İmam Sadiqlə (ə) Mənsurun münasibəti…
Mьəllif: admin1
Tarix: 11-08-2015, 10:48
İmam Sadiqlə (ə) Mənsurun münasibəti…

"Mən bu rəvayətləri araşdırdım, onların heç bir əsası yoxdur və əksəri Rəbi Hacibə çatır" - Ayətullah Xamenei.

İmam Sadiqin (ə) Mənsurun qarşısında təzim göstərdiyini və özünü alçaltdığını bildirən rəvayətlərin heç biri düzgün deyil. Mən bu rəvayətləri araşdırdım, onların heç bir əsası yoxdur və əksəri Rəbi Hacibə çatır. Rəbi Hacib Mənsurun yaxınlarından olan fasiq bir insandır. Bəzi adamlar sadəlövhcəsinə onun şiə olduğunu söyləmişlər. Rəbi haradan şiə olur?! Rəbi ibn Yunisin həyatını araşdırarkən gördüm ki, o, doğulduğu evdən birbaş Bəni-Abbasın sarayına gəlmiş, onlara nökərlik etmiş, Mənsurun vaxtında keşikçibaşı vəzifəsində çalışmış və Abbasilərə böyük xidmətlər göstərmişdir. Rəbi olmasaydı, Mənsurdan sonra xilafət onun ailəsindən çıxacaqdı. O, Mənsurun adından saxta bir vəsiyyətnamə hazırlayıb oğlu Mehdini taxta çıxardı. Fəzl ibn Rəbi də onun oğludur. Bu ailə Abbasilərə sadiq ailələrdəndir, Əhli-beytə heç bir hörməti keçməmişdir. Rəbinin qoşduğu rəvayətlər də saxtadır. O, İmam Sadiqin (ə) xəlifənin qarşısında özünü alçaltdığını deyir ki, digərləri də öz vəzifələrini başa düşsünlər. Hər halda, İmam Sadiqlə (ə) Mənsurun münasibəti çox pis olmuş və nəhayət, 148-ci ildə (25 şəban) İmamın şəhadəti ilə nəticələnmişdir.
Ayətullah Xamenei

Həzrət Bəqiyyətullah (əc), Böyük Rəhbər, bütün müsəlmanlara bü hüznlü gün münasibətilə başsağlığı verir, Əhli-Beyt ardıcıllarına İmam Cəfər Sadiqə (ə) layiq ömür yolu arzulayırıq.

nardaranpiri.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031