Ayətullah Behcət yaradılışın məqsədi və bəndəliyin həqiqəti barədə
Mьəllif: admin1
Tarix: 4-11-2017, 11:00
Ayətullah Behcət yaradılışın məqsədi və bəndəliyin həqiqəti barədə

Yaradılışda məqsəd ubudiyyət olmuşdur. Ubudiyyətin həqiqəti isə günahı tərk etməkdədir. Bu da ürək və bədən üzvləri ilə həyata keçər. Günahı tərk etmək əgər mələkə halına çevrilməzsə, hasil olmaz.
Məgər o halda hasil olar ki, müraqibə etsin, Allahı hər bir halda, zamanda, məkanda, insanların arasında və xəlvətdə yada salsın.
Biz İmam Zamanı (ə.f) sevirik. Bizim işlərimiz onun vasitəsilə bizə çatar. Onu Peyğəmbər (s) bizim üçün əmir qərar vermişdir. Peyğəmbəri (s) sevirik, çünki Allah onu bizim üçün Özü arasında vasitə qərar vermişdir. Allahı sevirik, çünki bütün xeyirlərin mənbəyidir və mümkün varlıqlar Ondan feyz alır.
Ona görə də əgər özümüzün kamala çatmağını istəyiriksə, gərək Allahı sevək. Əgər Allahın dostuyuqsa, gərək feyzinin vasitəçilərinin də dostu olaq: Peyğəmbərin (s) və Vəsilərinin. Əks halda ya özümüzün dostu olmarıq, ya Allahın dostu olmarıq, ya da vasitələrinin dostu olmarıq.
Ona görə də səadətin yolu - Allahı yada salmaqdadır. O, mütləq səadətə tərəf əzaları hərəkətə gətirər. Biz gərək feyz vasitəçilərini özümüzə rəhbər qərar verək ki, kamala çataq.
Dünya və axirət səadətinin tək yolu - Böyük Allaha bəndəlik etməkdədir. Bəndəlik isə günahı tərk etməklədir. Həm etiqadda və həm də əməldə. Bildiklərimizə əməl edək. Bilmədiklərimizə isə gəldikdə dayanaq və ehtiyat edək, o zamana qədər ki, məlum olar. Bu əzm əgər bəndədə möhkəm və sabit olarsa, Allah Təala onun yardımçısı olacaqdır. Hər kim Allahı yada salarsa, Allah onun yoldaşı olar. Bilər ki, nə etsin və nə etməsin. Bildiklərini etsin və bilmədiklərində ehtiyat etsin.
Tövsiyəm odur ki, hər gün Quran oxuyasınız, təqibatları edəsiniz, məsciddə çox olasınız, alimləri və salehləri ziyarət edəsiniz, ibadətlə yaxın olasınız.
Əksinə, qəflət əhli ilə yoldaş olmaq qəsavətə və ürəyin qaralmasına səbəb olar. Ona görə də imanı zəif olanların məclisində öz həsənələrinizi əldən verərsiniz. Hətta onların fasiq əxlaqını belə, öyrənərsiniz. Əməldə və etiqadda günahı tərk edin. Bəziləri elə bilir ki, kəbirə günahları tərk etmək kifayətdir, lakin belə deyildir. Gərək səğirə günahları da tərk edəsən. Misal üçün sənə itaət edənə sərt gözlə baxmaq və ya naməhrəmə gülümsəmək kimi.
Alimlərdən və salehlərdən uzaq olmaq səbəb olar ki, din oğruları fürsəti qənimət bilib insanların imanını oğurlasınlar.
Əlbəttə, bu yol axıra qədər çətin olsa da, sonda Mehriban Allah Təalanın təşviqinə və rəğbətinə səbəb olar”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930