Mən və özüm
Mьəllif: admin1
Tarix: 13-05-2015, 14:33
Mən və özüm

– Arabir düşünürəm ki, görəsən, həyatda insanın qarşısına öz canlı prototipi çıxsa necə olar?
Heç bir şeylə fərqlənməyən canlı bir mən, sən, hamı... Üz qırışlarına, göz rənginə, dırnaqlarının ucuna, əl cizgilərinə qədər eyni olan bir cüt, əkiz. Qıraqdan tamaşaçı tək dayanıb seyr etsə insan özünü, öz hərəkətlərini, davranışlarını, insanlarla ünsiyyətini, əlaqəsini... Necə bir insan olduğuna və kənardan baxdıqda necə göründüyünə şəxsən özü qərar versə... Əgər hər hansı bir münsif heyəti tək özü özünə qiymət verə bilsə, nə cür bir təsir oyadar, hansı yaxşı və ya pis nəticələr çıxarar insan? Nə deyər, hansı qənaətlərə gəlib necə bir tərif edər və yaxud irad tutar? Yenə bəhanələr gətirib özünü təmizə çıxarmağa çalışar, görəsən, yoxsa elə səssizliklə qəbul edər səhvlərini, yanlışlarını? Bəlkə də böyük bir çoxluq inkar edər, “yox bu adamın mənimlə heç bir oxşarlığı yoxdur” deyər. Əlbəttə xoşuna gəlməsə. Yox əgər tam əksi olsa: “lap elə bil mənim bir kopyamdır e ” deyər. Hə bax belədir insan övladı. Heç bir vaxt günahı, səhvi özündə görməyib, başqalarında axtarandır. Hamıya aid olmasa da “mükəmmməl” bir varlıqdır, həddindən artıq “ağıllı”, “savadlı”, “hər şeyi bilən”dir insanoğlu. Öz etdiyi günahları zərrə sayan, bu dəfə sonuncudur deyən və lakin başqasında gördükdə “vallah, lap ağın çıxarıblar. Hara gedir bunların axırı...” deyəndir. Tez özündən çıxıb tez soyuyan, gec tapıb tez itirən, tez də qudurub hər şeyi unutan, amma gec də olsa dərk edib peşmançılıq hissi keçirən, heç vaxt da dərs almayıb böyük nailiyyətləri kiçik uğurlara qurban verəndir... – Bəs sən belə bir şeylə qarşılaşsan nə edərdin? Hansı sualları verib, nələri soruşardın özündən? Nələr sənə maraqlı gələrdi özün haqqında? – Mən bu haqda çox fikirləşmişəm, götür-qoy etmişəm, müxtəlif suallar keçib beynimdən. Zənnimcə, mən belə bir şeylə qarşılaşsam, yəni ki, “özüm”lə söhbət etmək imkanım olsa nə istədiyimi, nələri daha çox arzuladığımı soruşardım “özüm”dən. İstəklərimi, məqsədlərimi, hədəflərimi “öz” dilimdən eşitmək istəyərdim. Səsimə qulaq asardım, gözlərimin içinə tamaşa edərdim canlı-canlı, yerişimdə, duruşumda, oturuşumdakı nöqsanları, təkəbbürü tapmağa çalışardım. Araşdırardım “öz”ümü, həqiqi qiymət verərdim. Yaxşıyam yoxsa “ürəyim təmiz”di, sadəyəm yoxsa “sadə hesab edirəm lovğalığımı”, Allaha bəndəlik edə bilirəm yoxsa məncə “Allahdan ən çox qorxan mənəm?”... Bax bunları tapmaqçun əlləşərdim. Heç nə yox, cəmi bir neçə saatlıq yad ola bilsəydim “öz”ümə... Tağı Nurullayev / İslamazeri.az üçün
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930