Qeybəti tərk etmək üçün 10 təsirli yol
Mьəllif: admin1
Tarix: 3-07-2022, 19:34
Qeybəti tərk etmək üçün 10 təsirli yol

Allah-Taala Quran-Kərimin Hücurat surəsinin 12 – ci ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ


"Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır".

Qeybət etmək ağır günah olduğu qədər də icrası yüngül işdir. Bir saniyəlik adi danışıq belə insanın ruhunu qaraldacaq qədər ağır bir günah sayıla bilər. Hətta insan çox vaxt elə düşür bu günaha ki, heç özü də hiss etmir ki, bu qeybətə nə vaxt düşdü və haradan başladı.

Həzrət Peyğəmbər (s) və digər məsumlardan rəvayət olunan hədislərə görə, bir insanın haqqında özü olmayan yerdə xoşuna gəlməyən və açılmasına razı olmayan bir şeyi danışmağa qeybət deyilir. İnsanların çoxu hələ bilmirlər ki, qeybətin əhatə dairəsi nə qədər böyükdür! Qeybət təkcə danışmaqla deyil, bəlkə işarə, mənalı baxış, təkcə bir kələmə, bir yazı və hətta səssiz bir barmaq və göz işarəsi də olar bilər.

Qeybət etmək fərdi günah olaraq ruha zərər vurduğu qədər həm də ictimai günah sayılır və dağıdıcı ictimai fəsadları var. Həm fərd və həm də ictima üçün qeybətin sonu xoş nəticələnmir.

Amma insan özünü və dilini kontrol edərək bu pis xasiyyətdən canını qurtara bilər. Aşağıda qeybəti tərk etməyin əsas yolları göstərilir:

1). İslam və Quran maarifi barədə daha çox bilmək və savadlanmaq. Xüsusilə də böyük əxlaq və irfan alimlərinin həyatını və əxlaq kitablarını mütaliə etmək.

2). Xasiyyəti həmişə digərləri haqqında söhbət etmək olan insanlardan uzaqlaşın.

3). Qeybət olunan məkanlara getməyin.

4). Qeybətə sövq edən suallar soruşmayın və belə suallara cavab verməkdən uzaq olun.

5). Qeybətə başlayan kimi qarşı tərəfi dayandırın və ya söhbətin səmtini dəyişin.

6). Çalışın digərləri bilsin ki, sizin qeybət etməkdən və eşitməkdən xoşunuz gəlmir.

7). Özünü islah etmək istəyən dostlardan xahiş edin ki, siz qeybət etmək istədikdə bunun qarşısını alsınlar.

8). Qeybəti tərk etməyin əsas və təhlükəsiz yolu "sükut"dur.

9). Sizin qeybətinizi edənləri bağışlayın və onlar haqqında danışmayın. Bu zaman Allah – Taala da sizi bu işdə müvəffəq edəcək.

10). Qeybəti tərk etməyin yollarından biri də ölümü və hesab verməyi tez – tez xatırlamaqdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930