Nur ələr Şəms, Əli (ə) Şəmsə nəzər salsa əgər... (Şeir)
Mьəllif: admin1
Tarix: 3-05-2015, 18:49
Nur ələr Şəms, Əli (ə) Şəmsə nəzər salsa əgər... (Şeir)

Aşiqəm candan Əli kəlməsinə, can Əlidir!
Ol səbəbdən bu könül mülkünə sultan - Əlidir!
Kim gəlib dəhrə bu gün, böylə coşubsan ey ürək,
Eydi-mövlud kimindir, bizə də söylə bilək?!
Söylərəm, dinlə, açılmış elə bir türfə çiçək,
Cümlə gülşəndə tapılmaz tayı, o, xəlqə bəzək,
Böylə bir aşiqi-Həqqi hələ görmübdü fələk,
Xilqətin Xaliqi, çünki yaradıbdır onu tək,
Ta gəlib dəhrə ola Əhmədi-Muxtara kömək,
Gər o kəs dönsə, həqiqət dönər ardınca, demək –
Həqqə iman edənə qibleyi-iman Əlidir,
Kəbədir - qiblə, fəqət, Kəbədə ünvan - Əlidir!

Vəsf qıl ol kəsi kim, kəlmə-şəhadətdəndir,
Həq sözü, həqq əməli – həqqü ədalətdəndir,
Dinə can bəxş eləyən səbri şücaətdəndir,
Səbrinin var səbəbi – əhdə sədaqətdəndir,
Ümmətə vacib olan haqqı – “Məvəddətdəndir”,
İsminin zikri belə lütfi-inayətdəndir,
Məqsədim Şiri-Xuda, Şahi-vilayətdəndir,
Xəlqə elanı onun xətmi-risalətdəndir,
Dinin ikmalı, təmam nemətə səhman Əlidir,
Vacibatın təməli – ən böyük ərkan Əlidir!

Vurduğu zərbədən acizdi təmam cinnü-bəşər,
Ondadır “Mənzilətü Ali-əba”, kani hünər,
Ətri-Cənnət nəfəsi, hər dediyi dürri gühər,
Aşiqin ruhuna təsir qılar misli şəkər,
Bir üzük bəxş eləyər sailə, bir ayə enər,
Nur ələr Şəms, Əli Şəmsə nəzər salsa, əgər,
Lap bütün əhli-qələm səy eləyə hər nə təhər,
Fəzlinin cüzi bilinməz yenə də zərrə qədər,
Sərvəri-aləmü həm qasimi-Rizvan - Əlidir,
İxtiyardari-Cinan, sahibi-fərman - Əlidir!

Ey alınmaz qalalar fəth eləyən sərdarım,
Cümlə müşkildə tükənməz ümidim, tək varım,
Virdü-zikrin dilimə sübhi-məsa təkrarım,
Şəninin vəsfidir aləmdə fəqət göftarım,
Dəhrə gəlməkdə sənin vəsfin olubdur karım,
Harda olsam, Ağa can, “Ya Əli”dir izharım,
Sən kimi Şahə yaraşmaz, bilirəm, əşarım,
Aləmə, çün, səni sərvər yaradıbdır Tarım,
Dostu da, düşməni də eyləyən heyran, Əlidir,
Xəlqi heyrətdə qoyan, dillərə dastan, Əlidir!

Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930