Necə edək ki, şeytanın (lən) bu vəsvəsəsinə duruş gətirək?
Mьəllif: admin1
Tarix: 4-07-2015, 10:49
Necə edək ki, şeytanın (lən) bu vəsvəsəsinə duruş gətirək?

Riyakarlıq və başqlarının tərifinə məruz qalmaq insanı təkəbbürə və yersiz qürura tərəf çəkər. İnsanın tərifə layiq olduğu sifətinin aradan getməsinə səbəb olar. Allah Təala Qüdsi hədisdə buyurur: "Sənə lazımdır ki, yaxşı əməlini gizlədəsən. Mənim üzərimdədir ki, onu aşkar edim".

Qurani-Kərim imanı zəif olanları məzəmmət edərək buyurur: "Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar". ("Ali-İmran" 188).

İnsanların əksər hissəsi tərifi sevirlər. Ancaq yersiz təriflər insanı irəli aparmaz, əksinə büdrədər. İmam Əli (ə) Allah Təalaya belə münacat edir: "Mənim layiq olmadığım o qədər tərifi Sən dillərdə yaymısan!".

İmam Əli (ə) təqva əhli haqqında buyurur: "Əgər kimsə üstün mömini tərifləyərsə, o, bu sözlərə görə nigaran olar və deyər: "Mən özümü daha yaxşı tanıyıram və Allah məni məndən də yaxşı tanıyır. Allahdan istəyirəm: "Allahım, bizləri bu təriflərə görə cəzalandırma. Ancaq bizi güman etdiklərindən ən yaxşısı kimi qərar ver. Düçar olduğumuz günahları ki, onlar bilmirlər Sən özün bağışla ki, Sən gizliləri bilən və xataları örtənsən""".

İmam Baqir (ə) buyurur: "Əgər kimsə səni tərifləsə, çox sevinmə və əgər kimsə səni danlasa, çox nigaran olma".

İnsan istəyir ki, insanların arasında adı xoş anılsın. İnsanlığın ən ali sifətləri ilə tanınsın. Əgər onu məzəmmət edərlərsə, xoşuna gəlməz.

Bəs insanın tərifdən xoşu gəlməlidirmi?

İnsanlar istəyir ki, başqaları tərəfindən sevilsinlər və əgər eybləri varsa, başqalarının ondan xəbərləri olmasın. Hədislərimiz buyurur ki, insan gərək özünü nümayiş etdirməsin və yaxşı əməllərini aşkarda insanların gözünün önündə etməsin. Çünki bu zaman riyaya düçar olar. Əgər sizi tərifləmək istəsələr, buna imkan verməyin.
Allah Təala biz insanların eyblərini gizlədəndir. Belə ki, əgər eyblərimiz aşkar olarsa, heç kəs başqasına hörmət etməz. Hədislərin birində oxuyuruq: "Əgər işlərinizin üzərindəki pərdə götürülərsə, heç kəs sizin cənazənizi dəfn etməyə hazır olmaz".

Ona görə də eyblərimizi gilzətmək - İlahi nemətdir. Hətta dinimiz icazə də vermir ki, eyblərimizi başqalarına deyək.

İnsanların etdiyi təriflər bir neçə cür olur. Bir növü o təriflərdir ki, bizə heç bir aidiyyəti yoxdur. Əgər kimsə bu tərifdən sevinərsə, yanlış sevinmiş olar. Misal üçün deyirlər ki, onun babası böyük alim idi. Bu tərifin sizə nə aidiyyəti vardır ki?

Tərifin başqa növü budur ki, insan Allahın ona verdiyi nemətlərə görə təriflənər. Misal üçün gözəl simaya malik olduğu və ya gözəl istedadlara malik olduğu üçün onu tərifləyərlər. Bu yerdə insan bir qədər sevinə bilər.

Tərifin üçüncü növü budur ki, insan əldə etdiyi kamallara görə təriflənər. Misal üçün elm, təhsil almaq, ibadət etmək, xəlqə xidmət etmək və ya ümmətin nicat tapmasına bais olmaq kimi. Bu yerdə insan edilən təriflərə sevinər və şeytan (lən) insana vəsvəsə etməyə başlayar.

O biri iki tərifdə şeytan çox da vəsvəsə etməz. Ancaq bu üçüncü tərifdəki işləri öz ixtiyarımızla yerinə yetirdiyimizə görə, şeytan bizimlə mübarizəyə qalxar. Bu yerdə gərək şeytanın vəsvəsəsindən nicat tapaq və bunun də dörd yolu vardır:

1. Biz gərək qəbul edək ki, gördüyümüz bütün yaxşı işlər İlahi tofiqin bərəkətinə görədir.

2. Bunu nəzərə alaq ki, Allahın bizə verdiyi bu nemət indi bizim əlimizdədir, ola bilsin ki, bir saat sonra onu bizdən alsın. İnsanın malik olduğu elm bəlli deyildir ki, bir müddət sonra yenə qalacaqdır, yoxsa yox. "Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömrün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz". ("Həcc" 5).

3. Biz gərək aqibətimizə görə nigaran olaq. O qədər insanlar olub ki, illər boyu gözəl ad qazanıb saleh insan olublar, lakin dünyadan kafir gediblər. Ona görə də heç bir kamala bel bağlamaq lmaz.

4. Bunu bilmək lazımdır ki, yaltaqların tərifi bizi riya tələsinə sala bilər. Bizim süqutumuz üçün zəminə hazır edər. İmam Baqir (ə) buyurur: "Ey Cabir! Əgər təriflənsən, çox şad və sərməst olma!"./Deyerler/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930