Evlənəndən qabaq gözlərini geniş aç, evlənəndən sonra gözünün birini bağla
Mьəllif: admin1
Tarix: 1-07-2021, 14:49
Evlənəndən qabaq gözlərini geniş aç, evlənəndən sonra gözünün birini bağla
Belə bir deyim vardır ki, evlənməzdən əvvəl gözlərini geniş aç və hətta başqasından belə borc al. Ancaq evlənəndən sonra gözünün birini bağla.

Yəqin ki, bir çox ailələri görmüsünüz ki, heç bir hüzura malik deyildirlər. Maddi cəhətdən təmin olunmaqlarına baxmayaraq, həyat dənizləri tufanlıdır. Ailə üzvlərinin heç birinin hövsələsi yoxdur.

Hamı bir-birinin üstünə qışqırır. Burada stress hakimdir. Bir-birini görməkdən əzab çəkərlər. Bir-birindən gözləntiləri çoxdur. Heç kəs öz haqqından qane deyildir.

Minlərlə bu cür səbəblər birləşib, həyatı cəhənnəmə çevirər. Bəs bu tufanların səbəbi nədir? Bu səbəblərdən biri də budur ki, ailə üzvləri bir-birinin səhvinə göz yuma bilmirlər.

Bəs nə etməli?

1. Ailə həyatınızda gərək hər bir şeyə diqqət etməyi və nəzarət etməyi ən aşağı həddə salasınız. Həyat yoldaşınızın ev üçün etdiyi alış-veriş siyahısından tutmuş, ailə üzlərinin istifadə etdiyi elektrik enerjisinə qədər hər bir şeyə. Əgər ailə üzvlərinizi hər an və hər dəqiqə kontrol altında saxlamaq istəyirsinizsə, bilin ki, həyatınızı cəhənnəmə çevirirsiniz.

2. Bu düzdür ki, hər bir ailə üzvünün öz vəzifəsi vardır və buna əməl etməlidir, lakin insan bəzən bu vəzifəni lazım olan səviyyədə yerinə yetirə bilmir. Hər nə qədər qanunlara və qaydalara əməl etməkdə ciddi olsanız, ailədə daha çox gərginlik hakim olar. İnsanların kiçik səhvlərinə göz yummağı bacarmaq lazımdır. Hər bir işin arxasında təqsirkar axtarmayın. Fədakar olun.

3. Ailə üzvlərinin ancaq maddi ehtyaclarını təmin etmək – vəzifənin bitmiş olması demək deyildir. Çünki onların maddi ehtiyacları olduğu kimi, mənəvi ehtiyacları da vardır. Ailə üzvləri ilə gəzintilərə çıxın, piknik edin. Ya bir yerdə idmanla məşğul olun. Ailə üzvələrinin sevincli olmasını təmin edin.

4. Siz valideynlərinizin evində olan zaman onlar sizin ehtiyaclarınızı təmin edərdilər. Öz istəklərindən əl çəkərək, sizin istəklərinizi ön plana çəkmişdilər. İndi də ailə üzvlərindən bunu gözləyirsən. Halbuki, bunun yerinə bir çox şəxsi istəklərindən əl çəkib, ailənin istəklərini ön plana çəkə bilərsən. Təkcə özünü və öz istəklərini düşünməyəsən.

5. Allahı unutmayın. Allahı xatırlamaq ailəyə hüzur gətirər. Məscidlərə tez-tez gedib-gəlin, namazlarınıza diqqət edin, dini mərasimlərdə iştirak edin, dini alimlərlə əlaqə saxlayın və dindar insanlarla yoldaşlıq edin.

/Deyerler/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930