Qurani-Kərimdə cazibə qüvvəsi barədə
Mьəllif: admin1
Tarix: 16-08-2017, 10:21
Qurani-Kərimdə cazibə qüvvəsi barədə
Varlıq aləmi Allahın məxluqu olduğu üçün, daima Onun tərəfindən idarə olunmalıdır. Bu idarə sistemi səbəb və nəticə yolu ilə icra olunur. Necə ki, bir körpənin dünyaya gəlməsi və böyüməsi üçün müxtəlif səbəb və nəticələr vardır, bu kainat da ayaqda dayanmaq üçün xüsusi qanun və qaydalara tabedir.
Hələ qədim zamandan insanları bu sual narahat edirdi ki, hər bir şeyin tavanı vardır və bu tavan dayanıqlı olmaq üçün sütunlara ehtiyac duyur. Bəs bu əzəmətli səma bu qədər ulduz və digər səma cisimlərinə malik olaraq, necə qalır?
Bu suala müxtəlif cavablar verilmişdir. Allahı qəbul edən hər bir insan üçün şəkk yoxdur ki, bu səma və yeri Allah yaratmışdır. Allah Təala Öz işlərini səbəb və nəticə əsasında həyata keçirir. Bu göyü və yeri ayaqda saxlamaq üçün xüsusi qanunları vardır. Elə qərar vermişdir ki, bir qanun o birisi ilə rabitədədir.
Şəkk yoxdur ki, bu əzəmətli aləm Allahın qüdrəti ilə xəlq edilmişdir. Onun fırlanması da Allahın müdrik planları üzrə baş verir. Məhv olması da Onun əlindədir.
“Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub)saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub)saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır”. (“Fatir” 41).
Varlıq aləmində olan bu qədər əzəmət və nişanələr insana Allahı tanıdar.
Allah Təala başqa ayədə buyurur: “(Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı və (yer zəlzələlər ilə) sizi yırğalamasın deyə, yerdə sabit, möhkəm dağlar bərqərar etdi və ora hər növ canlılardan yaydı”. (“Loğman” 10).
Ayətullah Məkarim Şirazi buyurur: “Allah Təala bu ayədə səmanı sütunsuz tanıtmır. Bəlkə buyurur ki, sizin görmədiyiniz sütunlar vardır və bu da cazibə qüvvəsidir. Güclü bir sütun kimi səmanı öz yerində saxlayır. Lakin gözlə görünən deyildir”.
Hüseyn ibni Xalid nəql edir ki, İmam Rzadan (ə) soruşdum ki, “And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına”. (“Zariyat” 7), bu ayə nə demək istəyir? Həzrət Rza (ə) buyurur: “Bu səmanın yerə gedən yolları vardır”. Soruşdum: “Bəs yerlə necə rabitə qura bilir? Çünki Allah buyurur ki, səmalar sütunsuzdur?”. Buyurdu: “Sütunlar vardır, lakin siz görmürsünüz”.
Beləliklə deyə bilərik ki, hər bir tavanın sütunları olduğu kimi, səmanın da sütunları var və bu, cazibə qüvvəsidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930