Ayətullah Xamneinin ata-anasını yaxından tanıyaq
Mьəllif: admin1
Tarix: 10-09-2015, 13:49
Ayətullah Xamneinin ata-anasını yaxından tanıyaq


“Atam tanınmış ruhani idi, amma təqvalı biri olduğu üçün həmişə kənarda dayanarda… Güzəranımız çətin keçirdi. Yadımdadır, bəzi günlər şam yeməyi üçün evdə bir şey olmurdu. Bəzi günlər isə anam çətinliklə şam hazırlayırdı, o şam da kişmiş və çörək olurdu.”

İnqilab Rəhbəri ilk dəfə bəyan etdiyi bu xatirələrində deyib: “Mənim 4, 5 yaşım olanadək biz Məşhəddə yoxsul insanların yaşadığı bir məhəllədə təqribən 60 metrlik bir otağı və bir qaranlıq zirzəmisi olan evdə yaşayırdıq. Atam ruhani olduğu üçün müraciət edənlər çox olurdu. Biz də hər dəfə qonaq gələndə o gedənədək zirzəmiyə enirdik. Sonralar atama hörmət qoyan bir neçə nəfər evimizin kənarındakı həyəti satın alaraq atama verdilər. Bundan sonra biz 3 otağa sahib olduq.

Cənab Rəhbərin atası Ayətullah Seyid Cavad Xamenei hicri-qəməri 1313-cü il cəmadiul-axər ayında Nəcəfdə anadan olub. O 2 yaşında ikən ailəsi ilə birlikdə Təbrizə qayıdıb. O Məşhəddə, Nəcəfdə dini təhsil alıb. Bir çox şagirdi olub. Ayətullah Seyid Cavad Xamenei Ayətullah Seyid Haşim Nəcəfabadinin qızı Banu Xədicə Mirdamadi 20 yaşında ikən onunla ailə qurub. Banu Xədicə uşaqlıqdan Nəcəfdə yaşadığı üçün ərəb dilində danışmaqla yanaşı İrana gələndən sonra fars dilini, daha sonra türk dilini də öyrənib. Onların 4 oğlu, 1 qızı olub. Ayətullah Xameneinin atası hər zaman şah rejiminin təzyiqlərinə məruz qalıb. O hicri-şəmsi 1365-ci ildə 93 yaşında dünyadan köçüb və İmam Rzanın (ə) hərəmində dəfn edilib. Ayətullah Seyid Cavadın xanımı Banu Xədicə isə 1368-ci ildə 77 yaşında dünyadan köçüb və o da İmam Rzanın hərmində həyat yoldaşı Seyid Cavadın kənarında dəfn edilib.


nardaran.piri.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031