Azadlıq din hökmlərinin çətiri altında
Mьəllif: admin1
Tarix: 29-06-2020, 08:42
Azadlıq din hökmlərinin çətiri altında

İslam azadlığının əhatəsi daha genişdir, bəzi cəhətlərdə daha dəqiq və həssasdır

Səadət – din hökmlərinə əməl etməkdir. Çünki ədalət din hökmlərinə əməl etməkdədir; çünki azadlıq, insanın azad olması din hökmlərinə əməl etməkdədir. Azadlığı harada tapmaq istəyirlər? İnsanların bütün istəkləri din hökmlərinin çətiri altında həyata keçir.

Günün adamının əsas ehtiyaclar baxımından min il, on min il bundan öncənin adamı ilə heç bir fərqi yoxdur. İnsanın əsas ehtiyacları bunlardır: o, dinclik, azadlıq, mərifət və rahat həyat istəyir, ayrıseçkilikdən və zülmdən qaçır. Zamanın ehtiyacları bunların çərçivəsi daxilində və bunların sayəsində təmin oluna bilər. Bu əsas ehtiyaclar yalnız və yalnız Allahın dini vasitəsilə təmin oluna bilər.

İslam xalqlara müstəqillik və azadlıq verir. Həm öz yaşayış mühitlərində azadlıq – diktator və tiranlardan, xurafat və cahilliklərdən, sapqın təəssüblərdən azadlıq, həm də iqtisadi qüdrətlər buxovundan və siyasi imperializmin təzyiqlərindən azadlıq. İslam dini xalqlara rifah və iqtisadi tərəqqi ilə yanaşı ictimai ədalət verir.

Bu gün dünyanın qəbul etdiyi mənada azadlıq, yəni köləlikdən, əsirlikdən və digərlərinin hakimiyyətindən azad olmaq və insan iradəsinə dəyər vermək məsələsi İslamda da var.

Bu azadlığın 2-3 əsr bundan qabaq meydana çıxdığını düşünmək yanlışdır. Quran ayələri və hədislər göstərir ki, məhz belə geniş mənada azadlıq İslamda çoxdan var.

Bu, hətta digər dinlərdə də var. Lakin gündəmdəki azadlığın miqyası İslam azadlığı ilə tam uzlaşmır. İslam azadlığının əhatəsi daha genişdir, bəzi cəhətlərdə daha dəqiq və həssasdır.

Deməli, İslamda azadlıq məsələsi prinsipial məsələlərdən biridir. Əgər kimsə İslamı, ictimai və fərdi azadlıqları məhdudlaşdıran bir din kimi tanısa və ya təsəvvür etsə və onda azadlığın olmadığını düşünsə, səhv edir.

Əlbəttə, azadlıq özbaşınalıqdan fərqli bir şeydir. Azadlıq digərlərini aldadıb yoldan azdırmaq deyil. Azadlıq ağlına gələni etmək və eqoizm deyil.

Azadlıq bu deyil ki, insan ürəyi istədiyi hər bir işi görsün; cəmiyyətdə qəbul olunmuş normalarla, cəmiyyətin və digər insanların hüquqlarına zidd olsa belə.

Azadlığın sərhədləri var. Azadlıq bu deyil ki, şəxs azadlıq bəhanəsi ilə imkanlardan sui-istifadə etsin. Dünyada bu iş baş verib, azadlıq adı ilə insanlara ən böyük zülmlər olunub, cinayətlər törədilib, insan nəsilləri əxlaqsızlığa və pozğunluğa sövq edilib.

Qərb mədəniyyətlərində və məktəblərində azadlıq adı ilə insanların beynindən həqiqi azadlığı siliblər. Azadlıq adı ilə onların gözlərini və ağızlarını bağladılar, istədikləri siyasəti yeritdilər.

Bu, hazırda dünyada müşahidə etdiyimiz həqiqətdir. Bu, həm Qərb blokunda və fərdi azadlıq tərəfdarı olan demokratik quruluşlarda, həm də Şərq quruluşlarında və ictimai azadlıqların tərəfdarı olan, fərdi azadlığın ictimai azadlıqda əriməsinə çalışan sosialist sistemlərində mövcuddur. Humanizm və digər cərəyanlar da bu azadlığa zərbə vurmuşlar.

Buna əsasən, İslamda olan bu uca və fərqli məsələ düzgün izah olunmalıdır. Əgər bir azadlıq barəsində İslamın baxışını düzgün bəyan etsək, dünyada uduzmayacağıq, yalançı, aldadıcı və saxta azadlıqlardan dəm vuran ölkələrin yanında deməyə sözümüz olacaq və deyəcəyik ki, niyə insana azadlıq verilmir?

Nə üçün azadlıq adı ilə insanlara zülm və cəfa olunur?

Buna görə, İslamın azadlıq haqqındakı görüşü bilinməlidir. Bu, xalqa və beynəlxalq məsələlərlə əlaqədə olanlara lazım olan bir mövzudur.

Bu, bizim özümüzə, ölkəmizin vəzifəli şəxslərinə də örnək ola bilər. Bu hüdudların əsasında vəzifələrimizi daha artıq tanıya bilərik inşallah.

Ayətullah Seyid Əli Xamenei


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031