Möminlə qəbrə daxil olan 6 üz
Mьəllif: admin1
Tarix: 9-06-2022, 21:30
Möminlə qəbrə daxil olan 6 üz

Allah insana iki rəsul göndərmişdir: biri ağıldır ki, batini rəsuldur və həmişə insanladır. O birisi isə zahiri rəsuldur və Peyğəmbərdir (s). O, bizləri daxili rəsula qulaq verməyə çağırır.

Əgər insan haqq yoluna gəlməzsə, təqsirkar özüdür. “Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir”. (“Ali-İmran” 182).

Qiyamət günü insan Allaha sual verər ki, Allahım, mənim cəzamı niyə belə qərar verdin? Allah buyurar ki, bu, sizin əvvəlcədən göndərdiyiniz əməlinizdir.

Bizim nizamlı dərgahda qeyd edilmişdir. Bu, sizin əməlinizin nəfsidir ki, bu dünyada belə təcəssüm olmuşdur. Dünyada olan zaman əməliniz xarab idi və indi xarab şəkildə zühur etmişdir. Möminin saleh əməli yaxşıdır və indi də yaxşı şəkildə zühir etmişdir.

Əgər bir şey çox kiçikdirsə, onun gözlə görünməsi çətin olur. Mikrobu gözlə görmək mümkün deyildir. Lakin mikroskopla görmək olur.

Bizim əməllərimiz də - istər riya olsun, istər təkəbbür, istərsə də fəsad – bu dünyada bizdən gizli olar. Lakin axirətdə öz həqiqi simasında zahir olar. Bu dünyada əməlin zahirini görərik, lakin ruh və canı o biri dünyada zühur edər.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin bəndə ölər, onunla qəbirə altı üz daxil olar. Onlardan birinin zahiri gözəlliyi başqalarından daha gözəl olar.

Bu üzlərdən biri sağ tərəfdə dayanar. O birisi sol tərəfdə. Biri üzbəüz, biri başının arxasında, biri ayağının yanında. Hamıdan gözəl olan üz isə başının üstündə dayanar.

Əgər sağ tərəfdən ona maneə yaranarsa, sağ tərəfdə olan üz onu dəf edər. Eləcə də hər altı tərəfdə olan üzlər. Hamıdan gözəl olan üz, o biri üzlərə deyər: “Siz kimsiniz?”.

Sağ tərəfdə olan cavab verər: “Mən namazam”.

Sol tərəfdə olan deyər: “Mən zəkatam”.

Üzbəüz dayanan üz deyər: “Mən orucam”.

Başının arxasında dayanan üz deyər: “Mən həcc və ümrəyəm”.

Ayaqlarının yanında dayanan üz deyər: “Mən sənin tərəfindən qardaşına edilən yaxşılığam”.

Sonra bu üzlər həmin gözəl üzdən soruşarlar ki, sən kimsən?

O, deyər: “Mən - Ali-Muhəmməd (s) vilayətiyəm””.

“Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib).

Bədbəxt olanlara gəlincə, onlar od içərisindədirlər, orada nalələri və (uzunqulaqların anqırtısına bənzər) nəfəs alıb-vermələri vardır. Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar,

Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir.

Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər. (Axirət aləminin) göylər(i) və yer(i) durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. (Bu, ardı-arası) kəsilməyən bir bəxşişdir”. (“Hud” 105-108).

Əli ibn İbrahim Qumi bu ayələrin təfsirində yazır: “Bu ayələr - bərzəxə aid ayələrdir. Yəni, Qiyamət bərpa olmamışdan əvvəl insanlar bərzəx aləminə düşər. Bərzəx aləminin behişti Qiyamət behiştinə qoşular”.

Bu böyük insanın sözlərindən belə nəticə çıxartmaq olar ki, dünya behişti və cəhənnəmi - həmin bərzəx behişti və cəhənnəmidir. Bu ayələr savab və əzabı inkar edən insanlar üçün nazil olmuşdur.

Bu ayə buyurur ki, o zaman ki, səma və yer var, bu insanların əzabı davam edəcəkdir. Bu bərzəx aləminə aiddir, çünki Qiyamət günü səma və yer tamamilə dəyişəcəkdir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031