Fatimə (s.ə.) - nurun zülmətə qalib gəlməsi deməkdir
Mьəllif: admin1
Tarix: 10-04-2015, 20:30
Fatimə (s.ə.) - nurun zülmətə qalib gəlməsi deməkdir

Ayətullah Safi Gülpayiqani buyurur: “Əhli-beytin (s.ə), xüsusilə də Həzrət Fatimənin (s.ə) əzəməti və məqamı haqqında nə demək olar? Bizim hər nə varımızdırsa, Əhli-beytdəndir (ə). Onlardan başqa hər kim nə deyirsə, baxıb görürsən ki, bir yerə gedib çıxmır, yarı yolda qırılır. Ona görə də ona etimad etmək olmur. Hər nə varsa, Əhli-beyt (ə) məktəbində vardır. Peyğəmbər (s) buyurur: “Hər şeyi Əhli-beytdən (ə) alın, qeyrisindən almayın”. Həzrət (s) başqa yerdə buyurur: “Onlardan nə qabağa düşün və nə də geriyə. Əgər qabağa düşsəniz, yolunuzu azarsınız, əgər geridə qalarsınızsa, həlak olarsınız.”
Əhli-beytin (ə) içərisində Həzrət Zəhranın (s.ə) xüsusi yeri vardır. Bütün Əhli-beyt (ə) onun varlığı ilə iftixar edir. Həqiqətən onun müdəddəs varlığı hamı üçün hüccətdir. Bütün Əhli-beyt (ə) hüccətdir.

Ancaq Həzrət Zəhranın (s.ə) bu dünyadakı hüccəti hamıdan üstündür. O, nübuvvət məqamından başqa əxlaqında, elmində və kamalında atasına layiq idi. Başqa Əhli-beyt (ə) nümayəndələri kimi əxlaq və rəftarı İlahi hökmlərə uyğun idi. O, İslam xanımları içərisində nümunədir. İstər evdə olsun, istərsə də evdən bayırda - iffət və hüsnü əxlaq nümunəsi idi. Həzrətin (s.ə.) fəzilətləri çoxdur. Peyğəmbər (s) qızına təskinlik vermək istəyəndə buyurmuşdu: “Ey Fatimə! Sənə müjdə olsun ki, Məhdi səndəndir”. Bu mühüm məsələdir ki, imkan aləminin birinci şəxsi olan Peyğəmbər (s) əziz qızını sakitləşdirmək və qarşıdan gələn müsibətlərə hazırlamaq üçün buyurur ki, Məhdi (ə) səndəndir. Yəni, hər şey səndəndir və sənin üçündür. Haqqın batilə qalib gəlməsi və nurun zülmətə qalib gəlməsi sənin üçündür.

O Həzrətin (s.ə.) başına gələn müsibətlər o qədər aşkar və aydın idi ki, atasının vəfatından sonra bu müsibətlərə tab gətirə bilmədi. Tarixi insanlara bəyan etmək lazımdır. Həzrət Zəhranın (s.ə) kəlamlarını, xüsusilə də atası vəfat verəndən sonra söylədiyi o möcüzəvi xütbəsini insanlara çatdırmaq lazımdır. Həzrətin (s.ə.) məqam və əzəmətinə ehtiram göstərilməlidir. Hamı bu əyyamda öz ehtiram və hörmətini Xanıma (s.ə.) nümayiş etdirməlidir. Bu gün bizim o Həzrətə (s.ə.) əzadarlıq etməyimizə ehtiyac vardır. Cəmiyyətimizin onun kimi həyat yoldaşına və övlada ehtiyacı vardır. Bu gün Həzrətin kəlamları bütün qadınların və kişilərin şüarı olmalıdır. O Həzrət (s.ə.) həqiqi kəramət məqamını dünyaya elan etmişdir. O, buyurmuşdur: “Ən yaxşı qadın o qadındır ki, nə naməhrəm onu görsün və nə də o, naməhrəmi görsün”. Budur Həzrət Zəhra (s.ə) bu gün və Qiyamətə qədər. Fatimiyə, yəni haqqın batilə qalib gəlməsi üçün cihaddır. Fatimiyə, yəni Həzrət Məhdinin (ə) İlahi hökuməti.

Bəli, Fatimə (s.ə) - Aşuradır. Fatimə (s.ə) - Qədr gecəsidir. Fatimə (s.ə) - Qədir-Xum və Şəbanın 15-dir. Fatimiyə, yəni nurun zülmətə qalib gəlməsidir".
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930