Ədalətdən imtina
Mьəllif: admin1
Tarix: 15-07-2015, 00:12
Ədalətdən imtina

Ədalət Əli (ə) ilə tam qüvvəsi və imkanlarıyla fəaliyyət göstərirdi. Müsəlmanlar bundan imtina etdilər. Və hal-hazırkı vəziyyətə gəlib düşdülər.
Bu imtina aqibət cəhətdən çox əhəmiyyətli səhv idi. Müsəlmanlar etdikləri səhvi aradan qaldıra bilməzlər, çünki elə faciələrə yol açan səhvdir ki... Həzrət Zəhranı (s.ə) necə qaytaracaqlar?! (Heç olmasa, məzarı bilinsəydi, məzarından üzr istəyərdilər). Mehrab şəhidi Əlidən (ə) necə halallıq alacaqlar?! (Dərdini quyuya danışan məzlum ağam, canım sənə fəda!). Tənha-sərvər İmam Həsənin (ə) zəhər ilə doğranan ciyərlərinə görə nə üzr gətirəcək müsəlmanlar?! Müsəlmanların üzünü qara edən və tarixdə misli görünməmiş faciəni – Kərbəla vaqiəsini necə izah edəcək müsəlmanlar?! (Əsirlər karvanı... şəhərlər... küçələr... Ya Zeynəb (s.ə)!).
Nə zaman ki, həmin imtina edib üz çevirdikləri vilayətin həqiqi dərki ilə intizarında olacaqlar, və nə zaman ki, öz etdikləri bu imtinanın acı peşmançılığında yanıb qovrulacaqlar, o zaman da “Nicat” gələcək. Nə qədər ki, müsəlmanlar bu imtinaya görə lazımınca əvəz verməyiblər, belə də davam edəcək!
İnsanlar vaxtiylə öz seçimlərini etdilər – ədalətli rəhbərləri (ə) qətlə yetirərək və ya qətlə yetirilmələrinə göz yumaraq zalımlara tabeçilik etdilər. Ədalətdən imtina zülm altda yaşamağa (zillətə) razılıq bildirməkdir. İnsanlar öz seçdiklərinin girdabında batıblar.
Hər bir İslam məntəqəsində problemlər necə üzə çıxır? - Müsəlmanların pərakəndəliyi, anti-dəyərlərə bağlılıq və s. nəticəsində. Bir zaman Fələstinin o vaxtkı qabaqda gedəninə azadlıq üçün yardım əli uzadılarkən, bu əl geri qaytarılmışdı. Bu məqamda müsəlman nə istəyir? sualı çıxır ortaya! Azad olmaq istəyən kəs azadlıq üçün çalışır, nəinki, çalışma görüntüsü göstərir. Və bu da həmin tarixi bağışlanmaz imtinanın davamı! Bu da nəticə - bu gün yer üzündə əksər müsəlman ölkələri zülmə məruz qalır. Bu da təbiidir. Çünki nemətin qədrini bilməyən belə də olmalıdır. Ta ki, müsəlmanlar dərk etməsə ki, bugünkü məzlumluqlarını öz əlləriylə ərsəyə gətiriblər, heç nə dəyişməyəcək. Arxa çevirdikləri Vilayət üçün yalvara-yalvara dua edib, qan-tər içində diqqəti (rəhməti) üzərilərinə çəkə bilməsələr, belə də sürəcək. Qurunun oduna yaş da yanar – odur ki, hamı bu məhrumiyyətlərə düçar olub. Və heç də elə deyil ki, bu işlərə bulaşmamışamsa, deməli, yaxşı adamam. Mövzu o deyil, mövzu və sual budur – mən pis bəndə deyiləmmi? Görəsən özümüzü bəndə kimi doğrulda bilmişikmi?
Ümid Allah Təalanın rəhmətinə qalıb ki, mərhəmət göstərsə, Ədalətin İcraçısı imdada gələcək. İnşəallah!

Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930