Günahın və haram işlərin ləzzət və şirinliyini qəlbimizdən necə çıxaraq?!
Mьəllif: admin1
Tarix: 2-06-2015, 10:28
Günahın və haram işlərin ləzzət və şirinliyini qəlbimizdən necə çıxaraq?!
1- Qəflət və cəhaləti özündən uzaqlaşdırmaq, elm əldə etmək. Bu barədə İslamın insana təqdim etdiyi birinci yol və üslub insanın əxlaqının yaxşılaşması, onun etiqadının və əməlnin saflaşmasına ən əsas təsiredici olan elm öyrənməkdir. İslam elm öyrınməyi hər bir müsəlmana vacib etmişdir.
Hədislərə nəzər salanda görürük ki, sevimli Peyğəmbərimizdən (s) və məsum İmamlardan (ə) elm barədə nəql edilmiş hədislər başqa mövzular barədə nəql edilmiş hədislərdən çoxdur. Bu da İsalmın elmə nə qədər əhəmiyyət verməsinin və elmin insanın taleyi və müqəddəratı üçün nə qədər mühüm olmasının təzahürüdür.

Elm beş əsas hissədən ibarətdir. Allahı tanıma. Özünü tanıma. Varlıq aləmini tanıma. Dini tanıma. Həyatın aqibətini tanıma.

Elmin əksi isə cəhalət və nadanlıqdır. Qurani-Kərimi oxuyanda görürük ki, tarix boyu istər fərdi istərsə də ictimai şəkildə edilən günahların hamısının başlıca səbəbini Qurani-Kərim cəhalət və nadanlıqdan baş verdiyini deyir.

Deməli, günahlardan uzaq olmaq üçün birinci yuxarıdakı beş hissəli elmi əldə etməkdir.

2- Bəndəçilik və əməl əhli olmaq.

İkinci mərhələ əməl mərhələsidir. Kağız və qələm götürün, bütün vacib əməllərin, həmçinin bütün haram və günahların adlarını qeyd edin. Özünüzü onlara riayət etməyə vadar eidn. Bütün vacibləri yerinə yetirin və bütün haramlardan çəkinin.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

اول الزهد التزهد

"Zahidliyin əvvəli özünü zahidliyə vurmaqdır."

Uyunul hikəm vəl-məvaiz 118-ci səhifə

Hədisin mənası budur ki, insan əvvəlcə özünü əməl etməyə məcbur etməlidir, təki tədriclə onun hikmətini dərk edə bilsin. Çünki əməl əhli olmadan hansısa əməli qəlbə sevdirmək mümkün deyil.

3- Günahın şirinliyini halalın ləzzəti ilə əvəzləmək.

Təbiətə üz tutmaq, dağlara getmək, çaylar və gölləri seyr etmək, ümumiyyətlə əl çatılan bütün halal və pak nemətlərdən istifadə etmək. Bunları davam etdirməklə siz qəlbinində tədriclə halal ləzzətləri yerləşdirərək günahın şirinliyi ilə əvəz edəcəksiniz.

Məsələn, haram musiqilərə qulaq asmağı sevirsinizsə onu halal musiqilərə qulaq asmaqla əvəz edin.

4- Günahın ziyanları və aqibəti barədə düşünmək.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

عجبت لمن يحتمي عن الطعام لمضرته ، ولا يحتمي من

من الذنب لمعرته

"Mən təəccüb edirəm o insana ki, cisminin sağlamlığına görə (ziyanlı) yeməklərdən çəkinir amma onu əzaba (cəhənnəmə) sürükləyən günahlardan necə də çəkinmir?!"

Biharul ənvar 75-ci cild 159-cu səhifə

Günahın ziyanları və aqibəti barədə düşünmək insanın qəlbindən günahın yalançı şirinliyini və ləzzətini çıxarır.

5- On dörd məsum əleyhimussalam ilə dostluq etməyə çalışmaq.

Sevən əgər sevgisində doğruçu olarsa sevdiyi şəxsin xoşladığı əməllərə əlaqəli olacaq və sevdiyi şəxsin xoşlamadığı əməllərdən çəkinməyə çalışacaqdır, təki öz məşüqunun da sevgisini özünə cəlb edə bilsin.

Biz əgər Peyğəmbəri(c) və İmamları(s) seviriksə, xüsusilə həzrət Mehdi Sahibəzzaman əleyhissalamın dostu olmaq istəyiriksə günahlardan çəkinək və o həzrətin xoşladığı əməlləri edək.

6- Həqiqi möminlər ilə yoldaşlıq etmək.

İmanlı və əxlaqlı olan, günahlardan çəkinən insanlarla yoldaşlıq etmək insanın günah barədə fikirlərinə və rəftarına çox böyük təsir qoyur. Çalışın ki, əxlaqlı və imanlı insanlarla dostluq edəsiniz. Beləliklə də günah əməllərin həqiqi çöhrəsini görəcəksiniz, günahın yalançı şirinliyindən tədriclə uzaqlaşacaqsınız.

7- Əxlaq ustadlarının möizələrində və əxlaq dərslərində iştirak etmək.

Bir çox insanların günah etməlirinin və günahı sevmələrinin səbəbi həmin günahlar barədə məlumatlı olmamalarından irəli gəlir. Buna görə də əxlaq ustadlarının moizələrində və əxlaq dərslərində iştirak etmək, həmçinin Əxlaq alimlərinin əxlaq barədə kitablarını mütaliə etməklə insan günahların qorxunc iç üzünü tanıyır və həyatın həqiqətlərini dərk edir, bununla da insan günahın pisliyini görür. Belə olduqda artıq günahı xoşlamaq hisslərindən insan uzaqlaşır, hətta günaha nifrət etməyə başlayır.

8- Namazı əvvəl vaxtında və hüzuri-qəl ilə qılmaq.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

لكل صلاة وقتان أول وآخر ، فأول الوقت أفضله ، وليس

لاحد أن يتخذ آخر الوقتين وقتا إلا من علة ، وإنما جعل آخر الوقت للمريض

والمعتل ولمن له عذر وأول الوقت رضوان الله ، وآخر الوقت عفو الله

"Hər bir namazın iki vaxtı, əvvəl və axır vaxtı vardır. Əvvəl vaxtı dəyərli və fəzilətlidir. Heç kim səbəbsiz olaraq namazı axır vaxtına saxlamasın. Namazı axır vaxtına ancaq xəstələr, əlacsızlar və üzürlü olanlar saxlaya bilərlər. Əvvəl vaxt Alların razılığı, axır vaxt isə Allahın əfvidir."

Müstədrəkul vəsail 3-cü cild 101-ci səhifə 3124-cü hədis

9- Qurani-Kərim ilə daha çox ünsiyyətdə olmaq.

Qurani-Kərimi oxumaq eləcə də əzbərləmək insanaın düşüncəsini və qəlbini nurlandırır, insana mənəviyyat bəxş edir. Qurani-Kərimin mənasını və şərhini mütaliə etmək, onun barəsində düşünmək, ümumiyyətlə Qurani-Kərimin maarifi ilə tanış olmaq insanın ruhi tərəqqisinə səbəb olur.

10- Təvəsül etmək.

Sevimli peyğəmbərimizə (s), xanım Fatimeyi Zəhraya (ə) və on iki İmama (ə) təvəsül etmək insanı İlahi mələkut aləmi ilə qovuşdurur, vacib və halalları insana sevdirir, günah və haramların təsirini insandan uzaqlaşdırır.

11- Həmişə dəstəmazlı olmaq.

İnsanın qəlbinə saflıq və nuranilik bəxş edən, həmçinin ganah və haram işləri insanın gözündən salan əməllərdən biri də həmişə dəstəmazlı olmaqdır. Dəstəmaz nəfsin şəhvət və qəzəb alovunu söndürən sudur.

12- Ölümü yada salmaq və Allah Taala ilə görüşə hazır olmaq.

Heç olmasa həftədə bir dəfə qəbirsanlığa gedin, möminlərin və şəhidlərin qəbirlərini ziyarət edin. Sizin də bir zaman öləcəyiniz və Allah Taala qarşısında əməllərinizlə bağlı sorğu-suala dayanacağınız barədə düşünün.

Hədislərdə ölümü xatırlamaq çox təkid edilmişdir. Ölümü xatırlamaqdan məqsəd qəbiri ya qəbirsanlığı düşünmək deyil, ölümü xatırlamaqdan məqsəd Allah Taala ilə görüşü xatırlamaqdır.

13- Günahkarlarla dostluqdan çəkinmək.

Qurani-Kərim 53-cü Nəcm surəsinin 29-cu ayəsində buyurur:

فاعرض عن من تولى عن ذكرنا و لم يرد الا الحيوه الدنيا

"Artıq (ya Peyğəmbər!) Bizim zikrimizdən üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!"

14- Daima yaxşı və müsbət işlər barədə düşünmək.

15- Boş vaxtları faydalı yazıları və kitabları mütaliə etməklə doldurmaq.

16- Bacardıqca müstəhəb əməlləri etmək.

17- Allah Taala ilə münacat etmək, məsumlardan nəql edilmiş duaları oxumaq, həmçinin Peyğəmbərə (s) və Əhli-beytə çoxlu salavat demək./axlaqimaarif/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031