Ən gözəl həyat tərzi
Mьəllif: admin1
Tarix: 3-07-2015, 15:51
Ən gözəl həyat tərzi

İmam Həsən Müctəba əleyhissalamın təvəllüdü münasibəti ilə

Mübarək Ramazan ayının 15-i imam Həsən Müctəba əleyhissalamın təvəllüdü günüdür.

Hamıya bəllidir ki, dünyada ən gözəl və ən təmiz həyatı Peyğəmbərlər və İmamlar yaşamışlar. Çünki onlar ən kamil insanlar olmaqla yanaşı həm də bütün bəşəriyyət üçün gözəl əxlaq nümunədirlər.

İnsan ictimai varlıqdır. Hamımız istər istəməz insanlarla ünsiyyətdə oluruq. İnsanlarla rəftar və davranış tərzi hədislərdə ağılın meyarı olaraq vurğulanmışdır. Sevimli peyğəmbərimiz (s) "İnsanlarla gözəl yaşayış ağılın yarısıdır" deyə buyurmuşdur.
Görəsən, bu gözəl yaşayışa mailk olmaq düsturu nədən ibarətdir?!
İmam Həsən əleyhissalam bu düstüru bizə öyrədir.

من أحسن الناس عيشا ؟ قال: من أشرك الناس في عيشه.
وقيل: من شر الناس عيشا ؟ قال: من لا يعيش في عيشه أحد

"İmam Həsən əleyhissalamdan soruşdular: - Ən gözəl həyat tərzinə kimlər malikdirlər?
O həzrət buyurdu: - Öz rifalnda (malik olduğu imkanlarda) başqa insanları özünə şərik edən şəxslər.
Dedilər: - Bəs, ən pis həyat tərzini kimlər yaşayırlar?
İmam buyurdu: - Xoşluq və rifahına heç kimi şərik etməyənlər."
Tarixu Yəqubi 2-ci cild 227-ci səhifə
Şərhu ihqaqul həqq 33-cü cild 503-cü səhifə

İmam Həsən əleyhissalamın bu hikmətli kəlamına diqqət etdikdə görürük ki, İmam "insanlar" kəlməsini işlədib. Müsəlmanlar, möminlər, dostlar və sair bu kimi kəlmələr işlətməyib. Deməli, ən yaxşı həyat tərzi keçirən insan bütün insanlara xoş niyyətli olan və öz imkanlarında hamının xeyirini və rifahını düşünən şəxsdir. İnsanlarla yaxşı davranmaq və onlara mümkün olduğu qədər yardımçı olmaq İslam dininin əsas tələblərindəndir. Hərçənd möminlərə, tələbələrə kömək etməyin ayrıca özəllikləri vardır.
Biz öz həyatımızın gözəlliklərinə başqalarını necə şərik edə bilərik?
Həqiqət budur ki, insanları həyatımızın rifahına şərik etməyimiz üçün bizim hər birimizin vəziyyət və şəraitləri fərqlidir. Məsələn, həkim xəstələri müalicə etməklə, insanların sağlamlığı üçün bildiklərini onlara tövsiyyə etməklə, insanların sağalmaları üçün daha çox çalışmaqla öz həyatında, elmində və bacarığında başqalarını özünə şərik etmişdir.
Var-dövlətə və maddi imkanlara daha çox mailik olan insan başqalarına maddi köməklər etməklə, ehtiyaclı insanların ehtiyaclarını ödəməklə, insanların firavan yaşaması üçün imkanlarından xərcləməklə insanları öz rifahında şərik etmiş olur.

Tarixi sənədlərdə oxuyuruq: "Bir nəfər İmam Həsən əleyhissalamın yanına gəlib o həzrətə məktub verərək dedi: İstəyimi deməyə utanıram, ona görə də bu məktuba yazmışam. İmam Həsən əleyhissalam əlinə qələm alıb məktubun üzərinə yazdı:

حاجتک مقضیة

"istəyin qəbul edildi"
Dedilər: Ey Peyğəmbərin övladı, məktubu açıb onun istəyini oxumadan bu sözləri yazdınız? İmam buyurdu:

اخشی ان یسئلنی الله عن ذل مقامه حتی اقرء رقعته

"Qorxuram ki, onun məktubunu oxuyub onun xar olduğunu biləcəyəm, buna görə də Allah məni sorğu edəcək."
Mulhəqatu ihqaqul həqq 11-ci cild149-cu səhifə

Bu hadisədə İmamın məqsədi budur ki, insanlar sizə kömək üçün müraciət etdikdə onun işini araşdırmayın, kömək edə biləcəksinizsə edin. Onlara nə üçün istəyirsən, nə baş verib və sair sullar verməyin. Çünki bu həm həmin şəxsin siniz yanınında başı aşağı və gözü kölgəli olmasına səbəb ola bilər, həm də siz onun həyatını araşdırmış olursunuz.
Deməli, insanları həyat rifahında şərik etmək bizim məsum rəhbərlərimizin yaşayış üslubu olmuşdur. Odur ki. imam Həsən əleyhissalam insanın həyatını gözəlləşdirən əsas amilin başqalarını həyat rifahına "şərik etmək"dən ibarət olduğunun bildirir.
Bu məntiqlə və həyata bu cür baxış üslubun ilə məlum olur ki, ən pis həyat tərzi yaşayan insanlar isə yaşayışlarında şərikləri olmayan və malik olduğu imkanlara heç kimi yaxın buraxmayanlardır.
Elə isə, bizim qarşımızda bir sual dayanır. Bəs biz necə həyat tərzi yaşayırıq?!/axlaqimaarif/

nardaranpiri.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031