Dünya – axirətin tarlasıdır. Bəs yaxşı məhsul yığmaq üçün nə etmək lazımdır?
Mьəllif: admin1
Tarix: 20-07-2019, 23:41
Dünya – axirətin tarlasıdır. Bəs yaxşı məhsul yığmaq üçün nə etmək lazımdır?

Dünya – axirətin tarlasıdır. Bəs tarlanın nə xüsusiyyəti olur? Tarla elə bir yerdir ki, bir fəsildə onu əkir və başqa bir fəsildə məhsul götürürlər. Bir zamanda əkirlər və başqa bir zamanda məhsul yığırlar.

İş görmək – dünyada, məhsul yığmaq – axirətdədir. Toxum əgər sağlam olarsa, məhsulu da yaxşı olar. Sağlam əməl ancaq Qiyamətdə qalıcı olur. Bəziləri ola bilsin ki, gün ərzində 16 saat iş görsünlər, lakin Quranın buyurur ki, bu qədər can qoymaqlarına baxmayaraq, cəhənnəmlikdirlər.

Əkinçi əgər sağlam toxuma görə səy göstərsə, yaxşı nəticə əldə edər. “Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir.(Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar).

Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir”. (Ğaşiyə” 3). Niyə? Çünki toxumu sağlam deyildir, niyyəti Allah deyildir. Bu dünyada o toxum yaxşı nəticə verir ki, sağlam və xalis olsun.

O toxum meyvə verər ki, sağlam olsun. Bəzi insanlar çox iş görürlər və biz onlara deyirik ki, gördüyünüz bu iş düzgün deyildir. Deyərlər: “Yox, bu işi sevirəm”.

Deyirik ki, ayəmiz vardır. Deyərlər: “Bilmirik. Bizim belə şeylərə inancımız yoxdur. Bunları qəbul etmirik”.

Bəs kimin üçün çalışırsınız? Əkin gərək tarlaya uyğun olsun. Bu gün toxum gizlənəcəkdir, sabah isə baş qaldıracaqdır. Bizim əməllərimiz də belədir.

Bu gün gizlidir, sabah axirətdə baş qaldıracaqdır. “Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. (“Kəhf” 49).

İnsanın əməli axirətdə təcəssüm edəcəkdir. Adətən bir şeyi əkən zaman suyun, günəşin, torpağın təsiri çoxdur. Dünyada da belədir. Yoxsul və ya zəngin zamanı gördüyün əməl, minnətli və minnətsiz gördüyün əməl.

Yumşaq torpaqda əkin əkmək faydalıdır. Daşın üzərində heç bir toxum cücərməz. Ona görə də əkinçi gərək toxumu yumşaq torpağa əksin.

O kəslərin ki, ürəkləri qəsavət bağlayıb, əməlləri qəbul olmaz. Onlar daş kimidirlər.

Quran buyurur: “Sonra, onun (möcüzələrin)ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu.

Çünki (Musanın daşı və bulaqların daşları kimi)bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür.

(Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır). Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”. (“Bəqərə” 74).

Əkin sahəsinə qulluq etmək lazımdır. Əməllər də o cürdür, gərək xalis olması üçün səy göstərəsən. Bəzən əməlin əvvəli xalis olur, lakin sonradan qüruru ona qalib gəlir, təkəbbür edir. Bəzən bir əməlin əvvəli də, ortası da Allah üçün olar, sonra elə bir günah edər ki, onu məhv edər.

Əkinçi üçün də elədir, həm əkər və həm də ona qulluq edər. Tarlada əgər bitkinin kökü olmazsa, aradan gedər. Əməl də elədir. O əməl ki, xalis deyildir, heç bir kökü yoxdur, o, aradan gedər. Bu əməl heç bir nəticə verməz. Ona görə də hələ ki, fürsət var, əməlimizin xalis olması üçün səy göstərək.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930