İmam Zamanın (ə.f) kəraməti ilə xəstələrin şəfası
Mьəllif: admin1
Tarix: 13-07-2015, 12:30
İmam Zamanın (ə.f) kəraməti ilə xəstələrin şəfası

"İmam Zaman (ə) zühur etdikdə yer üzərində heç bir kor, əlacsız və dərd çəkən şəxs qalmayacqdır, Allah Əhli- Beytin (ə) vasitəsi ilə onlara şəfa verəcək, xəstəliklərini sağaldacaqdır".

Ramazan ayında vacib namazların ardıyca oxunan duaların birində xəstələrin şəfası istənilir:

اللَّهُمَّ اشْفِ كُلَّ مَرِيضٍ

"Ey Allahım, xəstələrə şəfa ver!".

İnsanın həyatında iki nemət – aşayiş və sağlamlıq qədir- qiyməti bilinməyən nemətlərdəndilər. Dinimiz bizə bu nemtlərə də dəyər verməyə səsləyir. Bu nemətlərdən məhrum olanaları dua etməyi və özümüzdə olarsa isə şükr etməliyik.

İmam Hüseyindən (ə) nəql edilən bir hədisdə buyurulur: "İmam Zaman (ə) zühur etdikdə yer üzərində heç bir kor, əlacsız və dərd çəkən şəxs qalmayacqdır, Allah Əhli- Beytin (ə) vasitəsi ilə onlara şəfa verəcək, xəstəliklərini sağaldacaqdır".

Lovh hədisi ilə tanınan rəvayətdə qeyd edilir ki, Allah- Təala İmam Mehdinin (ə.f) əli ilə korlara göz nuru bəxş edəcək və xəstələrə şəfa verəcəkdir.

Hədisi- Qüsi kəlamlarına əsəsən İmam Zaman (ə) xəstələrə şəfa vasitəsidir. İmam Məhəmməd Baqir (ə) bir hədisdə buyurur: Mənim Əhli- Beytimin (ə) Qiyamçısını (ə) (Qaimini) dərk edən şəxs, xəstəliyə giriftar olarsa şəfa tapar, zəiflik və acizliyi olarsa güclü və qüvvətli olar. Hədisin davamında qeyd edilir ki, haqqa inanan və o həzrətin davamçılarından olan şiələr də şəfa taparlar.

Xəstələrin şəfası İmam Zamanın (ə) həmişə Allahdan istədiyi dilək və Allhın dərgahına etdiyi duadır./shabestan/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930