Allahın qəzəbi nə deməkdir? Allah haldan-hala düşə bilərmi?
Mьəllif: admin1
Tarix: 3-09-2015, 17:32
Allahın qəzəbi nə deməkdir? Allah haldan-hala düşə bilərmi?

Cəlaləddin Mövləvi deyir ki, araşdırma apararaq, bir neçə kor insanı bir filin yanına gətirirlər. Hər biri filin bir hissəsində qərar tutur. Hər biri filin bir hissəsinə əl vuraraq, onun nə olduğunu tapmalı idilər. Bir qədər sonra hər biri toxunduğu yerdən filin əlamətlərini söyləməyə başladılar. Ancaq bu söylədikləri sadəcə öz nəzərləri idi. Bu dediklərinin heç biri filə bənzəmirdi. (Tebyan)
Biz dindarların bəziləri də beləyik və dini bu kor insanlar kimi tanıyırıq. Bir ayə görəndə İslam dinini sərt bir din kimi qəbul edirik. Halbuki, bu ayənin təfsirindən və ondan gələn ayədən qafil oluruq.
Başqa bir tərəfdən isə bizə sərf edən və şəxsi istəklərimizlə uyğun olan ayələri qəbul edir və qalanlarını boş buraxırıq. Ancaq bilmirik ki, bu işimiz ilk növbədə bizə və sonra da başqalarına zərbə vurar.
Allah Təala Öz bəndələrinə qarşı mehriban və rəhimdir və ona görə də onları heç bir zaman bir işə məcbur etməmişdir. “De: «Beləliklə, yetərli (heç kimin rədd etmək qüdrətinə malik olmadığı) dəlil-sübut Allaha məxsusdur və əgər O, (yaradılışda qəti iradə ilə)istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin Allah, yaradılışda bəşəri nə şirkə, nə də imana məcbur etmişdir. Allah şirki yalnız şəriətdə qadağan edib və şəriət yolu ilə imana dəvət edib və siz bunları qəbul etməlisiniz)”. (“Ənam” 147).
“(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır”. (“Furqan” 70).
İmam Rza (ə) buyurur: “Biz görməmişik ki, Allah hansısa bir işin görülməsini haram etsin, məgər o halda ki, o şey insanın xarlıq və zillət mənbəyinə çevrilər. Görmədik ki, Allah hansısa bir işin yerinə yetirilməsini vacib etsin, məgər o halda ki, həmin şey insanın kamal və səadət mənbəyi olsun”.
Ancaq bəzən bu Rəhim Allah bəzi insanlara qəzəblənir. “(Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!”. (“Fatihə” 7).
Əhli-Beytdən (ə) buyurulub: “Sizlərin Allah yanında ən çox nifrət olunanlarınız – o kəslərdir ki, söz gəzdirər, qardaşlar arasına ayrılıq salar və günahsız insanların xata və büdrəmələrini tapmaq ardınca olarlar”.
İmam Sadiq (ə) buyurur: “Allahın ən nifrət olunan xəlqi – o bəndədir ki, insanlar dilindən qorxarlar”.
Bir nəfər İmam Baqirə (ə) sual verir ki, (“Taha” 81 ayəsində) Allahın qəzəbi dedikdə nə nəzərdə tutulur? Həzrət İmam Baqir (ə) buyurur: “Allahın qəzəbi – elə İlahi cəzadır. (İnsanın günahlarının təsirindən olar). Hər kim desə ki, Allahın halı bir haldan başqasına dəyişibdir, məxluq sifətini Allaha nisbət vermiş olar”.
Bəli, əgər behişt əhli olmaq istəyiriksə, gərək dinimizi kamil şəkildə tanıyaq və bilək ki, bizim behişt əhli olmağımız üçün iki şey mühümdür: iman və saleh əməl. Əgər imanımız kamil olarsa, dinimizi həqiqətən tanımış olarıq. Əgər imanımıza əsasın saleh əməllər yerinə yetirsək, o zaman kamala çata bilərik.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930