Ayətullah Xomeyni (r) və Ayətullah Xameneinin dünyaya baxışı.
Mьəllif: admin1
Tarix: 4-06-2015, 12:47
Ayətullah Xomeyni (r) və Ayətullah Xameneinin dünyaya baxışı.
Kimsə şübhə etmir ki, dünyada baş verən qarşıdurmalar, xüsusilə Suriya və İraq böhranının arxasında ABŞ, Britaniya, İsrail və onların muzdurları dayanır. Bu böhranların həlli üçün İnqilab rəhbərlərinin, mərhum İmam və Rəhbərin göstərişlərini yerinə yetirmək zəruridir.
İmam-cümələrin siyasi şura müşaviri höccətül-islam vəl-müslimin Əbülqasim Əlizadə "İnqilab rəhbərlərinin yolu İslam dünyasının bütün alimləri üçün nümunədir" başlığı altında qeydlərində yazır:

İslam İnqilabı, din və şəriət əsasında siyasi hakimiyyət qurulması müasir tarixin heyrətamiz hadisələrindən sayılır. Bu inqilab başladığı gündən hazırkı vaxta qədər həqiqi İslam təlimlərinə istinadla ədalət, asayiş və mənəviyyata təşnə bəşəriyyətə yeni meydan açdı. Dünyanı azadlıq hərəkatları, İslam oyanışı bürüdü.

Bu mübarək cərəyan əzilən xalqlara böyük ümid verdi. Küfr cəbhəsi qarşısında ümidsizləşən müsəlmanlar öz haqlarının müdafiəsinə qalxdılar. ABŞ, Britaniya, İsrail və onların muzdurlarını qorxuya salan İnqilabın ortaya qoyduğu həqiqi demokratiyadan ruhlanmış kütlələrin oyanışıdır. İnqilab sayəsində dini dəyərlərin ictimailəşməsini mərhum İmam (r) və Cənab Xameneinin xidmətləri saymalıyıq. Bu iki ilahi rəhbər vəhy məktəbinin uzaqgörən, oyaq və şücaətli yetirmələri olaraq dünyanı dəyişməyə qərar verdilər. Rəhbər Ayətullah Xamenei İmamdan sonra bu müqəddəs mübarizə hərəkatını ləyaqətlə davam etdirməkdədir. İmam Xomeyni (r) düşüncələrinin, eləcə də Ayətullah Xameneinin göstərişlərinin dünya çapında reallaşması bəşəriyyətin ehtiyaclarındandır.

İnqilab və İslam dünyasının istər arxada qoyduğu, istər qarşısında duran problemlərin həllində İmam Xomeyni (r) düşüncəsinin Rəhbər tərəfindən nöqtə-nöqtə izlənməsinin rolunu görməmək mümkün deyil. ABŞ, Böyük Britaniya, İsrail və digər imperialist qüvvələrin planlarının alt-üst olmasında iki böyük rəhbərin fəaliyyətləri ilk və son sözü deyib.

İslam dünyasının tanınmış sünni və şiə alimlərinin düşmən qarşısında vəhdətə aparan fəaliyyətlərində İmam və Rəhbərin düşüncə və tövsiyəlirinin öz səmərəsi var. Həqiqi din yolunu gedən sünni və şiə alimləri böyük rəhbərlərin həyat və mübarizə yolundan yetərincə ilhamlanmış, böyük işlər görmüşlər.

İmperializmin, beynəlxalq sionizmin hazırda əlində olan iti silah məzhəblər arasında qarşıdurma yaratmaq, sünni-şiə ixtilafı qızışdırmaqdır. Azğın düşmən nadanlıqdan yaranan təfriqələr sayəsində öz çirkin məqdəslərini həyata keçirir.

Mərhum İmam Xomeyni (r) və Rəhbər Ayətullah Xameneinin düşüncə və tövsiyələri əsasında müəyyən çıxarışlara əməl etməyimiz zəruridir. Bu göstərişlərə əməl etməyimiz ixtilafları aradan qaldıracaq, fitnəkarların azğın planlarını alt-üst edəcək:

1.Allaha etiqad, məsuliyyət hissi, ədalət istəyinin gücləndirilməsi;
2.Müxtəlif sahlərdə elm və əxlaqa geniş yer vermək;
3.İmkanlar açmaq, potensialları istiqamətləndirmək, müqavimət və təvəkkül ruhiyyəsini gücləndirmək;
4.Bəsirətli olmaq, düşməni tanımaq, məzluma yardım etməkl;
5.İxtilafdan qaçmaq, birliyə çalışmaq;
6.Dini demokratiyaya vüsət vermək, oyanış hərəkatını gücləndirmək;
7.İmperializmlə mübarizə;
8.Fələstini himayə etmək, qəsbkar sionist rejimlə mübarizə aparmaq;
9.İslam ümmətinin imkanlarını araşdırmaq, düşmənin fitnəkar planlarını ifşa etmək;
10. İzzət, hikmət və məsləhət əsasında beynəlxalq siyasi kursu təyin etmək;
11.Dünyanın hər yerində məzlumların müdafiəsinə qalxmaq;
12.Fəsad, zülm, zorakılıqla amansız mübarizə;

Biz bütün imkanlardan yararlanıb qarşıda dayanan böhranları keçməliyik. Suriya və İraq hadisələri, eləcə də başqa böhranlar arxasında imperializm və sionizm dayanır. Artıq bütün dunya bu həqiqəti dərk edir. Belə bir vəziyyətdə sünni və şiə alimlərinin əl-ələ verməsi, ittifaqı olduqca zəruridir.

Mübarək ramazan müstəsna fəzilətləri var. Bu ay xeyir-bərəkət ayıdır. Məhz ramazan ayında məzhəblər arasında vəhdətə nail olmağa çalışmalıyıq. Müxtəlif konfranslar, seminarlar sünni-şiə birliyinin əldə olunmasında faydalıdır. Yalnız bu ittifaq düşmənlərin fitnəkar planlarına son qoya bilər. İnşaallah! /nur-az/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930