Orucun sağlamlığa faydaları
Mьəllif: admin1
Tarix: 26-06-2015, 09:35
Orucun sağlamlığa faydaları

Həzrət Əli (ə) buyurur: "Canın orucu 5 duyğunun günahdan qorunmasıdır..."

İslamda oruc Allahın öz bəndələrinə böyük lütflərindəndir və bu ayinin misilsiz faydaları var. Bu gün əlimizdə olan Tövrat və İncildən aydın olur ki, oruc yəhudilər, məsihilər, əksər başqa dinlərdə yer almış dini ayindir. Həzrət Musa 40 gün oruc tutmuşdu. İncildə oxuyuruq ki, həzrət İsa da 40 gün oruc olmuşdur. Demək, oruc və ramazan uzun tarixə malik olan bir dini ayindir.

Orucun fərdi, ictimai, tərbiyəvi, tibbi faydaları var. Bir dini ayin kimi nəzərdə tutulan orucun əsas məqsədi mənəvi kamillik olsa da, onun insan sağlamlığına da müstəsna faydaları var.

Həzrət Peyğəmbər (ə) buyurur: "Oruc tutun ki, sağlam olasınız."

İslamda ilk oruc hökmündən 1400 il keçsə də dünya indi orucun tibbi faydalarını kəşf etməyə başlayıb. Əslində orucun əsl fəlsəfəsini başa düşmək çətindir.

Müasir psixologiyada fövqəlpsixologiya termini işlədilir. Həzrət Əli (ə) buyurur: "Ruhun orucu 5 hiss üzvünü bütün günahlardan qorumaq, qəlbi şərr və pislikdən paklamaqdır." Can orucu nədir? Kim onu dərk edib yerinə yetirə bilər?!

Həzrət Əlinin (ə) yuxarıdakı buyuruğunu yalnız kamil möminlər dərk edə bilər. Biz ruhun orucu mövzusunu araşdıracağıq.
Orucun tibbi təsiri varmı? Onun təsir dairəsi hara qədərdir? Araşdırmanı növbəti ardıcıllıqla aparmalıyıq: Mövzu, tərif, orucun növləri, orucun hikməti, orucun tərbiyəvi təsiri, orucla vidalaşmaq, həqiqi bayram, nəticə.

Yuxarıdakı ardıcıllıqdan aydın olur ki, əvvəlcə mövzumuz olan oruca tərif verməliyik. Quran orucu "soum" adlandırır. Bu söz lüğətdə qalxmaq mənasını bildirir. Bu qalxmaqdan sonra hər hansı iş nəzərdə tutulmur. Bəzi lüğət alimləri soum sözünün baxmaq mənsı bildirdiyini qeyd edir. Əslində iki mənada yaxınlıq var. Əlbəttə ki, soum sözünün ən çox yayılmış mənası orucdur. Soum bir işdən mütləq mənada çəkinmək mənasını ifadə edir. İslamda soum xüsusi mənaya malikdir. İslam soum deyəndə fəcr tülusundan gün batana qədər şəriətdə sadalanmış əməllərdən çəkinməkdir. Şəriətdə oruc tutmaq nəzərdə tutulan vaxtda yemək və içməkdən, eləcə də şəriət risaləsində göstərilən işlərdən çəkinməkdir. Risalədə deyilir ki, oruc Allahın əmrini yerinə yetirmək üçün sübh azanından şam azanına qədər orucu batil edən işlərdən çəkinməkdir.
Orucun böyük əhmiyyəti var. Orucun tibbi faydalarını kimsə inkar etmir. 11 ay ərzində insan orqanizmində toplanmış qalıq maddələr bir ay oruc tutmaqla təmizlənir. Müasir dövrdə əksər qida məhsullarının tərkibində orqanizm üçün zərərli kimyəvi maddələr var. Bu maddələr olduqca təhlükəlidir. Oruc zamanı bu maddələr insan orqanizmindən təmizlənir. Oruc insanın həm psixoloji, həm də fiziki xəstəliklərinə müalicəvi təsir göstərir.

Ramazan ayında oxunan dualardan birində deyilir: "Pərvərdigara, dünyadakı bütün xəstələrə şəfa ver." Duadan göründüyü kimi burada bütün insanlar nəzərdə tutulub. Orucun əhəmiyyətinin hər gün daha çox işıqlanması belə bir ümid yaradır ki, zaman ötdükcə dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar orucun faydalarından bəhrələnəcək.

İslamda oruc 4 qismə bölünür. Vacib oruc var, haram oruc var, müstəhəb oruc var və məkruh oruc var.
Ramazan orucu, qəza orucu, kəffarə orucu, atanın böyük oğul üçün qəza orucu, nəzir və əhd orucu, öhdəyə götürülmüş oruc vacib oruclardandır.

Fitr bayramı günü oruc, qurban bayramı günü oruc, bədənə zərər olan oruc, ata-anaya çətinlik yaradan oruclar haram oruclardır.
Aşura günü oruc, ərəfə günü ya qurban günü olması bilinməyən gün oruc, ev sahibinin icazəsi olmadıqda qonağın orucu haram oruclardır.
Müstəhəb oruclar sırasında haram və məkruh günlər çıxılmaqla ilin bütün günləri tutulan oruclar yer alır. Amma bəzi günlərdə oruc tutmağın savabı daha çoxdur.

Həzrət Əli (ə) buyurur: "Günah fikrindən uzaq olmaqla qəlb orucu yeməkdən imtina ilə qarın orucundan üstündür." Hədisdə iki növ oruca işarə edilir: Ruhun (qəlbin, canın) orucu və cismin orucu. Orucun ən aşağı dərəcəsi cismin orucudur. Cismin orucu odur ki, nəzərdə tutulan müddətdə şəriətdə qeyd olunan işlərdən çəkinəsən. İmanlı insan üçün sübh azanından şam azanına qədər ac-susuz qalmaq çətin deyil. Ümumiyyətlə, insan orqanizmi bir neçə gün yemək-içməksiz qala bilər.

Mühüm olan qəlb orucudur. Qəlb orucunun həm əhatə dairəsi genişdir, həm də onu yerinə yetirmək çətindir. Bu işi hamı yerinə yetirə bilmir. Cismin orucu, yəni yeməkdən çəkinmək qəlb orucu üçün müqəddimə ola bilər. İnsan fiziki baxımdan oruc olanda mənəvi oruca hazırlıqlı olur. Qəlb orucu odur ki, insan öz düşüncəsini şübhələrdən, günah fikirlərdən qorusun.

Qəlb orucu tutan insanın bütün vücudu orucdur. Onun gözü, qulağı, dili, düşüncəsi oruc vəziyyətdədir.
Həzrət Əli (ə) buyurur: "Canın orucu 5 duyğunun günahdan qorunmasıdır..." Bəli, əsl oruc tutan insanın 5 duyğusu, 5 hiss üzvü oruc vəziyyətdədir.

Əmirəlmöminin buyurur: "Canın orucu orucların ən faydalısıdır." Elmi şəkildə təsdiqini tapıb ki, bütün psixoloji xəstəliklərin kökü zehnin şübhələr və əməldə şəhvətdir. Belə təhlükəli xəstəliklərlə necə mübarizə aparmaq olar? Müasir silahlarla bu təhlükələrin qarşısını almaq olarmı? Təbii ki, yox. Hətta nüvə silahı insan şəhvəti qarşısında acizdir. Əməldə şəhvət heç bir müalicəsi olmayan gizli xərçəng xəstəliyi kimidir. Bu xəstəliklə mübarizənin bir yolu var. İnsan bu xəstəliklə yalnız elmi və əməli seyr-süluk yolunu tutmaqla mübarizə apara bilər. Demək, dindən uzaqda, dini təlimlərdən istifadə etmədən azğın şəhvətə qalib gəlmək olmaz.

Oruc psixoloji xəstəliklərlə mübarizədə dinin göstərdiyi yollardan biridir. Qeyri-müsəlman mütəxəssislər də orucun tibbi faydalarını qəbul edir. Orucun tibbi əhəmiyyəti ilə bağlı xeyli kitab yazılıb. Bu kitablardan birində oxuyuruq: "İnsanın düşüncəli şəkildə ac qalıb oruc tutması bədənə xüsusi təsir göstərir. Hətta sağalmaz xəstəliklər oruc zamanı yüngülləşir. Təcrübədə görünüb ki, hələ ki müalicəsi tapılmayan xəstəliklərin bir çoxuna oruc müalicəvi təsir göstərir."

Bir çox qeyri-müsəlman mütəxəssislər, o cümlədən rus mütəxəssisləri hazırda orucun müalicəvi əhəmiyyəti istiqamətində araşdırmalar aparırlar. Onlar öz işlərində İslam mətnlərindən geniş şəkildə istifadə edirlər. Əslində həzrət Əlinin (ə) buyurduğu elə budur. Yəni Əmirəlmöminin (ə) orucun sağlamlığa müsbət təsirlərini yada salır.

Orucun hikməti nədir? Əvvəla oruc insanın iradə və imanını möhkəmləndirir. Allaha və onun rəsuluna iman, Allah yolunda cihad Allah yolunu tutanların əsas səciyyəsidir. Allahın bir olmasına iman insan fitrətinin tələbidir. Dinin sütunu adlandırılan namazın icrası, xüms və zəkat kimi şəriət vergilərinin ödənməsi kimi oruc da insanı dünya və axirət səadətindən bəhrələndirir. Orucun insanı əzabdan uzaqlaşdırması fikri imanı gücləndirir. İnsan gələcəyə ümidli olub.

Həzrət Əli (ə) buyurur: "Ramazan ayının orucunu yerinə yetirin. Çünki o oruc insanı cəhənnəm odundan qoruyan sipərdir."

Oruc böyük ibadət qapısıdır. Yəni insan özünütərbiyəyə orucdan başlamalıdır.

Əmirəlmöminin (ə) buyurur: "Ey Allah bəndələri! Allaha itaətsizlikdən çəkinmək Allah dostlarını haramdan qoruyur, onların qəlbində Allah xofu yaradır. Belə insanlar gecələri oyaq qalır, gündüzləri təşnə halda keçirir." Allah-Təala buyurur ki, hər çətinliklə yanaşı bir asanlıq var. Hər susuzluqda bir sirab olma vədi gizlənir. İnsan ac qalmaqla mənəvi baxımdan yüksəlir. Həzrət Əli (ə) kamillik yolunu tutanları yada salarkən oruc ayini haqqında da danışır. Ağlamaqdan gözü ağrıyan, oruc tutmaqdan arıqlayan, dua oxumaqdan dodaqları quruyan, gecə oyaq qalmaqdan rəngi solanlar qurtuluş əhlidirlər.

Mövlana buyurur ki, orucun zahiri və batini mənaları var. Oruc tutmaq sadəcə ağzı bağlamq deyil. Ruhun ağzı açıqsa fiziki ağızı bağlamaq böyük fayda verməz.

Həzrət Əli (ə) buyurur: "Allah orucu vacib etdi ki, bəndələri ixlas və səmimiyyət baxımından sınağa çəksin." Insanın ixlası, niyət saflığı böyük ramazan laboratoriyasında analiz olunmalıdır. Təkcə ixlas yox, bir çox sifətlər ramazanda imtahandan keçir.

Oruc insanın cismini rahatlaşdırır, ruhuna zinət verir. Əsl orucda insan təkəbbür, paxıllıq, xəsislik kimi sifətlərdən paklanır.

Bir daha yada salırıq ki, oruc insanın iradə və imanını gücləndirir, onun kamilləşməsinə yardımçı olur və insandakı təkəbbür ruhiyyəsini aradan qaldırır. Yaddan çıxarmayaq ki, təkəbbürün bünövrəsini qoyan lənətlənmiş iblisdir. Insan təkəbbürdən qurtulmaq üçün şeytanla mübərizəyə qalxmalıdır və oruc özü şeytanla mübarizədir. /Nur-az/hawzah/


nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930