Maraqlıdır, nə üçün mömin şəxslərin həyatında yolunu azmaq ehtimalı meydana çıxır?
Mьəllif: admin1
Tarix: 30-07-2015, 10:41
Maraqlıdır, nə üçün mömin şəxslərin həyatında yolunu azmaq ehtimalı meydana çıxır?

Təhlükə haradan gəlir - Yəqin ki, buna səbəb olan bir sıra amillər vardır. Xüsusi ilə də bu əsrdə yaşayan biz möminlər üçün...

Birinci amil: Tərbiyə və ətraf mühitin təsiri.
Həqiqətdə cəmiyyətimiz, həmçinin yaşadığımız mühit İslami dəyərləri dərk edib ona riayət etməkdə lazımi səviyyəyə çatmamışdır. Əksər ailələrin sağlam tərbiyə metodları, İslamda təlim-tərbiyə və uşaqların düzgün istiqamətləndirilməsi ilə bağlı təyin olunmuş proqramlar haqqında heç bir anlayış yoxdur. Böyüklərimizin yiyələndikləri və zehinlərimizə həkk etdirdikləri mədəniyyət (təlim-tərbiyə) heç də saf və sağlam bir mədəniyyət (təlim-tərbiyə) deyildir. Bu mədəniyyət uydurma, saxtakarlıq və xurafatlarla qarışmışdır.

Həmçinin təsiri altında böyüyüb ərsəyə yetişdiyimiz davranış qaydaları və əxlaq normaları da İslamın buyuruqları ilə tam uyğun olmamaqla yanaşı, əsasən təhriflər və yanlışlıqlardan ibarətdir. İnsan bu kimi mühitdə tərbiyə olunduqda, hətta nəfsini islah etməyə və doğru yola yönəlməyə nail olsa belə, həmin tərbiyənin, və mühitin bəzi təsirləri onun nəfsində qalaraq onu batil yollarla, zəlalət uçurumuna doğru sürükləyər.

İkinci amil: Dini qanun qaydalarına riayət etməyin sıxıntıları.

Yaşadığımız maddiyyat əsrində, fəsad dolu belə mühitdə dini prinsip və dəyərlərə riayət etmək mömin bəndənin həyatında çətinlik, müsibət və sıxıntılar mənbəyinə çevrilmişdir.

Sadiq və vəfalı Peyğəmbərimiz(s) doğru buyurmuşdur:

"Elə bir zaman gələcəkdir ki, həmin zamanda öz dinindən yapışan (dinin qanunlarına riayət edən) şəxs əlində yanar köz tutmuş (insan) kimi olacaqdır".

Mömin bəndəyə zalımlar, mürtəce cəmiyyətdəki cinayətkarlar və hətta öz ailəsi, yaxınları tərəfindən göstərilən təzyiqlər, habelə onun pozğun mühitlə üz-üzə qalması və acı reallığa qarşı mübarizə aparması onu nəfsi baxımdan sıxıntıya salır. Hansı ki, bu sıxıntı onun (nəfsi ilə mübarizədən) geri çəkilməsinə, məğlub olmasına və yaxud da əxlaqının pisləşməsinə, psixoloci problemlərlə üzləşməsinə səbəb ola bilər.

Üçüncü amil: Pozğun mühitin təsiri.

Yaşadığımız mühitə və nəfəs aldığımız havaya diqqət yetirək! Həqiqətən də, insan,adətən öz yaşadığı mühitdən təsirlənir. Belə ki, sağlam, mənəvi çirkablardan uzaq bir mühitdə yaşayan insanın nəfsinin səhifəsi bəyaz və təmiz olar. Lakin bütünlükdə fitnə-fəsad və azdırıcı vasitələrlə zəngin olan mühitdə yaşayan insan zəlalətə və pozğunluğa doğru sürüklənər. İctimai vəziyyət, cəmiyyətdəki hakim ideologiya, geniş yayılmış mədəniyyət, informasiya vasitələri, insana təsir göstərən mühitin tərkib hissələridir. Şübhəsiz ki, bir çox əxlaqsızlıqlar və çirkin təbliğatlar artıq bizim cəmiyyətimizdə də həmin tərkib hissələrinə (ideologiyamıza, mədəniyyətimizə, informasiya vasitələrimizə və s.) gizli şəkildə müdaxilə edərək ayıq, ehtiyyatlı və daxilən (mənəvi baxımdan) möhkəm olmayan insanlara öz mənfi təsirini göstərməkdədir.

Dördüncü və sonuncu amil. Şeytanın rolu.

Həqiqətən, mövcud əsrdə mömin bəndə şeytan üçün çox böyük və güclü rəqib sayılır. Lakin həmin şəxsin (mömin) digərlərinin haqq yola yönəldib, şeytanın planlarının alt-üst etməsi və onun yaratmaq istədiyi mühiti bərpa etməyə çalışan İslam təbliğatçısı olduqda isə daha güclü rəqib hesab edilir. Şübhəsiz ki, İslam təbliğatçısı olan mömin şeytanın daim müqavimət göstərdiyi və bütün gücünü sərf etməyə çalışdığı ən təhlükəli cəbhədir. Onun azacıq ehtiyatsızlığa yol verməsindən şeytan məharətlə istifadə etməyə hazırdır. Belə ki, o, (şeytan) mömin bəndənin həyatına adi bir dəlikdən və kiçik bir günah vasitəsilə belə soxulmağa yol tapır. Məhz bu səbəbdən Həzrət Rəsulullah(s) hədislərinin birində buyurmuşdur:

"Məhəmmədin canı əlində olana (Allah-təalaya) and olsun ki, İblis üçün bir alim, min abiddən daha təhlükəlidir. Çünki abid özü üçün, alim isə başqalları üçün çalışar".1

Məlum məsələdir ki, dərrakəsiz və dinini dərindən qavramayan min abidi yolundan azdırmaq şeytan üçün çox da çətinlik yaratmır. Digər tərəfdən, onların zəlalətə uğraması özlərindən qeyri-kimsəyə zərər yetirmir. Çünki onların (daim cəmiyyətdən, insanlardan uzaqlaşaraq tənhalıqda ibadətlə məşğul olduqları üçün) digərlərinə təsir göstərmək imkanı yoxdur. Lakin öz dinini tam dərk edən, onun bütün incəliklərini mükəmməl bilən bir mömini yolundan azdırmaq şeytan üçün çox çətin və məşəqqətli işdir. Digər bir tərəfdən isə, mömin bəndə başqalarına təsir göstərməsi, onları özünə cəlb etməsi ilə daim genişlənən və böyüyərək ətrafına əhatə edə bilən bir cəbhədir. Məhz bu səbəbdən şeytan bütün qüvvəsini və diqqətini bu təhlükəli cəbhəyə ‑təbliğatçı möminə yönəldir. Peyğəmbərlər və İmamlar(ə) tərəfindən buyurulmuş dini mənbələr (hədis və rəvayətlər) isə öz növbəsində bizi qəflətə yol verməkdən çəkindirərək daim ayıq və diqqətli olmağımızın zəruriliyini vurğulayır.

Əmirəlmöminin Əli(ə) buyurmuşdur:

"(Nəfsinin hiylələrindən) qəflətdə olan şəxsi arzular aldadar və onu həsrət bürüyər".1

İmam Sadiq(ə) buyurmuşdur:

"Əgər təkcə şeytan (insana) düşməndirsə, bəs onda qəflət nə üçündür?"2

İmam(ə) bu kəlamı ilə bildirmək istəyir ki, qəflət də insanı təhlükəyə atan, acı nəticələrlə üz-üzə qoyan bir amildir (Tərcüməçidən).

nardaranpiri.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031