Ruqub və sulukdan olmayaq, surrə olmağa çalışaq
Mьəllif: admin1
Tarix: 21-12-2020, 13:30
Ruqub və sulukdan olmayaq, surrə olmağa çalışaq

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Heç bir sərvət ağıldan faydalı deyildir və nadanlıq kimi heç bir yoxsulluq yoxdur.

Bunu bil ki, heç bir əməl xudbinlik kimi təhlükəli deyildir. Məsləhətləşmək kimi insan üçün ən yaxşı bir şey yoxdur və ən üstün fikir və düşüncə - ibadətidir”.

Bu hədis bizləri hər iki dünyada yaxşılıq və xeyirə dəvət edir.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Allah yanında üç əməl üstündür:

1. Vacibatları yerinə yetirmək, o kəs belə edərsə, ən çox ibadət edən olar.

2. Günahı tərk etmək və bu, əməlisalehlərin işidir.

3. Qənaət etmək və bu qənaət edən insanlara məxsusdur”.

Üçüncü sifət quşlara və heyvanlara da şamil edilir. Qənaət ehtiyatcıslığa səbəb olar və bəşərin izzətini hifz edər.

Üç şey Allahın zinətidir və Qiyamət günü nuraniyyəti vardır:

1. Din qardaşlarının görüşünə getmək, xüsusilə də əgər xəstə və ya çətinlikdədirlərsə.

2. O kəs ki, namazın intizarında olar, namazı əvvəl vaxtda qılmağa, camaat və məscidə ehtiram edərsə, Allah qonaqlarından olar.

3. O kəs ki, Allahın evini ziyarət edər.

İmam Sadiq (ə) buyurur: “Bizim üçün zinət olun, zillət və çarəsizlik deyil”.

Kamil iman üç şeyin sayəsində əldə olunar.

“Səhifeyi-səccadiyə”də İmam Səccad (ə) Allahdan kamil iman istəyir. Kamil iman üç sifət olmadan əldə olunmaz:

1. Sevincli olan zaman günah və batillə məşğul olma.

2. Nə zaman qəzəblənsəniz, yolunuzu azmayın.

3. Nə zaman qüdrətə çatsanız, haqqı zay etməyin.

Bir gün Həzrət Peyğəmbər (s) minbər başında buyurur: “Bilirsinizmi ki, ruqub, suluk və surrə kimlərdir?”.

İnsanlar susurlar və Həzrət (s) buyurur: “Ruqub o kəsə deyərlər ki, Allah onları saleh övlada malik olmaqdan məhrum etmişdir. Suluk o kəsə deyilər ki, sərvətinin olmasına baxmayaraq, özündən əvvəl heç nə göndərməmişdir.

Qiyamətin çətin günləri üçün azuqə toplamamışdır. Surrə o pəhləvana deyilər ki, şeytanın qəlbinə yumruq vurar və qəzəblənən zaman Allahı yada salaraq, həlimliyi ilə qələbə çalar”.

Bir gün İmam Əli (ə) insanlarla söhbət edirdi və onlara sual verir və cavablarını bəyənməzdi. Bu sualların düz cavablarını özü verərdi. Soruşur: “Suluk kimdir?”.

Cavabı düz vermirlər və Həzrət (ə) buyurur: “Həqiqi suluk o kəsdir ki, Allah yolunda malını qabaqcadan göndərməmişdir. Baxmayaraq ki, özündən sonra xeyli mal qoyub getsə belə”.

Həzrət (ə) buyurur: “Surrə kimdir?”.

Düz cavab vermirlər və Həzrət (ə) buyurur: “Həqiqi güləşçi o kəsdir ki, şeytan qəlbinə vuran zaman Allahı yada salar. Öz həlimliyi ilə qəzəbinə qələbə çalar. Qəzəbini torpağa vurar”.

Beləliklə, deyə bilərik ki, Allah bizləri surrədən qərar versin və şeytanın yumruğuna yumruqla cavab verib, onu pərişan edənlərdən qərar versin.

Allah bizləri ibadətdə, müsibətdə səbirli olanlardan və Allah yolunda infaq edənlərdən qərar versin. Allah bizləri nadanlardan deyil, aqillərdən qərar versin. Qəlbimizi Əhli-beytə (ə) bağlayıb əməl tofiqi inayət etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031