Ayətullah Cavad Amuli: “Allahdan əqlani olaraq qorxmaq - nəfsin cilovlanmasına bais olar”
Mьəllif: admin1
Tarix: 5-08-2015, 13:04
Ayətullah Cavad Amuli: “Allahdan əqlani olaraq qorxmaq - nəfsin cilovlanmasına bais olar”

Ayətullah Cavad Amuli əxlaq dərsində demişdir: “Həzrət Əmirəl-möminin (ə) buyurmuşdur: “Mən hicrətin sonrakı hadisələrində Peyğəmbərin (s) ardınca idim və hər an o Həzrətdən xəbər alırdım. O zamana qədər ki, Ərəc adlı bir yerə çatdım”. (mehr)

Mərhum Seyid Rza buyurur ki, bu təfsir sonsuz fəsahəti bildirir. Yəni, mən onu yada salmağın ardınca olmuşam deməkdir. Əmirəl-möminin (ə) buyurur ki, hələ ki, yol açıqdır, əməl edin və saleh əməl görməyə razı olun. İndi fürsətdir. Əgər desəniz ki, sonra yerinə yetirərəm, heç kimin gələcəkdən xəbəri yoxdur. Olan fürsətdən bacardığınız qədər istifadə edin. Sizin həyat sənədiniz açıqdır. Onu bükün. Çünki, bu səhifələr açılan zaman artıq tövbəyə fürsət qalmayacaqdır. İnsan o zaman ki, son anına çatır, dili mələklərin ixtiyarında olur. Necə ki, yatmış insan danışar, ancaq danışmağı öz ixtiyarında deyildir ki, nəyi desin, nəyi isə deməsin. Onun danışmağı əvvəlki əməllərinə görədir. Bu gün əgər kimsə məscid əhli deyildirsə və dindən qaçırsa, moizəyə dəvət olunar. Ancaq insanın ömrünün sonunda geri qayıtmaq üçün ümidi qalmaz. O kəs ki, Allahdan əqli baxımdan qorxarsa, nəfsin yüyənini cilovlayar və günahların qarşısını alar. Bu cilov ona görədir ki, insan yanlış yola getməsin”.

Əxlaq dörd yerdə faydalıdır

O, başqa yerdə buyurur: “Əxlaq dörd yerdə faydalıdır. Birincisi dünya məsələlərinə aiddir. Belə ki, əxlaqlı cəmiyyətdə yanlış yola getməz. Heç kimin yolunu da bağlamaz. Bu əxlaqın ən az faydasıdır. İkincisi, əxlaq bir tibbdir ki, insanı dirildər. Əgər insan xəstədirsə, onu müalicə edər. Üçüncüsü isə əxlaq - bədənin memarı və mühəndisidir. Yəni əxlaq insanı elə düzəldər ki, ölümün acı hadisəsi ilə zərər görməz. Dini maarifi yaddan çıxartmaz. Çünki qəbirdə Allah, Peyğəmbər (s) və Quran insana suallar verərlər. Əgər kimsə özünü düzgün qurmayıbsa, qəbrin təzyiqi o qədər çox olar ki, insan bütün dini biliklərini yaddan çıxarar. Dini məktəbdə insan ölümü öldürər, nəinki ölüm insanı. İnsan ölümü əhatə edər, onunla əlbəyaxa olar. Bu döyüşdə sağlam halda məqsədinə çatar.”

O, “Cümə” surəsinə işarə edərək, deyir: “Yəni bu ayədə deyilir ki, siz ölümlə rastlaşanda o, ölər və siz gedərsiniz”.

İnsan ölümü öldürər

Ayətullah Cavad Amuli daha sonra buyurur: “İnsanların bir çoxu elə təsəvvür edir ki, öldükləri zaman çürüyərlər və ona görə deyərlər ki, nə qədər ki, dünyadayıq, ondan daha çox faydalanaq. Ancaq din deyir ki, insan ölümü öldürər və əbədi qalar. Biz insanlar əbədiyik. Əgər insan xalıq olsaydı, elə bir bədən düzəldərdi ki, ölümün qarşısında güclü olsun. Biz hamımız istəyərik ki, gözəl ünsiyyətdə olaq. Əxlaq bais olur ki, insan o biri dünyada gözəl ünsiyyət bağlasın. Bu da əxlaqın dördüncü faydasıdır. Dünyada gözəllik insanın əlində deyildir. Hər kəs dünyaya gəldiyi ölkəsinin insanlarının rəngində olar. İnsanın rəngi onun səadət və ya bədbəxtliyinin amili deyildir. Ancaq Qiyamət günü rəngimizi özümüz yaradırıq”.

Allah bütün əxlaq yaratmaq dairəsini insana vermişdir

Xəlq etməyi Allah Təala öhdəsinə götürmüşdür. Əxlaq yaratmaq dairəsini isə insana vermişdir. İnsana əxlaq yaratmağın xəritəsini, memarlığını və mühəndisliyini öyrətmişdir. Bu işin müəllimlərini insana tanıtmışdır. Buyurmuşdur ki, memarlığın bir hissəsini öhdənə götür. Qalanına Mən kömək edəcəyəm və Mən sənin işində axırıncı köməkçinəm”.

O, İmam Səccad (ə) və İmam Baqirin (ə) həcc haqda buyurduqlarına işarə edərək, demişdir: “Bu iki İmamın hüzurunda deyirlər ki, hacılar çoxdurlar, ancaq nalə və inilti azdır. Hər iki İmam (ə) buyurur ki, hacılar az deyildirlər, əksinə Ərəfat səhrasının cəmiyyəti çoxdur. Bu iki İmam onların gözlərinin qarşısındakı pərdəni aradan qaldırır. Onlar görürlər ki, Ərəfat səhrasındakı insanların çoxu heyvan şəklində olublar. O kəs ki, İmam Zaman ağanı (ə) özündən uzaqlaşdırar, aqibəti belə olar. Biz ki, burada oturmuşuq, üç təbəqədən ibarətik. Əvvəl bədən, ikinci düzəltdiyimiz bədən və üçüncüsü isə ruhdur ki, bədənimizə kölgə salar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031