Ayətullah Misbah Yezdi: “İblis (lən) ardıcılları batilə bir qədər haqq qatırlar ki, insanları çaşdırsınlar”
Mьəllif: admin1
Tarix: 14-08-2015, 19:17
Ayətullah Misbah Yezdi: “İblis (lən) ardıcılları batilə bir qədər haqq qatırlar ki, insanları çaşdırsınlar”

Ayətullah Muhəmmədtəqi Misbah Yezdi “Bəsirət” iclasında Həzrət Məsumənin (s.ə.) mövludunu təbrik edərək, buyurmuşdur: “Bu böyük xanım bütün Əhli-Beyt (ə) davamçıları, xüsusilə də Məsumeyi-Qum üçün bir nemətdir. İnsan əgər istəsə bir nemətin qədrini bilsin, gərək fikirləşsin ki, əgər bu nemət olmasaydı, hansı çətinliklər və çatışmamazlıqlarla qarşılaşardı. Hal-hazırki dünyada haqla batil bir-birinə qarışmışdır. Bəzən düzgün məsələlərdə belə batil fikilər şərh edilir. Əlbəttə batil, suyun üzərində olan kəf kimidir, aradan gedəcəkdir. İlahi ayələr kimi haqq qalacaqdır.
Şeytanın (lən) tərbiyə etdikləri haqqı batillə qarışdıraraq, insanları yollarından azdırmaq istəyirlər. Bu, ümumi bir qaydadır ki, bu dünyada sırf haqq yoxdur. Qoymurlar ki, həqiqi haqqı nümayiş etdirsinlər. Başqa bir tərəfdən isə düşmənlər sözlərinin cazibəli olması üçün bir qədər haqq söz deyirlər. O şey ki, bu dünyada dəyərlidir, düşmənlər onu təhrif etməyə çalışırlar. Məzhəbin möhkəm əqidəsi o qədər dəyərlidir ki, dağ boyda qızıl ilə müqayisə edilə bilməz. Çox təəsüf ki, biz onun həqiqi dəyərini bilmirik. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyə etmişdir ki, bir nəfəri belə Allah ilə tanış etmək və hidayət etmək günəşin nuru kimi dəyərlidir. Günəşin nuru aradan gedər, ancaq bəndəlik və Allahla ünsiyyət heç bir zaman aradan getməz. Şeytan əsl bəndəliyi və ibadəti aradan apara bilmədi. Şeytan da yanlış məbudu tanıtmaq ardıncadır ki, bəşər həqiqi Məbuddan uzaq olsun.
Məhdəviyyata etiqad bəsləmək dəyərli bir mövzudur və şeytanı hərəkətə gətirər. Bəzi insanların İmam Zaman (ə.f.) adı ilə tanıtdıqları yanlış fikirlər düşmənlərin əməlidir. Bu gün bazarlarda fəaliyyət o qədər qızgındır ki, hətta Əhli-Beyt (ə) ölkəsi olmayan Sudanda belə bəziləri Məhdəviyyat iddiasındadırlar. Tarixdən ibrət alaraq və ziyanları tanıyaraq bu mövzunu düşmənlərdən uzaqlaşdıra bilərik. Bir zamanlar bir rus kişi alimlərin sorağına gəlib deyir ki, İslam haqdır. Mən istəyirəm ki, müsəlman olum. Sonra tələbə oldu və təhsilini davam etdirmək üçün İraqa getdi. Orada da sadəlöv bir nəfərlə tanış olur və onu narkotikə dadandırır. Sonra həmin sadəlöv narkotikin təsirindən bayılan zaman ona təlqin edir ki, guya onun İmam Zamanla (ə.f.) əlaqəsi vardır. Sonra bu rus başqalarını da yolundan azdırmaq üçün onu İrana gətirir və onun İmam Zaman ağa (ə.f.) ilə rabitədə olduğunu söyləyir. Bəzi başqa sadəlövlər də buna inanırlar. Get-gedə bir məzhəbə çevrilirlər. Bir müddət keçəndən sonra İmam Zamanlıq (ə.f.) iddiasında olurlar. Bazar qızışandan sonra da nübuvvət iddiasında olur. Əlbəttə ingilis bu insanı öz xeyri üçün istifadə edir. Onu bilmək lazımdır ki, şeytan hər gün daha da təcrübəli olur. Düşmənlərin fəaliyyəti hələ də qüvvədədir. Sufilər İmam Zamanı (ə.f.) bir insan bilmirlər. Onlar İmam Zamanı (ə.f.) bir məqam bilirlər ki, insan mənəviyyat aləmində seyr edərək, İmam kimi ola bilər. Sonralar “biz həmin imamıq” kimi təhlükəli iddiaları ilə qaşıla bilərik. O kəs ki, yolunu azar, ağlı işdən qalar. Qoymaz ki, heç kim onun yanlış əqidəsi haqda bir söz desin və ya tənqid etsin. Ona görə də ehtiyatlı olun ki, yolunuzu azmayasınız”. (Həvzəh)

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031