Bu nemətlərin nəsib olmasını istəməyin!
Mьəllif: admin1
Tarix: 11-05-2023, 12:17
Bu nemətlərin nəsib olmasını istəməyin!
Bəzi nemətlər insanın ruhunu bir-birinə vurar və insan üçün pis nəticələr gətirər. İnsan bəzən əlində olan nemətlərin vasitəsilə pis təbliğatlar aparar.

Firon kimi. Əlində olan sərvətin vasitəsilə insanları yanlış yola dəvət edir. “Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: «Ey mənim qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim altımdan (saraylarımın altından və mənim istəyimə tabe olaraq) axmırlar? Məgər görmürsünüz?!»”. (“Zuxruf” 51).

Quran nəql edir ki, Həzrət Musa (ə) deyir: “Allahım, axır məni Fironla rəqib etdin. Fironun pulu var və pulundan təbliğatı üçün istifadə edir. Allahım, Firona pul vermisən, mənim əlim isə boşdur. Nə edə bilərəm?”. Bəzi vaxtlar Həzrət Musa (ə) deyərdi: “Allahım, Firon ona verdiyin malla təbliğat edir”.

Bəzən insan nemət vasitəsilə başqalarını məsxərə edər. Allahın verdiyi nemətlərdən sui-istifadə edir. “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Huməzə” 1).

“Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər”. (“Ənfal” 36).

Bəli, bu insanlar əllərində olan nemətlərlə insanlara pis təbliğat apararlar. Cavanları yolundan azdırar, dindən uzaqlaşdırarlar.

Təkəbbür və minnət qoymaq da bəzən nemətin gətirdiyi pis nəticələrdəndir. Bəzən biri başqasına bir şey verir və ona minnət qoyur. Bu minnət səbəb olar ki, həmin yaxşı işi yansın.

Şəhid Mehrab Ayətullah Mədəni deyir: “İşlərimiz ya əvvəldən xarabdır, ya ortasında və axırında xarab olar. Bəzən işlər riyaya görə əvvəldən xarabdır.

Bəzən əvvəli Allah üçündür, ancaq işin ortasında qürura düçar olar. Bəzən də əvvəli və ortası Allah üçündür, ancaq sonunda elə bir günah edir ki, həmin işləri aradan aparır”.

Bir nəfərə deyirlər ki, sən üç hacət istəyə bilərsən. Deyir ki, həyat yoldaşımın gözəl olmasını istəyirəm. Həyat yoldaşı o qədər gözəl olur ki, insanlar pəncərədən, damdan ona baxarlar.

Görür ki, həyatı çətin olur, deyir: “İstəyirəm ki, həyat yoldaşım dünyanın ən çirkin qadını olsun”. Görür ki, arvadının üzü əyilir və ona dözə bilmir.

Deyir: “Allahım, birinci gün olduğu kimi olsun”. Bu üç duanın heç birinin faydası olmur.

İmam Sadiq (ə) buyurur: “Allah Təalanın Musa (ə) ilə nəcvalarından biri də bu idi: “Heç kəsə çoxlu sərvətinə görə qibtə aparma. Çünki çoxlu sərvət çoxlu günahların mənbəyi olar. Ona haqq vacib olar””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930