Etisam məqamı, cəhənnəm və cənnətin qapıları
Mьəllif: admin1
Tarix: 24-06-2015, 14:38
Etisam məqamı, cəhənnəm və cənnətin qapıları

"وَلَقَدْعَهِدْناإِلى‏آدَمَ مِنْقَبْلُفَنَسِيَوَلَمْنَجِدْ لَهُعَزْماً" Əxlaqi məqamlardan biri təzəkkür məqamıdır. Təzəkkür dedikdə, öyrədilmiş məsələləri təkrar və yadda saxlamaqdır. Bu təfəkkür məqamından da üstündür. Çünki, təfəkkür müqəddimələrə, cins və fəslin gətirilməsinə möhtacdır. Hal bu ki, təzəkkür bədihiyyatdandır və belə şeylərə möhtac deyil. İnsanın fitrəti İlahi fitrətdir.Dini maarif və etiqadlar fitridir və insanın vücudunda yerləşmişdir. "فِطْرَتَاللَّهِالَّتي‏ فَطَرَالنَّاسَعَلَيْهالاتَبْديلَلِخَلْقِ اللـّه‏"

İnsan(انسانلـَوخلـّیو طبعه،موحّداست) müvəhhid və təkallahçıdır. Yəni, tohid insanın fitrətindədir. Dünya ilə məşğuliyyət və maddi aləmə bağlılıq və diqqət insanı Allah-taaladan uzaqlaşdırıb. Böyük təfsirçi alim Əllamə Təbatəbayi belə buyururdu: “Allahın isbatı üçün Quranda bir dəlil belə qeyd edilməyib. Çünki, Allahın varlığı bədihidir. Bədihiyyat isə dəlil istəmir. Əksinə, təzəkkür və xatırlatmağa ehtiyac var ki, insan öz imkanlarına diqqət yetirsin.

Yarın camalında hicab və pərdə yoxdur. Lakin yoldakı tozları sil ki, ona nəzər sala biləsən.

Təzəkkür məqamında insanın qəflət hicablarını özündən uzaqlaşdırmaqdan başqa bir vəzifəsi yoxdur. Əgər bu hasil olsa, bütün maarifi öz vücudunda görəcəkdir.

Qeyd edək ki, Allahın gözəl adları və sifətləri barədə ayələr nazil olmuşdur. Məsələn: “أَفِياللَّهِشَكٌّ فاطِرِالسَّماواتِوَالْأَرْض” Bunlar Allah-taalanın sifətlərini bəyan edir. Habelə, Allah-taalanın varlığına qarşı olan şəkki aradan qaldırır. Peyğəmbərlər (Onların hamısına Allahın salamı olsun) Allah-taalanın varlığını insanlara sübut etmək üçün dəlil və sübut göstərmək üçün seçilməyiblər. Əksinə, onlar insanlara təzəkkür etmək üçün seçilmişlər. “فَذَكِّرْإِنْنَفَعَتِ الذِّكْرى” Desinlər ki; -“Ey insan! Bil ki, sən Allahın var olduğunu bilirsən”. Onlar deməyib ki, bil ki, Allah var. Çünki, mənasızdır. Əgər deyiblərsə, ya təkid olaraq, ya da inadkarlar və kafirlər üçün demişlər.

Mömin və müsəlman insan səfsətə və təvəhhümdən adlayandan sonra başa düşür ki, Allah bütün mövcudların qəyyumudur. Əgər təbiət nizamında bir ədəd buğda olsa, Allahın isbatı üçün kifayətdir.

Əgər bir zərrəni yerindən qaldırsan, bütün aləmi kölgə bürüyər.

Allah-taala Quranda Ad, Səmud və başqa qövmlərin sərgüzəştlərindən söz açmışdır. Hal bu ki, Quran hekayə və dastan kitabı deyil. Əksinə, ən böyük insan tərbiyə edən bir kitabdır. Buna görə, Quran qiraət edən şəxs təzəkkür etməli və onların başına gələnlərdən ibrət dərsi almalıdır. “وَ تِلْكَالْأَمْثالُنَضْرِبُها لِلنَّاسِوَمايَعْقِلُها إِلاَّالْعالِمُون” Allah-taala fitrət aləmində bəni-adəmdən, hətta bütün mövcudatdan təsdiq alıb və buyurub: “أَ لَسْتُبِرَبِّكُمْقالُوابَلى” Bəşəriyyət də Allah-taalanın adları, sifətləri və zatını təsdiq etmişdir. “قالُوا بَلى” Sanki, əhdinə əməl etməyi boynuna almışdır.

Bil ki, haqqın kəlamı ilk əhdi sənin yadına salmaq üçün mənzillər gəzib.

Təzəkkürlü insan həya sahibidir. O, Allah əmrlərini mühüm sayır. Heç vaxt ondan əl çəkmir və daima Allah-taalanın razılığını cəlb etməyi düşünür. Ağıllı şəxs özünü unutmamalıdır. “وَلَقَدْعَهِدْنا إِلى‏آدَمَمِنْقَبْلُ” Bir aləmdə Adəmlə əhd etdik ki, o bizim bəndəmiz və biz də onun Allahı olaq. “فَنَسِيَ وَلَمْنَجِدْلَهُ عَزْماً” İnsan sözü gedən əhdi unutdu və biz əhdimizi təzəkkür etməkdə onu əzmli görmədik.

İnsan günah edərkən, həqiqətdə Allah-taala ilə bağladığı əhd-peymanı unudur. Hal bu ki, Allah-taala özünün geniş lütf və rəhmətini bəndələrindən əsirgəmir və ruzi süfrəsini hamı üçün açır. İndi bu günü yazıçı oldun, müctəhid oldun və s. özünü unutma. Məniyyət nədir?!

Mənlikdən mənliyi çıx. Ey nəsim! O kürkü yada sal!

Firon “أَنَارَبُّكُمُالْأَعْلى”, Şeytan isə “خَلَقْتَني‏مِنْنارٍ وَخَلَقْتَهُمِنْطين” dedi. Allah onları özlərinə tapşırdı və beləcə onlar zəlil oldular. Belə deyiblər ki, bir aşiq məşuqun qapısını döydü. Soruşdu: -“Kimsən?” Dedi: -“Mən!” Cavab verildi: -“Nə qədər ki, “mən” var, sənin yerin bura deyil! İllərlə yorucu seyr-sülukdan sonra yenidən məşuqun qapısına gəldi və qapını döydü. Məşuq soruşdu: -“Kimsən?” Dedi: -“Sən!” Cavab verildi ki; -“Qapını açın gəlsin!”

Bəzən biz tələbələr belə düşünürük ki, ərəb dili ədəbiyyatı, fiqh, üsul və s. oxuduqda bir şəxs olmuşuq. Bu dini elmlər çox mühümdür, amma “mən” və “məniyyətlə müvafiq deyil. “مَنْقَالَأَنَا عَالِمٌفَهُوَجَاهِلٌ”

Allah-taala bizim hamımızı “məniyyə” və özünü istəməyin şərrindən qorusun. İnşa Allah.

Allahın salam, rəhmət və bərəkəti sizlərə olsun!
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930