Təvəlla və təbərranın tərki
Mьəllif: admin1
Tarix: 1-09-2015, 14:04
Təvəlla və təbərranın tərki

Təvəlla və təbərranın (Allah dostları ilə dost, Allah düşmənləri ilə düşmənçiliyin) tərki
Təvəlla və təbərranın (Allah dostları ilə dost, Allah düşmənləri ilə düşmənçiliyin) tərki

Şiəlikdə təvəlla və təbərra məzhəb üsullarından sayılır. Hər bir müsəlman təvəlla və təbərra göstərişinə əməl etməlidir və bu vəzifədən boyun qaçıran günaha batır.

Təvəlla və təbərranın mahiyyəti

-“Təvəlla” dedikdə Allah dostu Əli (ə) və onun məsum övladlarını dost bilmək nəzərdə tutulur.
-“Təbərra” dedikdə Allah dostu Əli (ə) və onun məsum övladlarını düşmən sayanlarla düşmənçilik nəzərdə tutulur. Əli (ə) və onun övladlarına dost olmaq dedikdə sadəcə qəlb istəyi yox, 12 məsum imama və onların hər birinin üç məqamına etiqad nəzərdə tutulur: Mərcəiyyət, qəzayi vilayət və siyasi vilayət məqamı (təkvini vilayət yalnız qəlb etiqadına aid olduğundan bu məqam qeyd olunmayıb; mərcəiyyət məqamı –dini rəhbərlik məqamı, qəzayi vilayət məqamı – mühakimə məqamı, siyasi vilayət məqamı –siyasi rəhbərlik)
Buna əsasən məsumları əməl və rəftarlarımızda nümunə götürmək vəzifəmizdir. Onların dini, siyasi məhkəmə və hüquqi göstərişlərini yerinə yetirmək vacibdir. Məsumların söz və əməlləri dəlil sayılmalıdır. Əgər belə etmiş olsaq təvəlla vəzifəsini yerinə yetirmişik. Əks təqdirdə günaha batmışıq və cəzalandırılasıyıq.
Təvəlla vəzifəsini bildikdən sonra təbərra vəzifəsi də aydınlaşır. Yəni hər bir müsəlman Allah dostu olan Əli (ə) və onun övladları ilə düşmənçilik edənlərə düşmən olmalıdır. Vilayət düşmənlərinin əməl və rəftarları heç bir sahədə dəlil ola bilməz və onlardan nümunə götürmək qadağandır. Təbərraya əməl etməsək günaha batmış oluruq və buna görə cavab verəsiyik.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930