İnsanın rahat can verməyinə mane olan bağlılaqları
Mьəllif: admin1
Tarix: 3-10-2020, 21:39
İnsanın rahat can verməyinə mane olan bağlılaqları

Çətin can vermək haqqında çox eşitmişik. Biz elə bilirik ki, bu hal bədənin fiziki çətinlilərinə görədir. Halbuki, belə deyildir.

Ola bilsin ki, insan beyninə zərbə dəysin və ani ölsün. Mümkündür ki, insanın onurğası sınsın və insan heç bir ağrı hiss etməsin.

Mümkündür ki, insan yatdığı yerində ölsün. Ola bilsin ki, bir mömin döyüş zaman tikə-tikə olsun və bu cür ölsün. Bunlar ölüm ağrısını çox çəkiblər, ancaq bəziləri deyil? Yox, belə deyildir.

Bəli, çətin can vermək odur ki, insan bağlı olduğu şeylərdən ayrıla bilməz. İnsanın Allahdan qeyrisinə bağlılığı hər nə qədər çox olarsa, can verməsi bir o qədər çətin olar.

İnsan bir quşu sevən zaman həmin quş uçub gedərsə, o, narahat olar. O ki, qaldı ata-anasına və ya övladlarına olan sevgisi.

Ölüm bütün bu şeyləri insandan alar. Həmçinin, uzun illər adət etdiyi bədənini ondan alar. Ancaq əgər insanın tək bağlandığı varlıq Allahdırsa, ölüm zamanı çətinlik çəkməz. Çünki Öz məhbubu ilə ayrılmaq yerinə, Ona qovuşar.

Nəql edilir ki, bir tələbənin xəstəliyi şiddətlənmişdi. Dostları gecə vaxtı başının üstünə gəlmişdilər. Ona şəhadətləri təlqin edirdilər.

Hər nə qədər deyirdilər: لا إلهَ الاّ الله (“Lə iləhə illəllah”), üzünü çevirirdi və növbə sonrakı şəhadəti deməyə gəlib çatmırdı. Nəhayət yorulur və hər kəs öz hücrəsinə qayıdırdı.

Sabahı günün səhəri deyirlər: “Yəqin, indiyə qədər ölübdür”. Anidən görürlər ki, sağlam şəkildə onların hücrəsinə daxil olur.

Sevinib soruşurlar: “Filankəs, dünən o nə hal idi və üzünü niyə çevirirdin?”. Onun əlində bir saxsı gül qabı var idi və onu yerə çırpıb, sındırır.

Sonra deyir: “Dostlarım, bu gülqabı uşaqlığımdan bəri mənimlədir. Onu çox sevirdim. O həddə qədər ki, ona bağlanmışdım. Dünən siz bir tərəfdə idiniz və şeytan (lən) da o biri tərəfdə.

Bu gül kasasını əlinə götürmüşdü. Siz şəhadətləri deyən zaman mənə deyirdi ki, əgər təkrar etsən, bu saxsını sındıracağam. Mən də demirdim ki, onu sındırmasın”.

“İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur”. (“Bəqərə” 165).

Oan görə də kafirlər Allahdan başqa çox şeyə bağlandıqları üçün ağır can verərlər.

Həqiqi müsəlman gərək həmişə və hər bir halda öz qəbir və Qiyamətini düşünsün. Düşünsün ki, əgər ölüm gəlib çatarsa, imanı onunla bir yerdə olacaqdırmı?


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930