Biz fəqirləri xüsusi rəhmətindən naümid etmə...
Mьəllif: admin1
Tarix: 7-07-2015, 18:16
Biz fəqirləri xüsusi rəhmətindən naümid etmə...

Bismillah...
“Mübarək Ramazan ayı günlərini yaşayırıq”. Kaş bu cümləni bütün səmimiyyətimlə deyə bilərdim. “Allah ziyafətinə Allah qonaqları kimi daxil olmuşuq”. Kaş bu cümlə reallıqda öz əksini tapmış olardı. “Bütün varlığımızla Allah ayında bağışlanmağın, Ona ibadət etməyin həzzini duyuruq. Şeytanlarımız isə zəlil durumda, zəncirlənmiş haldadır”. Kaş bu sözlər ancaq boğazdan yuxarı deyilərək, yalnızca söz olaraq qalmayaydı...
İlahi Pərvərdigara, bütün əzalarımızla oruc olmağımızı əmr etdin. Ac qaldıq, kifayətləndik. Səbir et dedin, səbirsizlərdən olduq. Nəfsinə qalib gəl dedin, nəfsimizə sahib çıxa bilmədik. Özünü kontrola al, diqqətli ol dedin, özbaşına olduq...
Təəssüflər olsun ki, bəzi hallarda bizə lütf etdiyin böyük nemət olan orucluqdan nəinki daha çox faydalanmağa can atdıq, əksinə - bu nemətlə bağlı giley-güzar etdik Sənə. Havalar istidir deyib, şükür əvəzinə nemətinə üsyan etdik bir növ. İftar vaxtının gec olmağını bəhanə edib, gecələri kobud desək avaralandıq. İftar və obaşdan zamanı həddən artıq qidalanıb, sanki nəfsimizə ən sonda təslim olduq. Namazlarımızı halsız qıldıq, gün batmadan yuxuya daldıq. Gündüzlərin böyük hissəsini yataraq keçirdik, digər hissəsində isə qəzəb bizə hakim kəsildi...
İlahi Pərvərdigara, Özün şahidsən ki, sadaladığımız hallardan uzaq olmaq istəyirik - ən azı hal-hazırda. Peşman halda çıxmışıq qarşına indiki anda. Sənə bəndə ola bilməsəkdə, tövbə edirik, pərişan halda.
Allahım, Sən Rəhman, eyni zamanda Rəhimsən. Səni and veririk mübarək aya, bu ayda nazil etdiyin Müqəddəs Kitaba və şəhadəti olan İmam Əli (ə) vilayətinə. Mömin olmağı bacarmayan biz fəqirləri xüsusi rəhmətindən naümid etmə...

Muhəmmədəli Cavad,
“Dəyərlər”in oxucusu
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930