GÖZ VƏ QƏLB
Mьəllif: admin1
Tarix: 5-08-2015, 12:45
GÖZ VƏ QƏLB

İmam Əli (ə) buyurmuşdur:

الْعَيْنُ رائِدُ الْقَلْبِ؛

“Göz qəlbin gözətçisidir.”

(“Mizanul-hikmət”, 10-cu cild, səh. 70, fəsil 3879, hədis 19939.)



ŞƏRH VƏ TƏFSİR

Qısa, eyni zamanda dərinmənalı bu hədis gözün müsbət və mənfi cəhətlərinə işarə ola bilər. Misal üçün, bir nəfər naməhrəmə baxarsa, onun əyri baxışı gözündən qəlbinə ötürülür və beləcə, onun qəlbi şeytanın ixtiyarına keçir. Hətta bir baxış belə, ixtilaflara, ailə ocaqlarının dağılmasına, dava-dalaş və qətlə səbəb olur!

Bir rəvayətdə bu böyük günahın təhlükəsi haqda belə deyilir: “(Qeyri-ixtiyari) birinci baxış sənə zərər yetirməz, (ixtiyari olan) ikinci baxış xeyrinə yox, zərərinədir, (həqiqətdə, günaha israr olan) üçüncü baxış isə, həlakətinlə sonuclanacaq.” (“Vəsailüş-şiə”, 14-cü cild, “nikahın müqəddimələri” fəsli, fəsil 104, hədis 8.)

Gözün müsbət cəhətlərinə gəldikdə isə, mümkündür, bir baxış insanı küfrdən imana və şəkdən yəqinə hidayət etsin. Qurani-Kərimdə tövsiyə olunduğu kimi, xilqət aləmində, yer və göyün yaradılışında təfəkkür göz və baxış vasitəsilə yaranır.

Demək, qeyd etdiyimiz hədis gözün müsbət və mənfi cəhətləri, onun insanın qəlbinə, eləcə də xoşbəxtlik və bədbəxtliyinin təyinində mühüm təsirlərə işarədir.

Rza Şükürlü
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930