım Mehdi (ə)-ın fərəci üçün dua edərsə, O da onun üçün dua edər və xoş olsun zəmanəsinin İmamı haqqında dua edən şəxsin halına."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930